BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
36767

Şirkətin təməli işçilərlə qurulur. Necə ki, uşaqlar evin güzgüsüdür, eləcə də işçilər şirkətin güzgüsüdür. Buna görə də, şirkətlər işçilər barəsində daha seçici olurlar. Çünki işçilər həm şirkəti yüksəldə, həm də əksinə, geri apara bilər. Bəs şirkətlər işçi seçərkən nələrə diqqət etməlidir?

Seçim meyarları hansılardır?

İdarəetmə üzrə konsultant və təlimçi Elşən Bədirxanov Valyuta.az-a bu barədə danışdı. O, söhbət zamanı seçim meyarlarına toxundu: 

“Əsas meyar yəqin ki, şirkətin korporativ mədəniyyəti, real dəyərlərinə uyğunluqdur. Şirkətin korporativ mədəniyyətinə, dəyərlərinə zidd təfəkkürə malik olan namizədlər, işə qəbul edildikdə, saatlı bombaya çevrilə bilərlər. Müəyyən dərəcədə korporativ mədəniyyət işə qəbuldan başlayır”. 

Şirkətdə qalmaq, ya 2000 dollar?

Elşən bəy, xarici təcrübədən də söz açdı. O vurğuladı ki, şirkət dəyərlərinə görə münasib namizədi cəlb etmək vacibdir. 

“Zappos” şirkətində müsahibə iki mərhələdə keçirilirdi: peşəkar keyfiyyətlər və korporativ mədəniyyət üzrə. İşə qəbul üçün hər iki mərhələ uğurla başa vurulmalı idi. İki həftəlik ödənişli tanışlıq təcrübəsini keçəndən sonra, son sınaq kimi, namizədlərə ya şirkətdə qalmaq, ya da 2000 dollar alaraq ayrılmaq təklif olunurdu. Bu fürsətdən çox az insan istifadə etmişdi. Aydındır ki, dəyərlərə görə münasib namizədi işə cəlb etmək mütərəqqi korporativ mədəniyyətin qurulmasında vacib rol oynayan amillərdən yalnız biridir. Necə ki eyni kərpicdən bina, məbəd və ya həbsxana tikmək mümkündür, eləcə də eyni əməkdaş bir şirkətdə özünün ən yaxşı keyfiyyətlərini göstərə bilər, digərində isə itib-batar”.

Meyillilik, öyrənmə qabiliyyəti, pozitiv düşüncə…

E.Bədirxanov, namizədin peşəkar bilik və bacarıqları ilə yanaşı, şəxsi keyfiyyətlərinin də önəmli olduğunu dedi:

“Peşəkar keyfiyyətləri inkişaf etdirmək mümkün, şəxsi keyfiyyətləri isə çox çətindir.  Fikrimcə, bir sıra hallarda bilikdən daha əhəmiyyətli meyar inkişafa meyillilik və öyrənmə qabiliyyətidir. Bunlarla yanaşı, pozitiv düşüncə və komandada işləmək bacarığı da olduqca önəmli keyfiyyətlərdəndir. Komandada işləmək üçün isə emosional intellektin yüksək olması kritik məqamdır. Hesab edirəm ki, geniş mənada pozitiv düşüncə insanın inkişaf etməsi, onun həyatda nailiyyətlər əldə etməsi üçün, bəlkə də, ən vacib keyfiyyətdir”.

“İşə qəbul prosesi şirkətin imicini formalaşdırır”

Həmsöhbətimiz, şirkətlərdə işçi seçimi zamanı bütün nüanslara diqqət edilməli olduğunu bildirdi. Əks təqdirdə, siz şirkətinizin imicinə xələl gətirə bilərsiniz: 

“Müsahibə səriştələrinə yalnız İnsan Resurslarının əməkdaşları deyil, işçi seçimində iştirak edən bütün əməkdaşlar malik olmalıdırlar. Eyni zamanda unudulmamalıdır ki, işə qəbul prosesi şirkətin imicini formalarşdıran proseslərdən biridir. 10 nəfərdən yalnız 1 nəfəri işə qəbul ediriksə, qalan 9 nəfər də şirkətdə qarşılaşdıqları barəsində sosial mediada və ya şəxsi tanışlıq vasitəsilə fikirlərini paylaşacaqlar”.

Nuray

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Google" "Chrome"un rekord sürətlə işlədiyini deyir, amma istifadəçilər narazıdır

3,1 milyon manat vergi borcu olan “Nubosta Trade” kimindir?

Yaradılıb və unudulub: Ekspertlər qeyri-aktiv hesabların təhlükəsini açıqladı

Yaradılıb və unudulub: Ekspertlər qeyri-aktiv hesabların təhlükəsini açıqladı

Çin banklara "Labubu" kuklaları ilə müştəri cəlb etməyi qadağan etdi

“İnvest-Azem"in rəhbərinə “stop” qoyuldu

Məhkəmə “Euro Sport”u cərimələdi

Bələdiyyələrdə auditlər – 2024-cü ilin statistikası nə deyir?

Bakıdan bu istiqamətə əlavə reyslər təyin edildi

Azərbaycanda uşaqların sayı niyə azalıb? - İqtisadçı ekspert

Üç gün iş olmayacaq

Üç gün iş olmayacaq

Koreya alimləri metal istifadə etmədən elektrik mühərriki yaratdı

Ən yüksək balı bu məktəbin şagirdi toplayıb

Bakıda "ipoteka dələduzluğu" - Hərbçinin 18 000 manatını necə "yedilər"?

Rektor özünə müşavir TƏYİN ETDİ

2025-2027-ci illərdə Sığorta Sektorunun İnkişaf Strategiyası təsdiq edilib

Bu imtahanların nəticələri açıqlandı

Bu şirkət 1500 manat cərimələndi

“Təqsirkar kim olursa-olsun, faydalanan tərəf abonentdir”

Mənzili olub orada yaşamayan şəxs sabit tarif ödəyəcək

"Formula 1" Azərbaycan Qran-Prisi üçün bilet qiymətləri açıqlandı

İşıq və qaz puluna dair sabit tarifin mahiyyəti nədir?

Bakıda yenicə açılışı olan klinika fantastik qiymətə satışa çıxarıldı

Dünyanın ən bahalı F1 avtomobilləri

Dünyanın ən bahalı F1 avtomobilləri

Bu universitetdə üç yeni ixtisas açıldı

Hərbi Prokurorluqda YENİ TƏYİNAT

Əli Əsədov: Son 20 ildə Azərbaycan iqtisadiyyatına 338 milyard dollardan çox investisiya yatırılıb

Azərbaycanın 700 bal toplayanları - 116 nəfər indi harada işləyir və necə yaşayır?

La Liqanın ən bahalı heyətləri - SİYAHI

19 yaşında tapdığı problem onu milyarder etdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin