BAKU Azərbaycan
26.03°C
  • USD
    1.7
  • EUR
    1.9265
  • RUB
    2.1007
  • TRY
    0.0438
  • GBP
    2.2837
32819

Bəzi hallarda internet provayderlərinin verdiyi internetin sürəti vəd etdiyindən daha aşağı olur, yaxud bir neçə gün ümumiyyətlə, internet olmur. Sosial şəbəkələrdə görürük ki, bir çox insan bu problemlərə görə pulunu geri tələb edən fikirlər səsləndirir. Maraqlıdır, internet problemlərinə görə provayderlərdən pulumuzu geri ala bilərik?

Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev Valyuta.az-a bildirdi ki, provayderin abonent qarşısında öhdəlikləri mövcuddur: “İnternet xidməti göstərilməsinə başlanan zaman vətəndaşla internet provayderləri arasında müqavilə imzalanır. Həmin müqaviləyə əsasən internet provayderi sizə müəyyən sürət həddində, məsələn 6 mb/san internet verməyi öhdəsinə götürür. Siz də həmin sürətin qarşılığında müəyyən məbləğdə vəsaiti ödəməyi öhdənizə götürürsüz. Burada hər iki tərəfin müqavilə üzrə öhdəlikləri yaranır”.

R.Əliyev qeyd etdi ki, provayder öhdəsinə götürdüyü sürətlə abonenti internetlə təmin etməlidir: “Düzdür, burada texniki məsələlərə görə cüzi həddə internetin sürətində azalma, artma ola bilər. İnternetin sürətində kəskin fərq yaranırsa, bəzən ümumiyyətlə internet olmursa, bu halda digər tərəf müqavilə öhdəliyini yerinə yetirməmiş hesab olunur. İnternet provayderi sizin öhdəliyinizi yerinə yetirməyəndə, yəni ödənişi etmədiyiniz halda tədbir görə bilir və birtərəfli qaydada sizə göstərdiyi xidməti dayandıra bilir. Yəni internetinizi kəsir. Provayder öhdəliyini yerinə yetirmədikdə isə, istifadəçilərin hüquqları pozulur. Abonent bu halda pozulmuş hüquqları ilə bağlı müvafiq olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, Antiinhisar və İstehlak bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilərlər”.

Vəkil əlavə etdi ki, provayderin müqavilə öhdəliyini yerinə yetirməməsini mülki qaydada məhkəmədə mübahisələndirmək də mümkündür: “İstifadəçi provayderi öz öhdəliyini yerinə yetirmədiyinə görə məhkəməyə verə, ondan ödədiyi pulu, zərər dəyibsə dəymiş zərəri də geri tələb edə bilər”.

Hüquşunasın sözlərinə görə, mülki iddia qaldırarkən burada sübutetmə vəzifəsi iddianı verən tərəfin üzərinə düşür: “Məsələn, siz əgər 10 mb/san sürətə görə müqavilə bağlamısız və yoxlayanda görürsüz ki, hər hansı bir tarixdə sizə 1 mb/san sürət verilib. Bunu tarixi görünməklə hər hansı “screenshotlar” vasitəsilə sənədləşdirmək lazımdır. Dərhal provayderə müraciət edib rəsmi cavab almaq lazımdır ki, gələcəkdə məhkəmədə mübahisələndirilən zaman sübutetmə yükü sizin üzərinizdə olduğu üçün həmin sübutları məhkəməyə təqdim edə biləsiniz”. 

Müsahib internetdə olan problem səbəbindən dəymiş zərərin geri alınmasının mümkünlüyünü qeyd etdi: “Elə sahələri var ki, onlarda iş bilavasitə internetdən aslıdır. İnternetdə hər hansı problem yarandıqda həmin işə zərər dəyir və iş sahibi maddi itkilərə məruz qalır. Bu halda istifadəçilərin məhkəmədə əldən çıxmış fayda və dəymiş zərəri tələb etmək hüququ var. Məsələn, siz hər hansı şirkətlə müqavilə bağlayırsız və öhdənizə götürürsüz ki, hər hansı tarixdə onlara müəyyən sənədləri göndərəcəksiz. İnternet olmadığına görə bu sənədləri göndərə bilmirsizsə, buna görə müqavilə bağladığınız tərəf sizə pul ödəməkdən imtina edirsə, bu artıq sizə dəymiş zərərdir. Əgər tərəflə müqaviləniz varsa və bunun internet olmaması səbəbindən provayderin təqsirinə görə olduğunu sübut edə bilsəniz, həmin zərərin ödənilməsini provayderdən tələb etmək hüququnuz var”.

Qarakişi Vəlizadə
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Film kimi dələduzluq: DSMF "əməkdaşı" kirayə ev tutdu, qazinin xanımını aldatdı

Harvard Universiteti Tramp Administrasiyasının qərarına görə məhkəməyə ÜZ TUTDU

Veysəloğlu Şirkətlər Qrupu “Qida Təhlükəsizliyi Ayı” elan etdi®

“Windows” istifadəçilərinə xəbərdarlıq – Təhlükəli virus yayılıb

2028-ci ildə Azərbaycanda Avropa Siyasi Birliyinin Zirvə toplantısı keçiriləcək

Bu ölkə "Telegram"ı blokladı

Azərbaycanda 6 vəkil cəzalandırıldı

Ölkəmizdə “International HR Summit 2025” tədbiri keçirilib

1996-cı ilin "ÇEK"ləri satılıb - FOTO

Mərkəzi Bank rəhbərliyi nə qədər qazanır?

Zaminin maaşından borc nə qədər tutula bilər? - AÇIQLAMA

Sabah Bakının bu küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaq

Təsadüfi fikri onu milyarder etdi

İdarə rəhbəri işdən çıxdı - Yeni təyinat

May ayının pensiyaları ödənildi

Mərkəzi Bankın yeni inzibati binasının inşasına 477 milyon manatdan çox pul xərclənib

Mərkəzi Bankın yeni inzibati binasının inşasına 477 milyon manatdan çox pul xərclənib

“Azərxalça”dan Aydan Salahovaya 100 min manatlıq sifariş

Qızıl dövr bitdi - Yeni dəyişiklik onların cibinə necə təsir edəcək?

Sürücülərin nəzərinə: Cərimələrlə bağlı yenilik olacaq

Gündə 1000 000 000 dollar qazanırlar - FOTO

"Apple"ın qapalı ekosistemi çatlayır: "Siri" üçün təhlükə zəngləri çalır

Şahin Əliyev yeni vəzifəyə təyin olundu

"Android 16" fotolarınızın üzərinə "yağış yağdıracaq"

TuranBank “Yaşıl ASAN” proqramı çərçivəsində ekoloji layihəni uğurla başa vurub®

İmkansızı hesabladılar: Pi ədədinin 300 trilyonuncu rəqəminə çatıldı

Dünyada ən çox hansı markanın qulaqlıqları satılır? - Açıqlandı

Xocalı aeroportunun yenidən fəaliyyətə başlaması təklif olunub

Xocalı aeroportunun yenidən fəaliyyətə başlaması təklif olunub

Bakıda icra başçısı məktəb direktorunu özünə müavin təyin etdi

II Türk Ticarət Sərgisi ilə bağlı mətbuat konfransı keçirilib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin