BAKU Azərbaycan
25.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8238
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0523
  • 1 İngiltərə funt sterlinqi
    2.1322
31904

Cude Bellinqem, şübhəsiz ki, bu yay La Liqaya transfer olunan ən bahalı gənc futbolçular sırasındadır. Bəs onun maaşı İspaniya futbolunun tanınmış ulduzları ilə necə müqayisə olunur? 20 yaşlı ingilis “Real”a 103 milyon avroya transfer olunub ki, bu da La Liqa klubunun cari yay transfer bazarındakı bütün xərclərinin böyük bir hissəsini təşkil edir. Əslində, İspaniyanın ən yüksək liqasını bu yay Səudiyyə Ərəbistanı Pro Liqası üstələyib. 

“Real” Bellinqemə ildə 21 milyon avroya yaxın maaş ödəyəcək ki, bu da onu qazanc baxımından "Barselona"nın hücumçusu Robert Levandovski ilə eyni səviyyəyə gətirir. O, məvacib baxımından “Los Blankos”un əfsanəsi Luka Modriçdən bir qədər geri qalır.

Təəccüblü deyil ki, İspaniyada “Real”, “Barselona” və “Atletiko”nun oyunçuları daha çox qazanır. Yalnız "Atletik”in qəhrəmanı İnaki Vilyams La Liqanın üç böyük komandası xaricində ilk “25-liy”ə düşən yeganə oyunçudur. Frenki de Yonq, "Barselona"da illik 37 milyon avro maaş alır və bu onu La Liqanın ən çox qazanan oyunçusuna çevirib. Onun məvacibi digərlərindən 35% daha çoxdur.

Barselona son illərdə xərclərini azaltmaq üçün Serxio Buskets, Xordi Alba və Cerard Pike kimi yüksək ödənişli futbolçuları “kitabından” çıxardı. Lakin De Yonqun “gözləri sulandıran” maaşı ehtiyatsız xərcləmənin sübutu olaraq qalır. O, kluba 2019-cu ildə gəlib və 2020-ci ildə müqavilə müddətini uzadıb. Ümumilikdə Xavinin komandasında La Liqanın ən çox qazanan 25 futbolçusundan səkkizi, o cümlədən “Mançester Siti”dən azad agent qismində transfer olunan və katalon klubunda ildə 18 milyon avro maaş alan İlkay Gündoğan da var.

“Atletiko” La Liqanın ən çox qazanan 25 oyunçusundan altısına sahibdir. Lakin heyətdə istənilməyənJoao Feliks (illik maaşı 14,5 milyon avro olmaqla üçüncü ən çox qazanan oyunçu) baş məşqçi Dieqo Simyonenin baş ağrısına səbəb olur.

Valyuta.az La Liqanın ən çox qazanan oyunçularının siyahısını təqdim edir. Onların təxmini maaşları “Capology”dən götürülüb.

Ferland Mendi (“Real”) – 10,420,000 avro
Dani Carvahal (“Real”) – 10,420,000 avro
Dani Sebalyos (“Real”) – 10,420,000 avro
Inaki Vilyams (“Atletik”) – 11,400,000 avro
Saul Nigez (“Atletiko”) – 12,000,000 avro
Klement Lenqlet (“Barselona”)– 12,000,000 avro
Antoine Qrizmann (“Atletiko”) – 12,500,000 avro
Aurelien Çuameni (“Real”) – 12,500,000 avro
Rafinya (“Barselona”) – 12,500,000 avro
Yannik Karrasko (Atletico Madrid) – 13,130,000 avro
Jül Kunde (“Barselona”)– 13,550,000 avro
Ansu Fati (“Barselona”)– 13,950,000 avro
Joao Felix (Atletico Madrid) – 14,580,000 avro
Antonio Rudiqer (“Real”) – 14,580,000 avro
Tibo Kurtua (“Real”) – 15,000,000 avro
Koke (“Atletiko”) – 16,000,000 avro
İlkay Gündoğan (“Barselona”) – 18,750,000 avro
Yan Oblak (“Atletiko”) – 20,830,000 avro
Vinisius Junior (“Real”) – 20,830,000 avro
Cude Bellinqem (“Real”) – 20,830,000 avro
Robert Levandowski (“Barselona”) – 20,830,000 avro
Luka Modriç (“Real”) – 21,880,000 avro
David Alaba (“Real”) – 22,500,000 avro
Toni Kroos (“Real” Madrid) – 24,380,000 avro
Frenkie de Jong (Barcelona) – 37,500,000 avro

Elmir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

2020-ci ildən indiyə qədər Azərbaycana 190 mln. dollarlıq elektromobil idxal edilib

Azərbaycanın qadın şahmatçısı Avropa çempionu olub

Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin fəaliyyət istiqamətləri məlum olub

Rabitəbank "Bank of New York Mellon" ilə işbirliyini müzakirə edib ®

“Nokia” bu tanınmış modelini yenidən istehsal edəcək

Üç ayda 121 min hektar sahədə yazlıq bitkilər əkilib

“Nar” hər kəsə sərfəli günlük internet paketlərini təqdim edir ®

Ukraynanın dövlət borcu rekord həddə çatıb

Bu peyvəndin əlavə təsiri var imiş - Şirkətdən etiraf

Azərbaycanda yeni qarpız və yemiş növləri yaradılır

Bu ay temperatur iqlim normasından 12 dərəcə yuxarı olub

Aqrar Xidmətlər Agentliyinin sədri Beyləqanda vətəndaşları qəbul edəcək

Keçmiş deputatın bankı cərimələnə bilər

Türkiyə ABŞ-dan LNG idxal etmək istəyir

Azərbaycanda ilk Milli Xalça Festivalı keçiriləcək

Paytaxt bazarında ciddi nöqsanlar aşkarlandı: bəzi məhsulların satışı dayandırıldı

Azərbaycanda yeni iş yerləri açılacaq - Deputat AÇIQLADI

Fitch Solutions: 2033-cü ilə kimi Azərbaycanda avtomobil istehsalı illik 100 min ədədə yaxınlaşacaq

İtaliya-Rusiya Ticarət Palatası malların rublla ödənişini dayandırdı

DİM yayda keçiriləcək imtahanların vaxtını dəyişdi - SƏBƏB

Bakıda 30 dərəcə isti olacaq

Rusiyada qalan Qərb bankları 2023-cü ildə nə qədər vergi ödəyib?

“Resant Group”la keçmiş işçisi arasında qalmaqal

Süni zəka növbəti 1 ildə bu peşə sahiblərinin işini əlindən ala bilər

Yeni təyin olunan icra başçısı kimdir? - DOSYE

Yeni təyin olunan icra başçısı kimdir? - DOSYE

Bu müəssisələrin lisenziyaları ləğv olundu

Bakıda yeni park salınacaq

Bu nazirə iki yeni müavin təyin edilib

Bu nazirə iki yeni müavin təyin edilib

Vakansiyalarda olan “stressə davamlı” ifadəsi nəyə işarə edir?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin