BAKU Azərbaycan
25.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8238
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0523
  • 1 İngiltərə funt sterlinqi
    2.1322
31672

2018-ci ildən bəri “Çelsi”nin akademiyasında yetişən futbolçuların satışından klub 182 milyon funt-sterlinq qazanıb. “Zadəganlar”ın bu illər ərzində yetişdirdiyi futbolçular heç şübhəsiz Avropada sayılıb-seçilir. Akademiyanın bəzi məzunları “Stamford Bridge”də (Komandanın ev oyunlarını keçirdiyi stadion) dəyər qazansa da, digərləri transfer bazarında yüksək qiymətə satılıb. Levis Hall, yaxşı qiymətə satılan ən son məzun ola bilər. “Sky Sports”a görə, “Nyukasl” müdafiəçi üçün 30 milyon funt-sterlinqlik təklif hazırlayıb. Bəs son beş ildə bu qədər pulu necə yığıblar, futbolçularını hansı qiymətə satmağa nail olublar?

Valyuta.az “planetfootball”a istinadən “Çelsi”nin akademiyasının məzunlarının siyahısını təqdim edir.

Ruben Loftus-Çik – 15 milyon funt-sterlinq

Yarımmüdafiəçi səkkiz yaşında “Çelsi”nin akademiyasına qatıldı və əsas komandada 150-dən çox oyun keçirdi. Loftus-Çik həmişə “Stamford Bridge” ətrafında məşhur bir fiqur olsa da, heç vaxt özünü göstərmədi. Bu ilin yayında “Milan”dan 15 milyon funt-sterlinqlik təklif gələndə, klub 27 yaşlı futbolçunu sataraq pul qazanmağa qərar verdi. 

Meyson Mount - 55 milyon funt-sterlinq

Mountun “Mançester Yunayted” formasını geyinməsinə alışmaq hələ bir az vaxt aparacaq. Keçən il bütün karyerasını “Çelsi”də keçirəcəyi ehtimalı daha yüksək idi. Lakin son bir ildə çox şey dəyişə bilər. Qeyri-sabit keçən mövsümdən və müqaviləsi ilə bağlı mübahisədən sonra Mount təxminən 55 milyon funt-sterlinq müqabilində satılmışdı. 24 yaşlı futbolçu London klubundan “Mançester Yunayted”ə keçən Xuan Matanın yolunu davam etdirməyə çalışacaq. 

Billi Gilmur - 10 milyon funt-sterlinq

Frank Lempard Gilmurun inkişafında böyük rol oynadı və şotlandiyalı gənci əhatə edən söz-söhbətlər 2019-cu ildə geniş yayıldı. Keçən il “Çelsi” yarımmüdafiəçini “Norviç”dən pulla almaq qərarına gəldi. Ardından “Brayton” Şotlandiya millisiinin üzvünə təxminən 10 milyon funt-sterlinq xərclədi və o vaxtdan bəri davamlı şəkildə oynayır. Keçən mövsümün sonunda futbolçuya daha çox fürsət verildi və bu dəfə əvvəlkindən də böyük irəliləyişə ümid edilir.

Fikayo Tomori – 26 milyon funt-sterlinq

“Milan” ingilis müdafiəçini 2020-21 mövsümünün ikinci yarısında icarəyə götürdü və ötən il onunla daimi müqavilə bağlandı. “Çelsi” təxminən 26 milyon funt-sterlinq dəyərində qazanc əldə etdi. Lakin London təmsilçisinin azarkeşləri onu itirdiklərinə görə üzüldülər. Çünki “Milan”da diqqət mərkəzinə düşdü, komandasının gümüş medalları qazanmasında da rolu oldu. 

Mark Quehi – 21 milyon funt-sterlinq

Bu yayın əvvəlində “Evening Standard”, “Çelsi”nin Quehini kluba qaytarmaqda maraqlı olduğunu iddia etdi. Ancaq bunun baha başa gələcəyini söyləmək yəqin ki, ədalətli olardı. 23 yaşlı futbolçu 21 milyon funt-sterlinq qarşılığında "Kristal Pelas"a transfer olunduqdan sonra yaxşı inkişaf edib və indi bu klubun tam hüquqlu futbolçusudur. Təəccüblü deyil ki, bir çox ciddi klublar da onu izləyir. 

Tino Livramento – 5,3 milyon funt-sterlinq

“Çelsi” Livramentonu “Southemptona” sataraq təxminən 5,3 milyon funt sterlinq qazandı. Ffutbolçu bu yay 32 milyon funt-sterlinqə “Nyukasl”a satıldı. Amma “Çelsi” bu satışdan da xeyli qazanacaq. Çünki ağıllı şəkildə müqaviləyə satış bəndi daxil ediblər. Həqiqətən də ağıllı işdir.

Tammi Abraham – 36 milyon funt-sterlinq

Abraham meydana çıxdığı bütün yarışlarda ümumilikdə 18 qol vurdu və əsas komandada yaxşı mövsüm keçirdi. Lempard ən yaxşısını necə əldə edəcəyini bilirdi və “Çelsi” bundan faydalandı. Hücumçu ikinci mövsümündə o qədər də məhsuldar olımadığı üçün klub tezliklə "Roma"nın təklifinə müsbət cavab vermək qərarına gəldi. 

Ike Uqbo – 3,1 milyon funt-sterlinq

Kanadalı forvard heç vaxt "Çelsi"nin əsas heyətində meydana çıxmadı, lakin onlar yenə də onu beşillik icarə müqaviləsi ilə 3,1 milyon funt-sterlinqə sata bildilər. “Genk” futbolçu üçün təxminən 3,1 milyon funt-sterlinq ödədi, lakin bir müddət sonra oradan da “Trua”ya icarəyə verildi. İcarə müqaviləsi bitdikdən sonra Fransa təmsilçisi keçən il onun transfer hüquqlarına tam şəkildə yiyələndi. Uqbo indi İngiltərə futboluna qayıdır və qarşıdan gələn mövsümü icarə əsasında “Kardiff”də keçirəcək.

Cey Dasilva – 2,1 milyon funt-sterlinq

“Çelsi”nin əsas komandasında heç vaxt oynamamış başqa bir gənc. Dasilva, əvvəl “Bristol Siti”yə, daha sonra “Koventri”yə transfer olundu. Hazırda çempionatın səviyyəsinə əsasən möhkəm bir karyeraya malikdir.

Kasey Palmer – 3,4 milyon funt-sterlinq

Karyerası ərzində bir neçə dəfə müxtəlif klublara icarəyə verilən hücumameyilli yarımmüdafiəçi, nəhayət 2021-ci ildə “Brsitol Siti”yə satıldı. Lakin Yamayka millisinin üzvü burada gözləniləni heç vaxt verə bilmədi. Bu günlərdə onu “Koventri”də oynayarkən tuta bilərsiniz.

Ceremi Boqa – 2,7 milyon funt sterlinq

Hiyləgər cinah oyunçusu yalnız bir dəfə, Antonio Kontenin rəhbərliyi altında əsas komandada çıxış etdi. Daha sonra “Sassuolo” onu transfer etdi və qazanc əldə etmək üçün “Atalanta”ya satdılar. 25 yaşlı oyunçu “Atalanta”ya satıldığından (22 milyon avro) daha aşağı qiymətə (18 milyon avro) bu yay “Nitsa”ya gedib. 

Conatan Panzo – 2,7 milyon funt sterlinq

“Çelsi”nin akademiyasında oynayarkən, “Monako” futbolçunu bəyənərək onu 2,7 milyon funt-sterlinqə transfer etdi. Bir neçə il sürətlə irəliləyişə nail olduqdan sonra müdafiəçi bu il İngiltərə futboluna, daha dəqiq desək, “Nottingem Forest”ə transfer olundu.

Elmir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Aqrar Xidmətlər Agentliyinin sədri Beyləqanda vətəndaşları qəbul edəcək

Keçmiş deputatın bankı cərimələnə bilər

Türkiyə ABŞ-dan LNG idxal etmək istəyir

Azərbaycanda ilk Milli Xalça Festivalı keçiriləcək

Paytaxt bazarında ciddi nöqsanlar aşkarlandı: bəzi məhsulların satışı dayandırıldı

Azərbaycanda yeni iş yerləri açılacaq - Deputat AÇIQLADI

Fitch Solutions: 2033-cü ilə kimi Azərbaycanda avtomobil istehsalı illik 100 min ədədə yaxınlaşacaq

İtaliya-Rusiya Ticarət Palatası malların rublla ödənişini dayandırdı

DİM yayda keçiriləcək imtahanların vaxtını dəyişdi - SƏBƏB

Bakıda 30 dərəcə isti olacaq

Rusiyada qalan Qərb bankları 2023-cü ildə nə qədər vergi ödəyib?

“Resant Group”la keçmiş işçisi arasında qalmaqal

Süni zəka növbəti 1 ildə bu peşə sahiblərinin işini əlindən ala bilər

Yeni təyin olunan icra başçısı kimdir? - DOSYE

Yeni təyin olunan icra başçısı kimdir? - DOSYE

Bu müəssisələrin lisenziyaları ləğv olundu

Bakıda yeni park salınacaq

Bu nazirə iki yeni müavin təyin edilib

Bu nazirə iki yeni müavin təyin edilib

Vakansiyalarda olan “stressə davamlı” ifadəsi nəyə işarə edir?

Dövlət Neft Fondu “Meta"nın 179 mln. dollarlıq səhmlərini alıb - İlk dəfə TOP-5-də

Mayın 5-də 9 illik təhsil bazası üzrə imtahanlar keçiriləcək

Bu rayona yeni icra başçısı təyin edildi - Sərəncam

Neft Fondunun səhm portfelinin dəyəri 12,5 mlrd. dollara çatıb

Xaricdən quş ətini neçəyə alırıq?

“Küçələrdə qalmışam “Yeni Ailə” MMC tikinti şirkəti kupçanı da, 9 aydır kirayə pulumu da vermir...” - ŞİKAYƏT

Üç ayda xaricdən 100 milyon dollarlıq meyvə-tərəvəz almışıq

14 illik deputat 9 milyonluq borcunu niyə ödəmir? (FOTO)

Yapon valyutası son 34 ilin ən aşağı səviyyəsinə düşdü

Bakıda 86 dayanacaq pavilyonu quraşdırılacaq

Mərkəzi Bank ABB-yə məxsus investisiya şirkətini cərimələyib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin