Sosial
08.05.2023 / 15:02
Bu şəxslərə maaşdan əlavə 600 manat pul veriləcək
28415
Prezident İlham Əliyevin imzaladığı qanunvericilik aktları işğaldan azad edilmiş ərazilərimizdə məskunlaşaraq işləyənlər və işəgötürənlər üçün stimullaşdırıcı dəstək mexanizmlərinin, bir sıra güzəştlərin tətbiqini nəzərdə tutur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən xəbərə görə, onların sırasına işğaldan azad edilmiş ərazilərimizdə məskunlaşaraq işləyən mütəxəssislərə birdəfəlik müavinət ödənilməsi, aylıq vəzifə maaşlarına əlavələr hesablanması, hər il 5 gün əlavə məzuniyyət verilməsi, işəgötürənlər tərəfindən işçilər üçün ödənilən sosial sığorta haqlarının subsidiya formasında geri qaytarılması, əmək miqrasiyası sahəsində bir sıra güzəştlər daxildir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay