BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.75
  • RUB
    1.6396
  • TRY
    0.0478
  • GBP
    2.0777
27906

Azərbaycanda quru sərhədlərin açılmasından savayı digər karantin qaydaları ləğv olunub. Amma pandemiya dövrünü uğurla başa vurmağımıza baxmayaraq həmin dövrdə vətəndaşlara yazılan inzibati cərimələrin tətbiqi hələki qüvvədədir. Karantin dövründə cərimələnən və ödəməyən vətəndaşların əksəriyyəti xaricə səfər zamanı problemlə üzləşirlər. 

Məsələ yenidən aktuallaşıb və cərimələrin silinməsi təklif olunub. 

Xatırladaq ki, təxminən 1 il əvvəl də bu təkliflər gündəmə gəlmişdi və cərimələrin ləğvi Milli Məclisin gündəliyində müzakirə edilmişdi. 

Qeyd edək ki, cərimələr yalnız maska ilə bağlı deyil, müəyyən iaşə obyektlərinə girişlə bağlı tətbiq edilmiş digər cərimələr də var. Bunların hamısına amnistiya elan olunması yüz minlərlə insanın sevincinə səbəb ola bilər. 

Maraqlıdır, karantin dövründə nə qədər cərimələnmiş vətəndaşımız var? Onlardan nə qədəri ödənməmiş cərimələrdir? Ümumiyətlə, inzibati cərimələrin aqibəti nə yerdədir və cərimələrin silinməsi hüquqi baxımdan mümkündürmü? 

Hüquqşünas Ələsgər Məmmədli Bizim.Media-ya açıqlamasında cərimələnmələrin silinməsinin birbaşa hökumətin sərəncamında olan məsələ olduğunu bildirib:
 
“Bununla bağlı parlament yaxud hökumət istəsə, təklif verə bilər. Həmin təklif içərisində isə cərimələrin ləğv edilməsi mümkün ola bilər. Məsələn, Gürcüstan bunu etmişdi. Azərbaycan da pandemiya dövründə inzibati və ödənilməyən cərimələrin kütləvi şəkildə bağışlanmasını reallaşdıra bilər. Bu, hökumətin edə biləcəyi məsələdir və mənə görə bu, vacibdir.
Pandemiyada həddindən artıq insanların həm fiziki, həm də maddi itkiləri olub. Eyni zamnda iqtisadiyyatda daralma olub. Bütün bunları düşünərək, hökumətin müvafiq addaım atması faydalı olar”.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Orucun sözlərinə görə isə cərimələrlə bağlı məsələ detallarına qədər incələnməli, qiymətləndirilməli və ona görə qərar qəbul edilməlidir:

“Qeyd olunan məsələ iki il yarım müddətdə, xüsusilə məhdudiyyətlər tətbiq olunan dövrdə dövlət və hakimiyyət orqanları tərəfindən müvafiq iatiqamətdə əhalinin təhlükəsizliyinin təmin olunması üçün həyata keçirilirdi. Əsla heç bir hökumət vətəndaşların narazılığını qazanmaq üçün cərimə siyasətinə keçməz. 

Bunu kimsə iddia edirsə ki, büdcəyə faydası var, yaxud məqsəd bu və ya digər formada insanları iatətdə saxlamaq üçündür, bu arqumentləri sona qədər inkişaf etdirmək qeyri-mümkündür. Çünki istənilən hakimiyyət orqanı nəzərə alır ki, insanlar narazı mövqeyə keçirsə, bu, bir tərəfdən dövlət və vətəndaş arasında problemlərə yol açır, müxtəlif sosial gərginlik meydana gətirir, digər tərəfdən iqtisadi aktivliyi azaldır, daha sonrakı mərhələdə isə hökumətin yükü ağırlaşır”. 

Deputat qeyd edib ki, cərimələrin silinməsinə hökumət səviyyəsində, yaxud parlamentdə cari məsələ kimi deyil, qanunvericilik qaydasında yanaşmaq üçün daha geniş təhlillərə ehtiyac var:

“Məsələ mütləq qiymətləndirilməlidir. Cərimələrin silinməsi ilə bağlı təklif bir zamanlar da aktuallaşmışdı. Yaxşı xatırlayıram ki, parlamentdə bu yöndə çağırışlara DİN müsbət mövqeyini nümayiş etdirmişdi və bunu anlayışla qarşılamışdılar. Xüsusilə, Gürcüstanın və ardınca bir çox Avropa dövlətlərinin nümunəsi vurğulanmışdı. Həmin dövrdə müqayisəli təhlillər verilirdi. 

Məlum karantin rejiminə görə cəzalar, onların statistikası və sanksiyanın dərəcəsini təhlil etsək, görərik ki, Avropa ölkələrində bu, daha çox olub.  Qanuna itaətlə bağlı da məsələlərin təhlilini daha geniş məlumat bazası əsasında aparmaq lazımdır. Cərimə nə qədər insanı əhatə edir? Onlar hansı kateqoriyalı əhali qrupuna aiddir? Hansı faiz ölçüsündə sırf ehtiyaclı insanlardır? Səbəbləri nədən ibarət olub? Əvvəlki dövrdə onların bu və ya digər inzibati xətaları olubmu? Bu yöndə hansısa əfv qərarı, amnistiya tədbiri görülməlidirsə, o yöndə işlərin effektini ölçmək lazımdır. Hər bir tədbirin sosial, ictimai, mədəni və fiziki sağlamlıq cəhətləri ölçüldükdən sonra qərar verilməlidir”. 

Zahid Orucun fikrincə, cərimənin mahiyyəti 2 və ya 3 milyon vəsaitdən ibarətdirsə, bunu bağışlamaq dövlət üçün hər hansı itki olmayacaq:

“Lakin sonrakı dövrdə, istənilən bir məsələdə münasibətdə də “mən bu xətanı törədim, “onsuz da sonda dövlət təfəfindən əfv və ya amnistiya veriləcək” deyə fikirlər mənfi tendensiyaya çevrilə bilər. Amma nəticə o olacaq ki, o insanların mühüm bir hissəsi qadağa rejiminin sırf özlərinin ehtiyaclarının qarşılanması, hansısa başqa xarakterli məsələlərə görə pozublar. Motiv heç şübhəsiz ki, burada rol oynayır və bu yöndə humanist addımlar atmaq müsbət reaksiyalar törədər. Həmçinin cəmiyyətdəki mənəvi birliyə və sosial ahəngə yaxşı təsir”.  

Məsələ ilə bağlı Nazirlər Kabineti və Daxili İşlər Nazirliyinə ünvanladığmız sorğu isə cavabsız qalıb.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Starbucks" kütləvi ixtisarlara hazırlaşır

"Starbucks" kütləvi ixtisarlara hazırlaşır

Dünyanın ən təhlükəsiz avtomobilləri açıqlandı - SİYAHI /FOTO

Azersun Holdinqin prezidenti vəfat edib

Təbiisi baha, ucuzu isə zərərli

Kapital Bank kibercinayətkarlıqla mübarizəni 2 qat gücləndirib ®

İqtisadi fəal əhalinin sayı açıqlanıb

2025-ci il üçün təbii qaz qiymətləri: "BofA"nın proqnozları

Hökumənin ailəsinin pul vəsaitinin qaytarılması ilə bağlı - “Kapital Bank”dan açıqlama

Londonda mobil tətbiq quran 23 yaşlı azərbaycanlı gənc: Hədəfimiz Britaniyanın ən yaxşısı olmaqdır - MÜSAHİBƏ

H.Əliyevanın ailəsinə qarşı cinayət törədənlər müəyyən edildi – Zərər ödənildi - YENİLƏNİB

Trampın 1 saata 10 milyard dolları keçən yeni kriptovalyutası

Mərkəzi Bank uçot dərəcəsini azaldacaqmı? - “Fitch Ratings”in proqnozu

Azərbaycanda Aliment Fondu yaradılacaq (VİDEO)

Kanadada 2025-ci il üçün vergi dərəcələri - Təhlil

XVIII əsrə aid məscidin bərpasına başlanılır - 70 min manat ayrıldı

Faktiki hava açıqlanıb

Yasamalda istehsala yararsız ətin satışının qarşısı alındı

"Dogecoin ETF"si təsdiqlənməsi və 2025-ci il "DOGE" proqnozları

"Dogecoin ETF"si təsdiqlənməsi və 2025-ci il "DOGE" proqnozları

Azərbaycanda meymunçiçəyinə yoluxma halı aşkarlandı

Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri artıb

Azərbaycan nefti ucuzlaşıb

Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı oldu - 80 min manat oğurlandı

ABŞ-də Ali Məhkəmədən "TikTok" qərarı - Sabaha qədər satılmazsa..

"Fitch Ratings” Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı

"Fitch Ratings” Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı

2025-ci ildə qızıl investorları üçün perspektivlər: Nələr gözlənilir? - SƏHƏR OXUSU

"Azer N Agro" inzibati məsuliyyətə cəlb edilib

"Qlobal artım: fərqli və qeyri-müəyyən" hesabatı - Beynəlxalq Valyuta Fondu

"HACI MİRZƏLİOĞLU"na protokol tərtib olunub

İqtisadi fəaliyyət qaydalarını pozan şirkət cərimələnir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin