Sosial
29.03.2023 / 19:42
Şəhid ailələrinə daha bir güzəşt verilə bilər
27349
Qarabağ müharibəsi və Vətən müharibəsi iştirakçılarına, şəhid ailələrinə daha bir güzəştin verilməsi tövsiyə edilib.
Valyuta.az xəbər verir ki, bu, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2023-2025-ci illər üçün Baş Kollektiv Sazişdə qeyd olunub.
Sazişdə Qarabağ müharibəsi və Vətən müharibəsi iştirakçılarına, şəhid ailələrinə respublika ərazisində yerləşən sanatoriya və turist bazalarına veriləcək yollayışların ümumi məbləğinin 15 faizinin işəgötürən tərəfindən ödənilməsi tövsiyə olunur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay