Sosial
08.02.2023 / 12:03
Nazirliyin qurumlarında və teatrlarda maaşlar niyə verilmir? - Rəsmi cavab
26627
Mədəniyyət Nazirliyinə tabe olan bəzi qurumlarda və teatrlarda ötən ayın maaşları hələ də verilməyib.
Bu barədə Valyuta.az-a teatrların əməkdaşlarından şikayət daxil olub. Bildirilib ki, fevral ayının ilk ongünlüyünü tamamlamağa hazırlaşsaq da, hələ də ötən ayın maaşlarını almayıblar.
Məsələ ilə bağlı Valyuta.az-ın sorğusuna Mədəniyyət Nazirliyindən bildirilib ki, maaşlar artıq verilməyə başlayıb. Amma əməkhaqqlarının gecikmə səbəbi barədə məlumat verilməyib.
Qeyd edək ki, nədəniyyət naziri vəzifəsini nazirin birinci müavini Adil Kərimli icra edir. O bu vəzifəyə ötən ilin dekabr ayında təyin olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay