Sosial
08.02.2023 / 10:52
Bakıda Türkiyə üçün yardımların toplandığı ünvan dəyişdi
26624
Türkiyədə güclü zəlzələdən zərərçəkənlər üçün Bakıda yardımların toplandığı ünvan dəyişib.
Valyuta.az xəbərinə görə, bu gündən yardımlar Heydər Əliyev adına İdman Konsert Kompleksində toplanır.
"Yardımla bağlı Babək prospektində yerləşən Doğtaş mebel qəbul məntəqəsinin ünvanı nəqliyyatın işində sıxlıq yaşanmaması səbəbiylə Tbilisi prospektində yerləşən Heydər Əliyev adına İdman Konsert Kompleksi olaraq dəyişilib", - Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib.
Vətəndaşlar yardımlarını bu ünvana gətirə bilərlər.
Bundan başqa vətəndaşlar zəlzələdən zərər çəkənlərə AFAD adından açılmış aşağıdakı hesab nömrələri vasitəsilə heç bir komissiya tutulmadan yardım edə bilərsiz:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay