Maştağa və Buzovna istiqamətində elektrik qatarları işləyəcək? (RƏSMİ)
Abşeron dairəvi dəmir yolu xəttinin genişləndirilməsi insanları daima maraqlandıran məsələrdən olub.
Maştağa, Buzovna, Bilgəh, Mərdəkan və digər qəsəblərə də elektrik qatarlarının hərəkət etməsi yerli sakinlər tərəfindən böyük həyəcanla gözlənilir.
Məsələnin aktuallığını nəzərə alaraq “Azərbaycan Dəmir Yolları” QSC-ə müraciət etdik və qurumdan bu istiqamətlərə nə vaxt elektrik qatarlarının hərəkət edəcəyi ilə bağlı cavab almağa çalışdıq.
İdarədən BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, “Azərbaycan Dəmir Yolları” QSC Bakı şəhərinin 2020-2040-cı illər üzrə Baş Planı layihəsi və Abşeron yarımadasında inteqrasiya olunmuş şəhər nəqliyyatı sisteminin yaradılması konsepsiyası çərçivəsində Bakı ətrafında sərnişindaşıma marşrutlarının genişləndirilməsini nəzərdən keçirir: "Qeyd edək ki, dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma fəaliyyətinin dövlət tərəfindən subsidiyalaşdırılması qaydaları müəyyənləşdirilərək təsdiq edildikdən sonra bu istiqamətdə konkret qərarlar verilə bilər".//baku.ws
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay