BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.926
  • RUB
    2.1283
  • TRY
    0.0438
  • GBP
    2.2826
25508

"Dıqlas 2” MMC-nin (VÖEN - 2004774181) ölkənin aparıcı sığorta şirkətlərindən olan “Azsığorta” ASC-yə qarşı qaldırdığı iddia üzrə bu gün məhkəmə iclası keçirilib.

Yeniavaz.com xəbər verir ki, məhkəmə iclası hakim Ülkər Həsənovun sədrliyi ilə Bakı Kommersiya Məhkəməsində baş tutub. Sığorta müqaviləsi üzrə mübahisələrlə əlaqədər qaldırılan iddia üzrə növbəti iclas dekabr ayının 21-də keçiriləcək.

Məlumat üçün bildirək ki, “Dıqlas 2” MMC-nin qanuni təmsilçisi 2019-cu ildə paytaxtın Nizami rayonunda yerləşən “Diqlas” ticarət mərkəzində baş verən yanğın zamanı özünü direktor müavini kimi təqdim edən Rəhimov Arzu Nüsrət oğludur. Arzu Rəhimov yanğın zamanı verdiyi açıqlamada qeyd edib ki, ticarət mərkəzinin 2 sahibi var.

Onu da qeyd edək ki, yanğının baş verdiyi “Diqlas” ticarət mərkəzinin yerləşdiyi ünvanda - Qara Qarayev prospekti 81Q-də qeydiyyatda olan “Diqlas 1” MMC (VÖEN – 1601175991) adlı şirkətin rəhbəri sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudov olub. Hazırda həmin şirkətə Mahmudov Babək Səməd oğlu rəhbərlik edir.

“Azsığorta” ASC-ni məhkəməyə verən Arzu Rəhimov eyni zamanda daha əvvəl fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə bağlı olan “Gilan Dəri” MMC-yə rəhbərlik edir. Hazırda nizamnamə kapitalı 4 milyon 325 min manat olan şirkətin adı “A.C.E. Dəri” MMC (VÖEN -1400671231) adlanır. Arzu Rəhimov ötən ilin dekabr ayında 500 min manat nizamnamə kapitalı ilə təsis olunan “Arfa Aqro” MMC-nin (VÖEN - 1505729691) də qanuni təmsilçisidir.

Arzu Rəhimovun “Azsığorta” ASC-yə qarşı qaldırdığı məhkəmə iddiasının da yanan “Diqlas” ticarət mərkəzilə bağlı olduğu bildirilir. İddia olunur ki, “Azsığorta” ASC yanğınla bağlı sığorta ödənişlərini ödəməyib.

Xatırladaq ki, “Azsığorta” ASC-nin səhmlərinin 100%-nin Hikmət Əbuzər oğlu İsmayılova məxsus olduğu bildirilir. Mətbuatda “Azsığorta” ASC-nin səhmdarı Hikmət İsmayılovun fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağı olduğu barədə çoxsaylı məlumat yayılıb və bu günə kimi təkzib olunmayıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Ticarət bir daha heç vaxt əvvəlki kimi olmayacaq" - ECB prezidenti

QSC valyuta vəsaitlərini ölkəyə qaytarmadığına görə cərimə edilib

Adil Əliyev onu özünə yeni müavin təyin etdi

Adil Əliyev onu özünə yeni müavin təyin etdi

"Apple" ağıllı eynəklərinin buraxılış tarixi məlum oldu

“Azeri Med” daha bir tenderin qalibi seçildi

Avropa ölkəsi yeddi saatlıq iş rejiminə keçə bilər

Azad edilmiş ərazilərdə yaşayanların sayı açıqlandı

10 manatlıq şirkətin onluq vergi borcu üzə çıxdı

Bill Qeyts və Stiv Cobsun rəqabəti necə başladı? - Biznes filmləri

Pakistanın Baş naziri bu tarixdə Azərbaycana səfər edəcək

Süni intellekt kriptovalyutanı necə oğurlayır?

Mərkəzi Bankın yeni binası 631 milyon manata başa gələcək

Mərkəzi Bankın yeni binası 631 milyon manata başa gələcək

Sertifikatlaşdırılmaya cəlb olunacaq müəllimlərin sınaq imtahanı keçiriləcək

Dünyada yeni kompüter virusu yayıldı – Bütün məlumatları ələ keçirir

Film kimi dələduzluq: DSMF "əməkdaşı" kirayə ev tutdu, qazinin xanımını aldatdı

Harvard Universiteti Tramp Administrasiyasının qərarına görə məhkəməyə ÜZ TUTDU

Veysəloğlu Şirkətlər Qrupu “Qida Təhlükəsizliyi Ayı” elan etdi®

“Windows” istifadəçilərinə xəbərdarlıq – Təhlükəli virus yayılıb

2028-ci ildə Azərbaycanda Avropa Siyasi Birliyinin Zirvə toplantısı keçiriləcək

Bu ölkə "Telegram"ı blokladı

Azərbaycanda 6 vəkil cəzalandırıldı

Ölkəmizdə “International HR Summit 2025” tədbiri keçirilib

1996-cı ilin "ÇEK"ləri satılıb - FOTO

Mərkəzi Bank rəhbərliyi nə qədər qazanır?

Zaminin maaşından borc nə qədər tutula bilər? - AÇIQLAMA

Sabah Bakının bu küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaq

Təsadüfi fikri onu milyarder etdi

İdarə rəhbəri işdən çıxdı - Yeni təyinat

May ayının pensiyaları ödənildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin