BAKU Azərbaycan
22.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
24632

Telefon, kompüter, televizor, noutbuk və s. bu kimi texnoloji məhsullar istehsal edən qlobal şirkətlər son illər bazara daha tez-tez yeni məhsullarla çıxırlar. Yeni məhsulların gəlişi dünyanın dörd bir yanında səbirsizliklə gözlənilir, həmin gün gəlir, böyük təqdimat olur, reklam aparılır. Ancaq məhsullar təqdim ediləndən sonra belə fikirlər çox olur: “Xüsusi texnoloji dəyişiklik yoxdur, əvvəlkindən yalnız dizayn fərqi var”, “Yeni məhsullarda təəccübləndirən ancaq qiymətdir, başqa heç nə” və s. Bu kimi fikirləri yaradan səbəb nədir? Ümumiyyətlə, qlobal şirkətlərin yeni məhsul təqdim etməklə bağlı yanaşmaları necədir? Hər yeni məhsuldan böyük texnoloji dəyişiklik gözləməliyik?

Şirkətlərin texnologiya ilə ayaqlaşması

Telekommunikasiya üzrə mütəxəssis Vüsal Süleymanov deyir ki, texnoloji şirkətlərin daha tez-tez yeni məhsullarla bazara çıxmasının əsas səbəbi texnoloji inkişafdır: “1, 2 və 3-cü sənaye inqilabları arasında 100 il vaxt keçib. 3-cü sənaye inqilabında elektronlaşma inkişaf edəndən sonra 4-cü sənaye inqilabına keçid 40 il çəkdi. 20 il keçdikdən sonra isə 5-ci sənaye inqilabından danışılır. Texnologiya ildırım sürətilə inkişaf edir, şirkətlər də bu inkişafla ayaqlaşmağa çalışırlar. Mobil texnologiyadan danışsaq, 10 il bundan öncə 4-cü nəsil texnologiyaları ilə işləyən smartfonlar 5-ci nəslin gəlməsi ilə bağlı nəinki yenilənməyə - daha tez-tez yenilənməyə məhkumdur. Yaxud 10 il öncəki televizorlar “wi-fi”ya qoşulmurdu. İndi ağıllı televizorlar var, funksiyaları həddindən artıq çoxalıb. Kompüterlə TV-lər bir-birinə inteqrasiya olunur. Avtomobil istehsalçıları da həmçinin, modelləri daha tez-tez yeniləyirlər. Noutbuklar, kompüterlər da həmçinin, tez-tez yenilənir”.

Cihazlarımızı nə zaman yeniləyək?

V.Süleymanovun sözlərinə görə, şirkətlər həm də öz mövqelərini qorumaq, rəqabətə davamlılıqlarını artırmaq üçün bazara yeni texnologiyalar çıxarmağa məcburdurlar: “Texnoloji şirkətlərin tez-tez bazara yeni məhsulla çıxmalarında 3 faktorun rolu var. Bunlardan biri sürətli texnoloji inkişafdırsa (süni intellektlərin tətbiqi, 4-cü sənaye inqilabının sürətlə inkişaf etməsi, nano texnologiyalar, açıq interfeysli həllər, ağıllı tətbiqlər və s.), digər ikisi bazardakı intensiv rəqabət (texnoloji şirkətlərin və oyunçuların günbəgün artması) və marketinq strategiyalarıdır. Rəqabət artır və şirkətləri davamlı olaraq yeni məhsullarla bazara çıxmağa məcbur edir”.

Cihazlarımızı nə zaman yeniləmək məsələsinə gəlincə, V.Süleymanov bunun istəklərimizə görə dəyişdiyini qeyd etdi: “Əvvəllər 3-5 ildən bir yeni məhsul çıxaran şirkətlər artıq 6 aydan bir yenilənir. Bizim cihazlarımızı nə zamandan bir yeniləməyimiz isə fərdi xarakter daşıyır. Mən 5 il bundan əvvəl çıxan mobil telefonu işlədirəm, işimə yarayır. Amma ola bilər ki, gələn yeni texnologiyaya sizin ehtiyacınız var. Məsələn, Azərbaycanda mobil operatorlardan biri VoLTE və e-sim texnologiyalarını tətbiq etdi. Bunları köhnə telefonlar dəstəkləmir. O funksiyalara ehtiyac hiss edən şəxs telefonu da ona uyğun almalıdır”.

“İstifadəçilər hiss etməsə belə...”

Elektronika mühəndisi Elgün Həsənovun sözlərinə görə, funksiya kimi olmasa da, hər məhsulda müəyyən texnoloji  yenilənmələr gedir: “Bəzən təqdim edilən məhsullarda ciddi texnoloji yenilik olur, bəzən də olmur. O yeniliyin əlavə edilməsi üçün ciddi texnoloji kəşf olmalıdır. Əgər nə isə kəşf olursa, mütləq əlavə edirlər. Ancaq istifadəçilər hiss etməsə belə, hər məhsulda texnoloji yenilənmələr gedir. Məsələn, təhlükəsizliklə bağlı yeniləmələr gəlir. Bəzən aparat təminatında yenilənmələr aparılır. Bəzən sadəcə olaraq performans yüksəldilir, satışa daha sürətli prosessorları olan telefonlar, kompüterlər çıxarırlar”.

E.Həsənov deyir ki, ciddi texnoloji dəyişiklik olmaması o demək deyil ki, şirkətlər bazara yeni model çıxarmamalıdırlar: “İnqilabi nə isə kəşf olsa, təbii ki tətbiq ediləcək. Amma bu yoxdursa belə, yenə də yeni məhsulla bazara çıxmalıdırlar. Çünki insanlar gözləntidədir, brend də çalışır ki, hər il yeni model çıxarsın. Marketinq nöqteyi-nəzərdən yanaşsaq, çıxarmalıdır da. Hər yeni modeldən texnoloji olaraq xüsusi yenilik gözləməməliyik. Əgər texnoloji yenilik üçün alırsınızsa, o zaman yenilik olanda ala bilərsiniz”.

“Xüsusi texnoloji yenilik olmaya da bilər”

Marketoloq Seymur Quliyevin sözlərinə görə, texnoloji istehsal şirkətlərinin bazara yeni məhsullarla çıxmasına 5 faktor səbəb olur: “Birincisi, rəqabətdə bazar payını itirmək istəmirlər. Çünki şirkət yeni məhsul çıxarmasa, rəqibləri çıxaracaq. Rəqabətdə geri qalanda, gəlirləri azala, səhmlərinin qiyməti düşə bilər. İkincisi, xüsusi brendə loyal kütlədən qazanc əldə etməkdir. Hər bir brendin çox loyal müştəriləri olur. 1 il yox, 3 ay aralıqla belə yeni məhsul çıxarılsa, həmin şəxslər qiymətindən asılı olmayaraq onu alacaqlar. Bu tip müştəriləri şirkətlər üçün əsas gəlir mənbəyi hesab edə bilərik. Üçüncüsü, potensial müştərilərin də brenddən faydalanmasını təmin etməkdir. Yeni model çıxanda köhnənin qiyməti aşağı düşür. Nəticədə maddi imkanı çatmayan şəxslər də bu şirkətin məhsulundan bəhrələnə bilirlər. Dördüncüsü, gündəmdə olmaq. Yenilikləri olan məhsul çıxarmasalar belə, öz məhsullarını bazara buraxmaq üçün etdikləri təqdimatlar, bazara çıxardıqları informasiyalar şirkətin səhmlərinin dəyərini artırır, insanların marağını cəlb edir. Beşincisi isə texnoloji üstünlüklərdən faydalanmaqdır”.

S.Quliyev dedi ki, texnoloji şirkətin təqdim etdiyi məhsulda hər dəfə xüsusi texnoloji yenilik olmaya da bilər: “Sadəcə olaraq hər dəfə performansı artıra bilərlər. Sürət, ram, kameranın meqapikseli artırıla, dizaynda dəyişiklik edilə bilər. Texnoloji yenilik sayılmasa da, bunları da edərək bazara məhsulla çıxa bilərlər. Amma bunları edəndə hər dəfə əməliyyat sistemləri təkmilləşdirilir. Bunun özü də texnoloji yenilikdir”.

Mənbə: "Kaspi" qəzeti

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Nyu-Yorkda süni intellektlə bağlı qanun qəbul edildi

Xaricdən alınan mərci marketlərdə baha satılır - Qiymətlər

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO

Sabahın hava proqnozu

Onlayn kredit götürərkən bunlara diqqət edin

Hitlerin müttəfiqi gizlədilmişdi: Maraqlı tarixə malik kottec satılır

Bakıdan bu rayona sürətli sərnişin qatarı istifadəyə VERİLDİ

Prokurorluğun vəzifəli şəxsi vəfat etdi

Lombard kreditləri: Asan çıxış, ağır nəticələr

Polo matçında arı udan hindistanlı milyarder həyatını itirib

Biznesmenlər ilkin kapital yığmaq üçün bu 5 strategiyadan istifadə edir - SƏHƏR OXUSU

"SeaBreeze"də “CaspiMayr Retreat”in açılışı olub

Biznesini Rusiyada dayandırdı, amma hazırda 48 ölkədə fəaliyyət göstərir

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Türkiyəli iş adamları Ağdam Sənaye Parkında səfərdə olublar

ADA Universitetinin məzunları harada iş tapa bilir?

Trampın illik gəliri açıqlandı

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bu məhsullar bahalaşacaq - SİYAHI

Bu 13 avtomobili 2025-ci ildə almağa dəyər

Aviabiletləri daha ucuz necə əldə etmək olar - 7 effektiv yolu

Vahid pasport sistemi yaradıldı

Maliyyə Nazirliyində yeni təyinat olub

Maliyyə Nazirliyində yeni təyinat olub

Bank kartlarından 6 min manatdan çox pul oğurlanıb

Azərbaycan hansı ölkələrdən papaya alır?

Bakıda kollec direktoru vəzifəsindən getdi (FOTO)

Azərbaycanda maaşı artacaq müəllimlərin sayı açıqlandı

Bu kəndlər üçün tibb məntəqəsi tikiləcək

Azərbaycanda məşhur şirkət bağlandı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin