BAKU Azərbaycan
17.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8459
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0528
  • 1 İngiltərə funt sterlinqi
    2.1606
24591

Məlum olduğu kimi, 1 yanvar 2023-cü ildən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanunda qida məhsullarının etiket məlumatları (markalama) ilə bağlı yeni tələblər müəyyənləşib. Etiketləmə tələblərinə dair əlavə müddəlar yeni qanunda yer alıb.

AQTA-dan Valyuta.az-a verilən məlumata görə, yeni qanuna əsasən, məhsulun etiketi üzərində həmin qida məhsuluna xas olmayan təsir və ya xassələr göstərilməməlidir. Çünki qida məhsulu üzərində yalnış məlumatların yerləşdirilməsi istehlakçıların aldadılmasına, dolayısı ilə onların hüquqlarının pozulmasına gətirib çıxarır. Bu da son nəticədə insan sağlamlığı və həyatı üçün müəyyən problemlər yarada bilər.

Aparılan müşahidələr istehlak bazarında bu kimi halların mövcudluğunu üzə çıxarıb. Belə ki, bütün analoji qida məhsulları ilə eyni xassələrə sahib olduğu halda müəyyən bir qida məhsulunun xüsusi xassələrə malik olduğuna və tərkibində xüsusi inqrediyentlərin və ya qida maddələrinin mövcudluğu və ya olmamasına dair ifadələrin yer aldığı məhsullara rast gəlinir. Bu hal həmin məhsulların digər analoji məhsullardan daha üstün olması təəssüratı yaratmaqla, istehlakçılarda yanlış fikrin formalaşmasına gətirib çıxarır. “Qida təhlükəsizliyi haqqında” qanunda yer alan müvafiq tələb məhz bu kimi halların mövcudluğunu aradan qaldırmağa xidmət edir. Qanuna əsasən, sahibkarlıq subyektləri tərəfindən eynixassəli oxşar qida məhsullarının hər birinə məxsus xassələr xüsusi xassələr kimi təqdim edilməməlidir.

Eyni zamanda qanunun qəbulu ilə qida məhsullarına “müalicəvi” kimi adların verilməsi ləğv ediləcək. Belə ki, hər hansı bir qida məhsulunun, o cümlədən mineral suyun etiketində həmin məhsulun insan xəstəliklərinin qarşısını alması, müalicəvi xüsusiyyətlərə malik olması haqqında məlumatlar verilməsi və ya bu cür təəssürat yaradan ifadələrin qeyd edilməsi yeni qanunla qadağan edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Böhran xarici oyunçuları Almaniyanın daşınmaz əmlak bazarını tərk etməyə məcbur edir

“Azəristiliktəchizat” icbari sığorta müqaviləsi bağlamayıb?

Azərbaycanda iki şirkət Məhdud Məsuliyyətli Cəmiyyətə çevrilir

"iPhone"un büdcə versiyasının təxmini qiyməti məlum oldu

"FİRST ACADEMY"yə protokol tərtib edildi

AK: "Avropa hələ də Rusiya enerjisindən tam müstəqilliyə nail olmayıb"

Meriya ilə şirkət arasında icarə mübahisəsi

ABŞ Almaniyadan Rusiyaya qarşı sanksiyalara əməl etməyi gücləndirməyi tələb etdi

Bakıda “Təşəbbüslərin artırılması və fəaliyyətə təkan: COP29 Dayanıqlı Biznes Forumu” keçirilib

Nazirdən yeni təyinat (FOTO)

Nazirdən yeni təyinat (FOTO)

“Bakı Metropoliteni” 2 milyonluq təmirə başlayır

Aİ Ukraynadan Rusiyadan qaz tranzitini uzatmağı xahiş etməyəcək

TƏBİB-dən məşhur iş adamının şirkətinə 14 minlik sifariş

Zərgərlik sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

Prezidentdən Agentliyin fəaliyyəti ilə bağlı fərman

Bakıda bəzi ərazilərin elektrik enerjisi ilə təchizatında fasilələr olacaq

Ehtiyat hissələri satarkən aldatmayın, alarkən isə aldanmayın

Azərbaycanda qızıl sürətlə bahalanır – Son qiymətlər

Azərbaycan üçün Şengen vizasının rüsumu artırılır? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda maaşlar 100 manata qədər artdı

Yaylağa köç etmək istəyən fermerlər üçün qeydiyyat müddəti başa çatır

İranda prezident seçkilərinin tarixi təsdiqlənib

İqtisadiyyat naziri: Azad olunan ərazilərdə Özbəkistanla tekstil sahəsində birgə iş planlaşdırılır

Yağış intensivləşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Azərbaycanda sığorta yığımlarının həcmi 543 mln. manata çatıb

Məşğulluq üçün verilən əmlakın satışı - Dövləti aldatmaq necə “asanlaşıb?” - ARAŞDIRMA

62 ildən sonrakı söküntüdən - Video

62 ildən sonrakı söküntüdən - Video

Azəbaycanla bu ölkə arasında ixtisas diplomları qarşılıqlı tanınacaq

Davranış qaydalarını pozan məktəb direktoru işdən çıxarılıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin