BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.926
  • RUB
    2.1283
  • TRY
    0.0438
  • GBP
    2.2826
48554
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının cari ildə ölkəmizdə təşkil edilməsi ilə bağlı fəaliyyətlər uğurla davam etdirilməkdədir.

Həmin fəaliyyətlərdən biri də COP29 sədrliyinin təşkilatçılığı və BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıq çərçivəsində Bakıda 17 may 2024-cü il tarixində "Təşəbbüslərin artırılması və fəaliyyətə təkan: COP29 Dayanıqlı Biznes Forumu”nun keçirilməsi olub. Sözügedən tədbirin məqsədi qlobal iqlim dəyişikliyi ilə mübarizə səylərinə dəstək olmaq üçün yerli istehsal müəssisələrini, beynəlxalq təşkilatları və dövlət qurumlarını bir araya gətirməkdir. Tədbirdə özəl sektorun iqlim dəyişikliyi ilə mübarizədə rolu və birgə əməkdaşlıq çərçivəsində görüləcək fəaliyyətlərdə önəmi xüsusilə vurğulanıb. 

Forum çərçivəsində keçirilən "Biznesin davamlılığının artırılması: İqlim dəyişikliyi ilə mübarizə üçün özəl sektorun fəaliyyət strategiyaları” mövzusunda panelə BMT İnkişaf Proqramının Azərbaycandakı Rezident nümayəndəsinin səlahiyyətlərini icra edən xanım Alessandra Rokkasalvo moderatorluq edib. Paneldə Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov, KOBİA-nın İdarə Heyəti sədrinin müavini Rüfət Atakişiyev, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Baş direktoru Taleh Ziyadov, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli, "Rhenus Logistics” şirkətinin korporativ nümayəndəsi və İdarə heyəti layihələrinin direktoru Heinrix Kerstgens çıxış ediblər.
 
Aparat rəhbəri Azad Cəfərli çıxışında iqlim dəyişikliyinə uyğunlaşma (adaptasiya) və təsirlərin yumşaldılması (mitiqasiya) istiqamətində Nazirlik tərəfindən hazırlanmış Strategiya Planı haqqında ətraflı məlumat verib. Strategiya Planı çərçivəsində müasir suvarma sistemlərinin, bərpa olunan enerji mənbələrinin, konservasiyalı əkinçilik, şaquli əkinçilik, hidroponik yetişdirmə sistemi və s. kimi iqlim-ağıllı kənd təsərrüfatı təcrübələrinin iqlim dəyişikliyi ilə mübarizədə rolu və hazırda bu təcrübələrin kənd təsərrüfatında necə tətbiq olunduğu haqqında bir sıra mövzulardan bəhs olunub. Müasir suvarma sistemlərinin tətbiqi, torpaq deqradasiyasının qarşısının alınması və torpaq münbitliyinin artırılması ilə bağlı fəaliyyətlərdə fermerlərə güzəşt və kreditlər şəklində dövlət dəstəyinin göstərildiyi xüsusi vurğulanıb.

Eləcə də, dövlət-özəl tərəfdaşlığı ilə işğaldan azad edilmiş ərazilərin bərpası və dayanıqlı istifadəsi istiqamətində qeyd edilən iqlim-ağıllı kənd təsərrüfatı təcrübələrinin bu ərazilərdə tətbiqinin kənd təsərrüfatı məhsuldarlığının artırılmasında, ərzaq təhlükəsizliyinin təmin edilməsində, kənd icmalarının həyat səviyyəsinin yüksəldilməsində müsbət rol oynayacağını bildirib.

Panel çıxışlarından sonra interaktiv sessiya başlanıb və kənd təsərrüfatı istiqamətində bir sıra suallar cavablandırılıb.

Sonda Azad Cəfərli iqlim dəyişikliyinə daha dayanıqlı kənd təsərrüfatının qurulması üçün dövlət-özəl əməkdaşlığı çərçivəsində birgə fəaliyyətin uğurlara töhfə verəcəyini bildirərək, çox vacib mövzuya toxunduqlarına və bu sahəyə göstərilən marağa görə təşkilatçılara və iştirakçılara təşəkkürünü bildirib.

Forum digər panel çıxışları və sual-cavab sessiyaları ilə davam etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Ticarət bir daha heç vaxt əvvəlki kimi olmayacaq" - ECB prezidenti

QSC valyuta vəsaitlərini ölkəyə qaytarmadığına görə cərimə edilib

Adil Əliyev onu özünə yeni müavin təyin etdi

Adil Əliyev onu özünə yeni müavin təyin etdi

"Apple" ağıllı eynəklərinin buraxılış tarixi məlum oldu

“Azeri Med” daha bir tenderin qalibi seçildi

Avropa ölkəsi yeddi saatlıq iş rejiminə keçə bilər

Azad edilmiş ərazilərdə yaşayanların sayı açıqlandı

10 manatlıq şirkətin onluq vergi borcu üzə çıxdı

Bill Qeyts və Stiv Cobsun rəqabəti necə başladı? - Biznes filmləri

Pakistanın Baş naziri bu tarixdə Azərbaycana səfər edəcək

Süni intellekt kriptovalyutanı necə oğurlayır?

Mərkəzi Bankın yeni binası 631 milyon manata başa gələcək

Mərkəzi Bankın yeni binası 631 milyon manata başa gələcək

Sertifikatlaşdırılmaya cəlb olunacaq müəllimlərin sınaq imtahanı keçiriləcək

Dünyada yeni kompüter virusu yayıldı – Bütün məlumatları ələ keçirir

Film kimi dələduzluq: DSMF "əməkdaşı" kirayə ev tutdu, qazinin xanımını aldatdı

Harvard Universiteti Tramp Administrasiyasının qərarına görə məhkəməyə ÜZ TUTDU

Veysəloğlu Şirkətlər Qrupu “Qida Təhlükəsizliyi Ayı” elan etdi®

“Windows” istifadəçilərinə xəbərdarlıq – Təhlükəli virus yayılıb

2028-ci ildə Azərbaycanda Avropa Siyasi Birliyinin Zirvə toplantısı keçiriləcək

Bu ölkə "Telegram"ı blokladı

Azərbaycanda 6 vəkil cəzalandırıldı

Ölkəmizdə “International HR Summit 2025” tədbiri keçirilib

1996-cı ilin "ÇEK"ləri satılıb - FOTO

Mərkəzi Bank rəhbərliyi nə qədər qazanır?

Zaminin maaşından borc nə qədər tutula bilər? - AÇIQLAMA

Sabah Bakının bu küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaq

Təsadüfi fikri onu milyarder etdi

İdarə rəhbəri işdən çıxdı - Yeni təyinat

May ayının pensiyaları ödənildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin