BAKU Azərbaycan
23.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
24435

Azərbaycanda 12 il bundan əvvəl “İnvestisiya fondları haqqında” yeni qanun qəbul edilsə də, bu günə qədər ölkədə bir dənə belə investisiya fondu yaradılmayıb.

Halbuki, inkişaf etmiş ölkələrdə investisiya fondları biznesin ayrılmaz hissəsidir.

Onlar müxtəlif hüquqi və fiziki şəxslərdən cəlb etdikləri sərbəst vəsaitləri ən azı dövlət və korporativ qiymətli kağızlara yatırır, əldə etdikləri gəlirdən paylarını götürürlər.

Dünya və Azərbaycan təcrübəsi

Dünyada investisiya fondları daha çox səhmdar cəmiyyəti kimi fəaliyyət göstərir, açıq və qapalı tipli fondlara bölünür. Elə Azərbaycan qanunvericiliyində də bu var. Belə ki, açıq paylı investisiya fondu paylarının satışını və geri satınalınmasını həftədə bir dəfədən az olmamaq şərtilə həyata keçirən və aktivləri yalnız pul vəsaitləri və qiymətli kağızlardan ibarət paylı investisiya fondudur. Qapalı paylı investisiya fondu isə paylarının satışını və geri satın alınmasını fondun fəaliyyət müddətinin sonunda həyata keçirən və aktivləri yalnız pul vəsaitləri, qiymətli kağızlar və daşınmaz əmlakdan ibarət paylı investisiya fondudur.

Bəs Azərbaycanda bu sahəyə niyə maraq yoxdur? 

“Report” bu suala cavab tapmaq üçün kapital bazarı üzrə ekspert Cəfər İbrahimli ilə həmsöhbət olub.

“Depozitar xidməti bazarın tələblərinə uyğun deyil”

Onun sözlərinə görə, hazırda qüvvədə olan “İnvestisiya fondları haqqında” qanunda bəzi məsələlər bazarın tələblərinə uyğun deyil:

“Bu vaxta kimi bazarda bu fondların yaradılması ona görə mümkün olmayıb ki, qanunvericilikdə göstərilənlər, xüsusilə də depozitar xidməti bazarın tələblərinə uyğun deyil. Ona görə də, investisiya fondlarının yaradılmasında çətinlik var. Hazırda Azərbaycan Mərkəzi Bankı tənzimləyici qurum kimi “İnvestisiya fondları haqqında” qanuna yenidən baxır. Çox güman ki, depozitlər məsələsi ilə bağlı qanuna dəyişiklik olunacaq”.

“İnvestisiya şirkətlərinə və yaxud banklara səlahiyyət verilsə...”

C.İbrahimli təklif edir ki, investisiya şirkətlərinə və yaxud banklara investisiya fondlarının yaradılması səlahiyyətləri verilsin:

“Bu halda investisiya fondlarını maliyyə bazarında lap elə növbəti ildən görmək olar. Son nəticədə bazar inkişaf edər, kapital bazardakı vəsaitlərin bir hissəsi real sektora, o cümlədən daşınmaz əmlak bazarına yönələr”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Sürücülük vəsiqəsi ilə bağlı - Yeni qərar

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Magistraturaya qəbul: Ən çox plan yeri bu universitetə ayrılıb

Kürü istehsalı rekord sayda artdı

Səyahət zamanı ideal oteli necə seçməli? – Vacib TÖVSİYƏLƏR

Hava nəqliyyatında çalışan işçilər nə qədər qazanır?

Sabah 33 dərəcə isti olacaq

ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı (FOTO)

Neftimizin qiyməti 70 dolları keçdi

“Hermes”in əfsanəvi çantası hərraca çıxarılır- Fotolar

Şagirdlərə yeni kitablar veriləcək - 13 milyon manat ayrıldı

Havalar tikintiləri də "vurub"

Havalar tikintiləri də "vurub"

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

İş yerində dəyişikliklərə necə tez uyğunlaşmaq olar? – SƏHƏR OXUSU

Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? - SƏBƏB

İcra hakimiyyətindən “Rövşən Oğuz Qrup”a 12 milyonluq sifariş

Birgə nikah dövründə qazanılmayan əmlaklardan övladlara pay düşür?

Bu MMC-nin külli miqdarda vergi borcu var

Zirzəmidən çıxarılan su insanlara bulaq suyu adı ilə satılır

Sumqayıtda dəniz suyunun duzsuzlaşdırılması zavodu tikiləcək

Azərbaycan hansı ölkələrdən xlor alır?

Azərbaycanda yeni tibb müəssisəsi tikilir - 18,5 milyon manata

Paytaxtda qurbanlıq heyvanları bu QİYMƏTƏ satırlar

"Amazon" insansı robotlarla qapıya çatdırılma dövrünü başladır

Tramp Maskı cəzalandırmaq üçün nə qədər irəli gedə bilər? - "Reuters"

Məşhur makaron markasının məhsulları geri çağırılır: Avropa Birliyindən XƏBƏRDARLIQ

2025-ci ilin ən yaxşı səyahət kameraları - SİYAHI, FOTOLAR

Bu kənddə evlərin təmirinə 8,8 milyon manat ayrıldı

Bakıdakı müəllimlər bölgə universitetlərində buna görə dərs demək istəmir

Bakıdakı müəllimlər bölgə universitetlərində buna görə dərs demək istəmir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin