BAKU Azərbaycan
21.03°C
  • USD
    1.7
  • EUR
    1.9324
  • RUB
    2.1932
  • TRY
    0.0433
  • GBP
    2.2936
22630

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilən “Şəhərdən Kəndə” aqroekoturizm layihəsi çərçivəsində təsərrüfatlara dəstək tədbirləri davam edir. 

Növbəti dəfə Quba, Astara və Lənkəran rayonlarında yerləşən 3 təsərrüfata dəstək göstərilib. Təsərrüfatlarda yenidənqurma işləri aparılıb, həmçinin fermerlər ehtiyacları üzrə inventarlarla təmin olunublar.

Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov dəstək göstərilən təsərrüfatlardan biri olan Lənkəran rayonunun İstisu qəsəbəsində yerləşən “Citrus Valley” təsərrüfatında görülmüş işlərlə tanış olub, www.tovillage.az elektron aqroturizm platformasının təqdimatı tədbirinə qatılıb. Tədbirdə “Şəhərdən Kəndə” layihəsi çərçivəsində görülən işlər, u layihənin təsərrüfatların inkişaf dinamikasına və fermerlərin gəlirlərinin yüksəlməsinə təsiri barədə məlumat verilib.  

Tədbirdə çıxış edən kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov bildirib ki, aqroekoturizm aqrar sahənin inkişafı ilə birbaşa bağlı olan, özündə kənd təsərrüfatı, turizm, ekologiya, kiçik və orta biznes kimi sahələri cəmləşdirən bir sistemdir. Nazir müavini qeyd edib ki, bütün dünyada kənd turizminə maraq ildən-ilə artır, yerli və xarici turistlərə təklif olunan turizm məhsulları arasında aqroekoturizm məhsullarının payı artır: “Ölkəmizdə də ciddi bir aqroekoturizm potensialı mövcuddur. Kənd təsərrüfatı inkişaf etdikcə bu potensial da böyüyür. Mövcud potensialın üzə çıxarılması yerli və xarici auditoriyaya kənd turizminin fərqli formalarını təqdim etməyə imkan verir. Aqroekoturizmi inkişaf etdirməklə biz kənd yerlərində məşğulluq səviyyəsini artırmağa, əhalinin gəlir səviyyəsini yüksəltməyə nail oluruq. Bu baxımdan “Şəhərdən Kəndə” layihəsi çərçivəsində xeyli işlər görülüb, aqroekoturizm xidmətləri göstərən təsərrüfatların fəaliyyətinin müasir standartlar səviyyəsində qurulmasına yardım göstərilib”.

Qeyd edək ki, “Şəhərdən Kəndə” layihəsi çərçivəsində “Citrus Valley” təsərrüfatında qidalanma ərazisi üçün yardımçı sahə tikilib, təsərrüfatın giriş və ümumi hissəsi abadlaşdırılıb, uşaqlar üçün oyun meydançası yaradılıb. Həmçinin xidmət səviyyəsinin yüksəldilməsi məqsədi ilə təsərrüfat bir sıra avadanlıqlar və əşyalarla təmin olunub.

Tədbir zamanı ölkəmizdə aqroturizmin inkişaf etdirilməsi məqsədi ilə yaradılan www.tovillage.az elektron aqroturizm platformasının təqdimatı da baş tutub. Elektron platforma həm səyahət etməyi sevən insanların, həm aqrar sahibkarların, həm də turizm sahəsi üzrə ixtisaslaşmış şirkətlərin istifadəsi üçün nəzərdə tutulub.  Belə ki, aqroturizm yönümlü təsərrüfatlara səyahət etməyi sevən turistlər sayta daxil olaraq arzuladıqları fəaliyyətlərlə zəngin turlara qoşula, fərdi turlar yarada və yaxud saytda yerləşdirilmiş qonaq evlərini rezervasiya edə bilərlər.

Tədbirdə FAO-nun, Lənkəran Rayon İcra Hakimiyyətinin, ABAD-ın və ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, həmçinin “Şəhərdən Kəndə” layihəsinə qoşulmuş fermerlər iştirak ediblər.

Qeyd edək ki, “Şəhərdən Kəndə” layihəsi “Paşa Holdinq”in dəstəyi ilə korporativ sosial məsuliyyət proqramı çərçivəsində həyata keçirilir.

Bu günə qədər “Şəhərdən Kəndə” layihəsinə qoşulmaq üçün 220-ə yaxın fermer müraciət edib. Müraciət edən fermerlərin 115-nin təsərrüfatına baxış keçirilərək qiymətləndirmə aparılıb. Layihəyə edilən müraciətlər və aparılan qiymətləndirmələr əsasında ümumilikdə 9 təsərrüfatda yenidənqurma işləri həyata keçirilib, müxtəlif avadanlıq və ləvazimatlarla dəstək göstərilib. Layihə çərçivəsində əcnəbi və yerli mütəxəssislər tərəfindən 100-dən artıq fermerə aqroturizm modulu üzrə təlim keçirilib. Fermerlər 14 rayondan 75 təsərrüfatı təmsil ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Mall"larda parkinq qiyməti qalxdı

Bakıda daha bir məşhur restoran sökülür - VİDEO

Firdovsi Məmmədov icraçı direktor təyin olundu

Universitet müəllimləri də MİQ imtahanı verəcək?

Azərbaycanda ən dərin zəlzələlər bu ərazidə baş verir

Nizami rayonunun icra başçısına yeni müavin təyin olundu - FOTO

“Azərsilah” Müdafiə Sənayesi Holdinqində yeni TƏYİNAT

“Azərsilah” Müdafiə Sənayesi Holdinqində yeni TƏYİNAT

"WhatsApp"da yeni dövr - İstifadəçilər telefon nömrəsi paylaşmadan yazışa biləcək

Bu ölkədən Azərbaycana 409 manata at gətirilir

Dərmanlarla bağlı yeni QƏRAR

Səs-küy salan qonşuları hansı cəza gözləyir?

"Meta" atom elektrik stansiyasının fəaliyyətini dəstəkləyəcək

Kəmaləddin Heydərov Ramiz Mehdiyevin qohumunu təqaüdə göndərdi

Şifahi tərcümənin görünməyən məqamları

Yasamalda yerləşən uşaq bağçası satışa çıxarılıb - QİYMƏT

Neftin qiyməti 70 dollara yaxınlaşır

Tərkibində qızıl tozu olan kürünün 1 kiloqramı 193 min manata satılır

Tərkibində qızıl tozu olan kürünün 1 kiloqramı 193 min manata satılır

Avro və rubl dəyər itirir - Yeni məzənnə

Kriptovalyuta bazarı dəyərlənərkən, "Solana" geriləyir

Onlayn satışda müştəri tapmaq üçün 7 effektiv strategiya - SƏHƏR OXUSU

Şimali Koreyadan gizli çıxarılan telefon hər kəsi heyrətləndirdi - Avtomatik senzura sistemi...

Bu şirkətin qanuni təmsilçisi ölkədən çıxa bilmir

Arzuya gedən yol: "Real"da çalışmaq üçün mənzilini satan qazax qızın hekayəsi -MÜSAHİBƏ

Rahatlığınızı pozsa da, sizi uğurlu edəcək 10 vərdiş

10 manatlıq şirkətin vergi borcu var - Sahibkarın ölkədən çıxışına stop qoyula bilər

İlk 3 ayda Azərbaycan hava nəqliyyatından nə qədər qazanıb? - Rəqəmlər

İlk 3 ayda Azərbaycan hava nəqliyyatından nə qədər qazanıb? - Rəqəmlər

Məhkəməyə məxsus avtomobil hərracda satıldı

“Healthy Body” şirkətinin rəhbərinə “stop” qoyuldu

Dropshipping nədir və Azərbaycanda bu işə başlamaq olar?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin