BAKU Azərbaycan
27.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8199
  • 1 Rusiya rublu
    0.0182
  • 1 Türkiyə lirəsi
    0.0524
  • 1 İngiltərə funt sterlinqi
    2.1327
17118
Anar Məmmədov: “Satışlardakı artımlar “Petkim”in rekord gəlirlərinə mühüm töhfə verir”

 

“Neft-kimya bazarında Asiya və Amerika ilə əlaqəli tədarük zəncirindəki qırılmalarla yanaşı ehtiyacdan artıq alışın yaratdığı tələb “Petkim”in də istehsalçısı olduğu məhsulun qiymətlərində qlobal bir yüksəlişə yol açıb”.

Valyuta.az xəbər verir ki, bu barədə “SOCAR Türkiyə” Emal və Neft-Kimya Bölməsinin rəhbəri və “Petkim”in Baş direktoru Anar Məmmədov söyləyib.

Petkim”in 2021-ci ilin ikinci rüb maliyyə göstəricilərini dəyərləndirən A.Məmmədov qeyd edib ki, peyvəndləmənin genişlənməsi ilə əlaqədar pandemiyanın bitəcəyi barədə gözləntilər də ümumi tələbə təkanverici təsir göstərmiş və müşahidə olunan bütün bu dönüşlər “Petkim”in rekord səviyyəyə çatan gəlirində öz əksini tapıb.

“İstehsal xərclərinin ötən ilə nisbətən 110 %, naftanın qiymətinin isə 60% artdığı bir dövrdə STAR NEZ ilə fasiləsiz inteqrasiyalı istehsalımız “Petkim”də gəliri yüksəldən digər bir mühüm hərəkətverici qüvvə oldu. İstehsal gücündən istifadəni də ötən ilin müvafiq rübünə nisbətən 2,5% artıran “Petkim”, məlum olduğu kimi, eyni zamanda məhsul satışı ilə yanaşı ticari satışlar da həyata keçirir”, - deyə Anar Məmmədov vurğulayıb. 

Bu satışlardakı artımın da rekord gəlirə mühüm töhfə verdiyini söyləyən baş direktor bildirib ki, hesabat dövründə reallaşan 7 milyard 397 milyon lirəlik ümumi dövriyyənin 2 milyard 649 milyon lirəsi ticari satışların payına düşüb:

“Əldə etdiyimiz bu yüksək maliyyə göstəricisinə müasir qlobal dönüşləri düzgün qiymətləndirərək sürətli və düzgün addımlar atmağımızın da böyük rolu olub. Əldə etdiyimiz gəliri düzgün dəyərləndirərək qısamüddətli borclarımızı da təxminən 90 milyon ABŞ dolları azaltdıq. Bu isə xalis faiz məsrəflərimizi azaltdığı üçün xalis gəlirimizə də müsbət təsir göstərdi. Bütün bunlarla yanaşı, aktivlərimizi 23 %, kapitalımızı 29 % artıraraq maliyyə mövqeyimizi gücləndirdik”. 

“SOCAR Türkiyə” rəhbəri düşünür ki, pandemiya səbəbindən dalğalanmaların hələ də davam etdiyi bir şəraitdə nümayiş etdirilən bu uğurlar qlobal rəqabətdəki mövqelərini daha da möhkəmləndirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Mərkəzi Bank sabah növbəti faiz qərarını açıqlayacaq

Beynəlxalq valyuta birjalarında durum necədir?

Sahibkarlığın İnkişafı Fondunun mənfəəti 19% azalıb

AMEA-da doktorantura və dissertanturaya ayrılan yerlərin sayı açıqlanıb

Ötən ay 3,6 min nəfərdən çox şəxsə pensiya təyinatı aparılıb

Fərid Osmanov: AMB “Sandbox” xüsusi tənzimləmə rejiminin tətbiqinə başlayır

Naxçıvanda ÜDM istehsalı 3% artıb

Azərbaycanlı iş adamı yeni şirkətlər yaradır

Naxçıvanda yeni idarə rəhbəri təyin edildi

Naxçıvanda yeni idarə rəhbəri təyin edildi

“Bank Avrasiya” digər banklardakı depozitləri 4 milyon manata yaxın azalıb

Rabitəbank Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə 15 milyon ABŞ dolları dəyərində müqavilə imzalayıb ®

Azərbaycanda istehsal olunan ətin, südün və yumurtanın miqdarı artıb

“Azər-Türk Bank” maliyyə göstəricilərini açıqlayıb

Aşağı maaşla pula qənaət etməyin yolları

Bitcoin yenidən bahalaşır - Kriptovalyutaların qiymətləri

İngiltərədə bu şifrəni istifadə etmək qadağan edildi

Yataqxanalardakı mənzillərin satılması qanunidirmi? - Video

ChatGPT məhkəməyə verildi - Səbəb?

Avropa İttifaqı “TikTok”u bloklamağa hazırlaşır

2024-cü ilin turizm trendi: İnsanlar istirahət üçün hansı yerlərə üstünlük verirlər?

Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb

Avro və rubl ucuzlaşdı, lirə bahalaşdı – Məzənnə

Son beş gündə İlon Maskın sərvəti 37,3 milyard dollar artıb

Son beş gündə İlon Maskın sərvəti 37,3 milyard dollar artıb

“Threads” sosial şəbəkəsi Türkiyədə bağlanıb

Azərbaycan neftinin qiyməti cüzi ucuzlaşıb

ADNA terrorundan 15 il ötür

Azərbaycanda ada turizmi niyə inkişaf etməyib? - Araşdırma / Video

Bu gün bu rayonlarda qaz kəsiləcək

Səfər sığortası məcburidirmi? - Ekspert şərhi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin