BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
47186

Bugün beynəlxalq valyuta birjalarında dollar major valyutalar qarşısında bahaşır. Beynəlxalq Valyuta Fondunun (BVF) ekspertləri ABŞ iqtisadiyyatının cari yüksək aktivliyinin tempinin qısa müddətdə sonlanacağını düşünürlər. Eyni zamanda, qeyd olunur ki, ABŞ-da məhsuldarlığın artımı digər amillərlə yanaşı, Avropa ilə müqayisədə yeni texnologiyaların inkişafına daha böyük özəl investisiyalar hesabına təmin edilir.

Aprel ayında BVF Amerika iqtisadiyyatının artım perspektivləri ilə bağlı proqnozunu yeniləyib. 2024-cü ildə ABŞ ÜDM-nin 2.7% artacağı proqnozlaşdırılır, lakin artıq 2025-ci ildə fond artım templərinin 1.9%-ə qədər azalacağını ehtimal edir. BVF-də Amerika iqtisadiyyatının hazırda güclü məhsuldarlıq artımını, güclü istehlak tələbi və ev təsərrüfatlarının artan xərcləri nümayiş etdirdiyini bildirirlər.

EURUSD valyuta cütlüyü Avropa ticarət sessiyasına 1.0717 səviyyəsində başlasa da, hal-hazırda 1.0702 səviyyəsinə qədər ucuzlaşıb. Eyni dövr ərzində GBPUSD cütlüyü isə 1.2562 səviyyəsindən 1.2536 səviyyəsinə qədər düşüb. USDJPY cütlüyü dünən tarixi maksimum həddini yeniləyib. Belə ki, 160.150 səviyyəsini test etdikdən sonra, dollar/yen məzənnəsi 154.570 səviyyəsinədək ucuzlaşdı. Hal-hazırda cütlük 156.730 səviyyəsində ticarət olunur. 

Bugün bazar iştirakçıları dərc olunacaq statistik məlumatları diqqətlə izləyəcəklər. Belə ki, analitiklərin fikrincə Avrozonada illik inflyasiya, ilkin hesablamalara görə, mart ayı ilə müqayisədə aprel ayında 2.9%-dən 2.6%-ə enib. Həmçinin Almaniya Federal Məşğulluq Agentliyi işsizlik səviyyəsi ilə bağlı məlumatları dərc edəcək. Ekspertlər ehtimal edirlər ki, aprel ayında ölkədə işsizlik səviyyəsi, mart ayında olduğu kimi, 5.9% təşkil edəcək.

Eləcə də, Almaniya Federal Statistika İdarəsi (Destatis) Avropanın ən böyük iqtisadiyyatı olan ölkə üçün ÜDM məlumatlarını dərc edəcək. Bugün həmçinin, “Eurostat” birinci rüb üzrə Avrozonanın ÜDM dinamikasının ilkin qiymətləndirməsini dərc edəcək. Ekspertlər ÜDM-in illik ifadədə 0.2%, rüblük ifadədə isə 0.1% artdığı fikrini irəli sürürlər.

Bakı vaxtı ilə saat 18:00-da “Conference Board” analitik şirkəti ABŞ-da İstehlakçı İnamı İndeksini dərc edəcək. Analitiklərin hesablamalarına görə, apreldə ayında indeks mart ayı ilə müqayisədə 104.7 bənd səviyyəsindən 104 bənd səviyyəsinədək zəifləyib.

© investaz.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Borrel: Avropa iqtisadiyyatı Çinlə rəqabətə tab gətirə bilməz

Azərbaycanda vergi forumu keçiriləcək

Azərbaycanda vergi forumu keçiriləcək

Yeni açılan iş yerlərinin 80 faizi Bakıdadır - Statistika

ABŞ daxili bazardan 3,4 milyard dollar dəyərində uran alacaq

Unistream ödəniş sistemi Gürcüstana köçürmələri bərpa etdi

"Həyat-Müayinə, Məsləhət Və Müalicə Mərkəzi" cərimələnib

Məşhur tikinti şirkətinin 5 milyon borcu var - Rəhbərinə "stop" qoyuldu

Çində istehlak aktivliyi sürətlə yavaşlayır

Bakıda əmək yarmarkaları keçiriləcək

Finlandiya ruslara ölkədə daşınmaz əmlak almağı qadağan edəcək

Modern Hospital cərimələnə bilər

Məşhur sahibkar cərimələnir

Əfqanıstan Rusiyadan daimi neft məhsulları alışına qayıtmaq istəyir

Prezidentlər Füzuli və Şuşaya səfər edib (YENİLƏNİB)

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

“İrşad Elektroniks” gömrük qaydalarını pozub?

"Bizim Bala Tədris Mərkəzi"nə protokol tərtib olundu

“Kapital Bank” dələduzların 90-dan çox web-saytını, 800-dən çox sosial şəbəkə hesabını bağlatdırıb

Bakıda 4-cü və 5-ci “DİM Dialoqu” keçiriləcək

Rusiyada gözlənilməz şaxtalar fonunda taxıl xeyli bahalaşdı

İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı

Azərbaycanda məşhur şairin şirkətinin milyonlarla borcu var

Azərbaycanda məşhur şairin şirkətinin milyonlarla borcu var

10 min dollar mayası olan MMC ləğv olunur

Rusiyanın Avropaya ixracında rublun payı tarixi maksimuma yüksəldi

Füzuli və Ağdamın 28 kəndində vətəndaşlara müavinətin ödənilməsi niyə dayandırılıb? - AÇIQLAMA

Qiymətlər bahalaşır - Ənənəvi taksilər geri qayıdır?

Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub

Nazir idarə rəisini işdən çıxardı, yüksək vəzifə verdi (FOTO)

Dəniz mənzərəli 6 restoranda səhər yeməyi qiymətləri

Dəniz mənzərəli 6 restoranda səhər yeməyi qiymətləri

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin