BAKU Azərbaycan
12.53°C
  • USD
    1.7
  • EUR
    1.8582
  • RUB
    2.0804
  • TRY
    0.0463
  • GBP
    2.208
47148

"Səfər sığortası sivil ölkələrin hamısında mövcuddur. Hətta Azərbaycanda da səfər sığortası tətbiq edilir. Lakin Gürcüstanın nəzərdə tutduğu kimi sərt şəkildə səfər sığortası olmayanların ölkəyə girişinə qadağa qoyulmayıb". 

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli iyun ayından sonra Gürcüstana daxil olan istənilən əcnəbilərin sığortalanmadığı təqdirdə 300 lari (190 manat) cərimələnəcəyi ilə bağlı qərarını şərh edərkən deyib. 

Ekspert bu sığortanın könüllü olduğunu əlavə edib: 

"Səfər sığortasını əhatə edən xidmətlər var, yəni baxır nəyi sığorta edirsən. Sığortaya baqaj, sağlamlıq, təsadüfü bədbəxt hadisələrvə s. aiddir.  Onların qiyməti 200 dollardan başlayır. 2-5 min, hətta 10 min dollar da səfər sığortası edənlər var. Səfər sığortasının məbləği müştəri ilə sığorta şirkəti arasında bağlanan müqavilədən asılıdır, onun standart baza məbləği mövcud deyil".

Akif Nəsirli bildirib ki, səfərə çıxan fiziki şəxs qarşılaşdığı sürprizləri sığortalamaq istəyir:

"Adətən, səfər sığortasını hüququ şəxsər bağlayır. Turizm şirkətləri kollektiv şəkildə vətəndaşları bir ölkədən başqa ölkəyə türist kimi aparır. Bu zaman həmin fiziki şəxs sığorta şirkəti ilə hər bir nəfər üçün müqavilə bağlayır. Bu müqavilə bəzən hamı üçün standart olur, bəzən isə fiziki şəxsin arzusu ilə bağlı olaraq xüsusi şərtər də qəbul edilir. Məsələn, biri baqajını deyil, sağlamlığını sığortalayır, yaxud da əksinə". 

Akif Nəsirli hər bir şirkət üçün standart bazanın olduğunu qeyd edib:

"Ondan əlavə kim nə istəsə əlavə edə bilər. Son illər turizm şirkətləri fərdi şəxslərlə də səfər sığortası müqaviləsi bağlayırlar".

Qeyd edək ki, qərara görə 2024-cü ilin iyun ayından Gürcüstana daxil olan istənilən əcnəbinin sığorta müqaviləsi olmalıdır. Əks təqdirdə 300 lari (190 manat) cərimələnəcək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Qrenlandiya partiyaları Trampın təzyiqi fonunda yeni hökuməti elan ediblər

Məşhur film şirkəti iflasa uğradı

ING Azərbaycanda orta illik inflyasiya proqnozunu yeniləyib

"iPhone" istifadəçiləri üçün "WhatsApp"da yeni funksiya

Əsassız yaranmış kommunal borcun silinməsi üçün hansı addımlar atılmalıdır?

"Meta"dan nostalji yaradan addım - "Facebook"un bu özəllikləri geri dönür

Mehman Veysəlov onları müdir təyin edib

Sənədsiz evlər probleminin həlli niyə gecikir?

Fitrə zəkatı nə vaxt verilməlidir? - RƏSMİ

Fitrə zəkatı nə vaxt verilməlidir? - RƏSMİ

BƏƏ Türkiyənin bu bankını aldı

Ağdamda tikilən evlərin həyətyanı sahəsi nə qədərdir?

Ağdamın Sarıcalı kəndində iki mərhələ üzrə 425 fərdi ev tikiləcək

"İnstagram" istifadəçilər üçün yeni funksiya təqdim edib

"Tesla" qiymətləri qaldırır

Azərbaycan üçün 173 milyon dollarlıq layihə - Dünya Bankı təsdiqlədi

Avtobuslarla bağlı yenilik: İş saatı artırılacaq, yalnız elektrikli avtobuslar işləyəcək

İş görüşməsində 100/100 seçilmək istəyirsinizsə... - Ekspert açıqladı

Ötən il Rusiya vətəndaşlığını alan əcnəbilərin sayı rekord səviyyədə düşdü

Qiymət və keyfiyyət baxımından ən yaxşı avtomobillər - Siyahı

Bakıda daha bir dairə ləğv edilir: Məşhur restoran sökülür

Bakıda daha bir dairə ləğv edilir: Məşhur restoran sökülür

Azərbaycanda alimlər nə qədər maaş alırlar? - RƏQƏMLƏR

Dələduzların yeni oyunu - "Bank kartını icarəyə ver, 5000 manat qazan"

Malayziyaya səyahət neçəyə başa gəlir? - Viza tələbi yoxdur

Neftimizin qiyməti cüzi azalıb

"Amazon" yeni süni intellekt funksiyasını təqdim edib

"Bitcoin" və altcoinlərin qiymətləri düşdü

“Melissa Group”un rəhbəri saxlanıldı

“Melissa Group”un rəhbəri saxlanıldı

Özünü inkişaf etdirməyin ən təsirli yolu: hər səhər 1 yeni sual - SƏHƏR OXUSU

"Wall Street"də bonuslar rekord həddə çatıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin