BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8205
  • 1 Rusiya rublu
    0.0184
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1193
14242

Beynəlxalq Valyuta Fondu (IMF) Nizamnaməsinin IV maddəsi üzrə Missiya Azərbaycan barədə hesabatını yayıb.

Valyuta.az xəbər verir ki, hesabatın əsas məqamlarını İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı şərh edib.

V.Qasımlının sözlərinə görə, hesabatda qeyd edilir ki, Azərbaycan iqtisadiyyatı COVID-19 pandemiyası və aşağı neft qiymətlərinin təsirinə məruz qalıb: “Əlbəttə, sadalanan səbəblərdən başqa ötən il quraqlıq və Ermənistanın hərbi təxribatlarına cavab olaraq uğurlu Vətən müharibəsinin də iqtisadi təsirləri olub. IMF-nin missiyası hesab edir ki, Azərbaycan höküməti cəld hərəkətə keçərək, xarici şokların təsirini yumşaldıb. Bundan sonra iqtisadi siyasətin hədəfi özəl sektorun inkişafı, biznes mühitinin daha da yaxşılaşması, idarəetmə və şəffaflıq sahəsində islahatların davam etdirilməsi, həmçinin maliyyəyə çıxışın yaxşılaşlaşması hesabına iqtisadi şaxələnmənin dərinləşməsi və iqtisadiyyatın şoklara dayanıqlılığının yüksəldilməsi olmalıdır. Hesabatda qeyd edilir ki, davam edən vaksinasiya və iqtisadiyyatın tədriclə açılması nəticəsində iqtisadi artım bu il 2,3 %, qeyri-neft sektorunda isə 3,5 % proqnozlaşdırılır.

Ötən il qeyri-neft sektorunun 2,6 % kiçilməsini nəzərə alanda, bu ilki 3,6 %-lik artım proqnozu onu göstərir ki, qeyri-neft sektoru nəinki tam bərpa oluna, hətta böhrandan əvvəlki həcmini ötə bilər. Neft-qaz sektorunun keçən ilki 7,2 % geriləməsini, bu il Cənub Qaz Dəhlizi hesabına “mavi yanacaq” istehsalının artması kompensasiya edəcək, hətta neft-qaz sektorunda real olaraq 0,2 %-də olsa artım proqnozlaşdırlır”.

V.Qasımlı bildirib ki, Azərbaycanın fiscal balansı və cari hesablar balansı COVID-19-dan əvvəlki əhəmiyyətli müsbət zonadan ötən il mənfi zonaya daxil olsa da, bu il “əkiz balans”larda bərpa proqnozlaşdırılır: “Qaz ixracının artması, neft qiymətlərinin artıq 70 ABŞ dolları ötməsi və qeyri-neft ixracının ikirəqəmli hədlərdə böyüməsi cari hesablar balansının müsbət saldosunun bu il ÜDM-in 2,4 %-i həddində olacağını proqnozlaşdırmağa əsas verir. COVID-19-la mübarizə və işğaldan azad olunan ərazilərin rekonstruksiya xərcləri artdığından, icmal büdcənin bu il proqnozlaşdırılan ÜDM-in 5,6 %-i səviyyəsində olan kəsiri növbəti ildən azalaraq və 3 %-ə enməsi proqnoz edilir. “Əkiz balans”ların vəziyyəti və idxal inflyasiyası da nəzərə alınanda inflyasiyanın Mərkəzi Bankın hədəflədiyi “dəhliz”də - 4 % civarında olması proqnozlaşdırılır. İnflyasiyanın risk balansında artırıcı faktorların rolu yüksəlib. Qeyri-monetar xarakter daşıyan xarici və daxili xərc amilləri, eləcə də pul kütləsinin artması fonunda faktiki inflyasiya artsa da hədəf dəhlizində qalmaqdadır. “Əkiz balans”ın yaxşılaşması və dövlətin borcunun məqbul həddi makroqitisadi sabitliyin əsas lövbəri – manatın məzənnəsinin sabitliyinə də müsbət təsir edir”.

V.Qasımlının sözlərinə görə, 2020-ci böhran ilində fiskal siyasət çevikliyi ilə seçildi və avtomatik stabilizatorlar şoklara cavab verdi, hətta fiskal qaydaların tətbiqi müvəqqəti dayandırıldı: "Lakin uzunmüddətli dönəmdə yeni fiskal qaydaların işlənilməsi, dövlət maliyyəsinin daha da təkmilləşdirilməsi, xərcləmələrin, subsidiyaların və dövlət sektorunda məşğulluğun səmərəliliyinin artırılması, vergi-gömrük inzibatçılığının yaxşılaşdırılması, ən əsası isə dövlət müəssisələrinin islahatları hesabına fiskal konsolidasiyaya getmək mümkündür. “Vergi və gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi Qaydaları”na uyğun olaraq qüvvədə olan və ya təklif olunan vergi və gömrük güzəşt və azadolmalarının büdcə ilə yanaşı iqtisadi və sosial baxımdan səmərəliliyinin qiymətləndirilməsi nəzərdə tutulur. Sadalanan addımlar həm də fiskal dayanıqlıq üçün əhəmiyyətlidir”.

V.Qasımlı IMF-nin hesabatında monetar siyasət barədə məsələləri də şərh edib: “Böhran ilində requlyativ tətil, istehlakçı hüquqlarının qorunması, dijitallaşmaya keçidin sürətləndirilməsi, maliyyə inklüzivliyinin artırılması, onlayn xidmət kanallarının təşviqi, maliyyə intizamının qorunması, kredit ekspansiyasının təşviqi və maliyyə dayanıqlılığına dəstək tədbirləri həyata keçirilib. IMF-nin hesabatında xüsusən də uçot dərəcəsinin aşağı salınması və monetar yumşalma xüsusi qeyd olunsa da, kredit faizləri hələ də yüksək qiymətləndirilir. Bank sektorunda kapital adekvatlığı və likvidlik göstəricləri normativdən artıqdır, bankların göstəriciləri yaxşılaşır. Bu ilin ilk 5 ayında bank sistemi üzrə kredit portfeli 3,8 %, o cümlədən biznes kreditləri 2,4 % artsa da, monetar siyasətin qısamüddətli dönəmdə iqtisadi fəallığın və real sektorun canlanmasına daha çox töhfəsi, həmçinin monetar transmissiya gücünün artması arzuolunandır”.

V.Qasımlı yekunda IMF-nin hesabatında struktur islahatlarına toxunub: “Neft ehtiyatlarının tükənməsi, rəqəmsal transformasiya və "yaşıl" inkişaf paradiqması, habelə Qarabağın reinteqrasiyası Azərbaycan iqtisadiyyatının Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş yeni milli prioritetləri əsasında restrukturizasiyasını zəruri edir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İnnovasiya və Təchizat Mərkəzi 369 576 manatlı hellium alır

ABŞ alimləri təbiilərindən üstün olan süni bədən hüceyrələri yaratdıblar

“Bakı Tikiş Evi” məhkəmə qarşısında

Mühafizə şirkəti məhkəməyə verildi

Rusiyada yük maşını sürücülərinin çatışmazlığı 25%-ə çatdı

"Hom-Paş Prestij" məhkəməyə niyə verilib?

"A-Group Sığorta Şirkəti" cərimələnir

Ukrayna mayda Dnepr SES-in bərpasına başlamağı planlaşdırır

Dövlət xidmətindən “Azpetrol”a 60 min manatlıq sifariş

NASA BKS-də mutant canlılar aşkarlandığını açıqladı

Rusiya aktivləri Ukraynaya keçəndən sonra dollar ucuzlaşacaq - İqtisadçı

İki məşhur şirkət arasında alqı-satqı qalmaqalı

"Meta"nın gəlirləri artıb

Bloomberg: Rusiyanın aktivlərinin müsadirəsi kütləvi de-dollarizasiyaya səbəb ola bilər

Gömrük Komitəsi “Coca-Cola” şirkətini nədə ittiham edir?

Britaniya vasitəçilərdən rekord həcmdə Rusiya nefti alır

Xarici ölkələrə tomatın kiloqramını neçəyə satırıq? - 3 ayda ölkəyə 45 milyon dollar gəlir gətirib

Dünyanın ən böyük daşıyıcılarından biri nəhayət ki, Rusiya və Çinlə işə son qoydu

Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti yeni brend kimliyini təqdim edir ®

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi ®

Naxçıvan DSMF-nin sədri işdən çıxarıldı

Türkiyədə lirə ilə bağlı qərar verildi

Prezidentlər Füzuli və Ağdama səfər edib (YENİLƏNİB)

ABŞ-da məşhur konsaltinq şirkətinə qarşı opioid epidemiyasına görə cinayət işi açıldı

“TikTok” Türkiyədə də qadağan olunur? - Rəsmilər Türkiyə Böyük Millət Məclisinə dəvət olunub

Bağışlanma müqaviləsi hansı halda ləğv edilə bilər?

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Bakıda yeni

Bakıda yeni "mall" bu tarixdə açılacaq (FOTO)

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin