BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.926
  • RUB
    2.1283
  • TRY
    0.0438
  • GBP
    2.2826
14185

"Mövcud məbləğlə ödənişli əsaslarla oxuyan 38 min tələbənin problemini həll etmək mümkün olacaq”.

Valyuta.az xəbər verir ki bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov Təhsil Tələbə Kredit Fondunun yaradılması barədə Prezident İlham Əliyev tərəfindən verilən fərmanı dəyərləndirərkən deyib. 

Ekspertin fikrincə, kreditin geri ödənilməsi üçün təhsili başa vurduqdan sonra tələbə mütləq şəkildə işlə təmin edilməlidir:
 
"2015-2020-ci illər arasında 7 minə yaxın tələbə təhsil haqqını ödəyə bilmədiyindən ali təhsilini yarımçıq qoymağa məcbur olub. Bu da kifayət qədər ciddi rəqəmdir.  Ölkədə ali təhsilli insanların sayı yetərincə deyil. Həmçinin yerli əmək bazarında ixtisaslı kadrlara ehtiyac var. Bunların fonunda təhsil haqlarını ödəyə bilməyənlərin problemlərinin həllində dəstəyə ehtiyac vardı. Azərbaycanda 51 ali təhsil müəssisəsində 182 min tələbə təhsil alır. Onun da 110 mini ödənişli əsaslarla oxuyur.  Tələbə kreditləri tək əyani təhsil alanlara deyil, qiyabi şəkildə oxuyanlara da şamil ediləcək. Onlara fond tərəfindən faizsiz, yaxud da cüzi faizlərlə kredit verəcək”.  

Həmsöhbətimiz bildirdi ki, tələbə kreditinin problemli kreditə çevrilməsinə imkan vermək olmaz: 

"Bu gün onsuz da kifayət qədər gənc kredit içində batır. Tələbə aldığı bu krediti təhsil aldığı dövrdə ödəməkdən azaddır. Bundan başqa, təhsil başa vurulandan sonra hərbi xidmətlə bağlı olaraq daha iki ilə qədər vaxt veriləcək. Yalnız bu müddət bitəndən sonra kreditin geri ödənilməsinə başlanılacaq. Digər tərəfdən, tələbə əlaçı, beynəlxalq yarış və müsabiqələrin qalibi olarsa, hansısa bir ixtira kəşf edərsə, ona verilən kredit bağışlanılacaq. Yəni verilən bu kredit növü sosialyönümlüdür”. 
 

K. Əsədov tələbə kreditindən yararlanan tələbənin təhsili başa vurduqdan sonra işlə təmin edilməsini ən vacib məqamlardan biri hesab edir: 

"Bu məsələ mütləq mənada öz həllini tapmalıdır. Digər tərəfdən, tələbənin aldığı vəsaiti geri ödəmək imkanında olması üçün məbləğ üzrə faizlər böyük olmamalıdır.  Məlumatıma görə, fond 7 nəfərlik İdarə Heyətindən ibarət olacaq. Ən vacib məqam fondun hesabatlı olmasıdır. Büdcəsi 80 milyon manat olacaq. Apardığım araşdırmaya görə, bu məbləğlə il ərzində 38 min insanın təhsil haqqını ödəmək olar.  Bu da imkan verəcək ki, ehtiyacı olanların hamısının problemini həll edə bilək”. 

K. Əsədov vurğulayıb ki, ali təhsil müəssisələrində kimliyindən asılı olmayaraq ödənişli təhsil alan bütün tələbələr bu kreditdən istifadə edə biləcəklər: 

"Bu prosesdə hər hansı bir kateqoriya xüsusi olaraq fərqlənmir. Çünki xüsusi kateqoriyalı insanlar onsuz da təhsil haqqından azaddır. Digər tərəfdən, kredit tək bu ildən başlayaraq ali məktəblərə yeni qəbul edilənlərə deyil, hətta artıq tələbə statusuna malik daha yuxarı kurslarda oxuyanlara da şamil ediləcək. Yəni burada da heç bir fərq qoyulmur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Ticarət bir daha heç vaxt əvvəlki kimi olmayacaq" - ECB prezidenti

QSC valyuta vəsaitlərini ölkəyə qaytarmadığına görə cərimə edilib

Adil Əliyev onu özünə yeni müavin təyin etdi

Adil Əliyev onu özünə yeni müavin təyin etdi

"Apple" ağıllı eynəklərinin buraxılış tarixi məlum oldu

“Azeri Med” daha bir tenderin qalibi seçildi

Avropa ölkəsi yeddi saatlıq iş rejiminə keçə bilər

Azad edilmiş ərazilərdə yaşayanların sayı açıqlandı

10 manatlıq şirkətin onluq vergi borcu üzə çıxdı

Bill Qeyts və Stiv Cobsun rəqabəti necə başladı? - Biznes filmləri

Pakistanın Baş naziri bu tarixdə Azərbaycana səfər edəcək

Süni intellekt kriptovalyutanı necə oğurlayır?

Mərkəzi Bankın yeni binası 631 milyon manata başa gələcək

Mərkəzi Bankın yeni binası 631 milyon manata başa gələcək

Sertifikatlaşdırılmaya cəlb olunacaq müəllimlərin sınaq imtahanı keçiriləcək

Dünyada yeni kompüter virusu yayıldı – Bütün məlumatları ələ keçirir

Film kimi dələduzluq: DSMF "əməkdaşı" kirayə ev tutdu, qazinin xanımını aldatdı

Harvard Universiteti Tramp Administrasiyasının qərarına görə məhkəməyə ÜZ TUTDU

Veysəloğlu Şirkətlər Qrupu “Qida Təhlükəsizliyi Ayı” elan etdi®

“Windows” istifadəçilərinə xəbərdarlıq – Təhlükəli virus yayılıb

2028-ci ildə Azərbaycanda Avropa Siyasi Birliyinin Zirvə toplantısı keçiriləcək

Bu ölkə "Telegram"ı blokladı

Azərbaycanda 6 vəkil cəzalandırıldı

Ölkəmizdə “International HR Summit 2025” tədbiri keçirilib

1996-cı ilin "ÇEK"ləri satılıb - FOTO

Mərkəzi Bank rəhbərliyi nə qədər qazanır?

Zaminin maaşından borc nə qədər tutula bilər? - AÇIQLAMA

Sabah Bakının bu küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaq

Təsadüfi fikri onu milyarder etdi

İdarə rəhbəri işdən çıxdı - Yeni təyinat

May ayının pensiyaları ödənildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin