BAKU Azərbaycan
22.03°C
  • USD
    1.7
  • EUR
    1.926
  • RUB
    2.1283
  • TRY
    0.0438
  • GBP
    2.2826
12831

Hazırda mövsümlə bağlı bazarlarda kənd təsərrüfatı məhsullarının bolluğu müşahidə edilir. Lakin son günlər əhali hava şəraitinin qeyri-sabit keçməsinin kənd təsərrüfatı məhsullarına mənfi təsir edəcəyi və məhsul qıtlığının yaranacağı, bunun isə qiymət artımına təsirsiz ötüşməyəcəyi qənaətindədir.

Mövcud hava şəraiti kənd təsərrüfatında məhsuldarlığa necə təsir edəcək?

Valyuta.az Cebhe.info-ya istinadən xəbər verir ki, kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov açıqlamasında, hazırda bəzi məhsullarda qiymət artımının olmasının hava şəraitinə heç bir aidiyyatının olmadığını bildirib. 

Ekspertin sözlərinə görə, bu gün istixana məhsullarından daha çox istifadə edilir: 

“Əsasən tərəvəz, pomidor, xiyar istixanada yetişdirilib. Faraş kartof da üstüörtülü təsərrüfatda yetişdirilib. Ümumiyyətlə, Azərbaycanda havanın dəyişməsindən asılı olmayaraq qiymətlər dəyişir. Yəni ölkədə hava şəraitindən asılı olmayaraq hər zaman qiymətlər yüksəkdir. Bu yaxınlarda qiymətləri Gürcüstan və Türkiyə ilə müqayisə etdik, həmin ölkələrdə kartofun qiyməti Azərbaycandan iki dəfə ucuzdur. Eləcə də soğanın, yerkökünün və digər məhsulların qiymətinin də Azərbaycandan aşağı olduğunu görürük. Azərbaycanın idxal etdiyi kərə yağını, bitki yağını Gürcüstan da idxal edir. Bizdə kərə yağı 20 dəfə bahadır. Azərbaycanda qiymətlər əksər ölkələrlə müqayisədə xeyli yüksəkdir”.

Hava şəraitinin dəyişməsinə gəldikdə, ekspert deyir ki, son 20 ildə qlobal iqlim dəyişikliyi baş verir və bunun kənd təsərrüfatına ciddi təsiri olacaq:

“Fermerləri, kəndliləri məlumatlandırmaq lazımdır ki, iqlim dəyişikliyi baş verəndə risklərin minimuma enməsi üçün hansı addımlar atsınlar. Yəni məhsuldarlıq, keyfiyyət aşağı düşməsin, bunun üçün hansı tədbirlər görülməlidir ki, həm keyfiyyət, həm də kəmiyyət baxımından məhsul itkisinə yol verilməsin. Dəfələrlə hökumətə təkliflər vermişik. Son vaxtlar müşahidə edirik ki, iqlim dəyişikliyi, havaların kəskin dəyişməsi, birbaşa kənd təsərrüfatına, məhsuldarlığa, keyfiyyətə təsir edir. Fermerlər çalışır ki, qiyməti artırmaqla bu ziyanı konpensasiya etsin. İqlim dəyişikliyi yalnız Azərbaycanda baş vermir”. 

Digər ölkələrdə də havanın kəskin dəyişdiyini deyən V.Məhərrəmov əlavə edib ki, necə olur ki, digər ölkələrdə məhsul istehsalında azalma baş vermir, məhsuldarlıq açağı düşmür, keyfiyyəti pisləşmir, ancaq bizim ölkədə baş verir:

“Çünki Azərbaycanda kəndliləri, fermerləri maarifləndirmirlər, onlarla risklərin azaldılması istiqamətində hansı addımları atmaqla bağlı informasiya vermirlər. Ona görə də belə qiymət artımlarının olacağını gösləyirik. Məhsuldarlığın azalması, keyfiyyətinin pisləşməsi və təəssüflər olsun ki, qiymətlərin artmasını müşahidə edəcəyik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bill Qeyts və Stiv Cobsun rəqabəti necə başladı? - Biznes filmləri

Pakistanın Baş naziri bu tarixdə Azərbaycana səfər edəcək

Süni intellekt kriptovalyutanı necə oğurlayır?

Mərkəzi Bankın yeni binası 631 milyon manata başa gələcək

Mərkəzi Bankın yeni binası 631 milyon manata başa gələcək

Sertifikatlaşdırılmaya cəlb olunacaq müəllimlərin sınaq imtahanı keçiriləcək

Dünyada yeni kompüter virusu yayıldı – Bütün məlumatları ələ keçirir

Film kimi dələduzluq: DSMF "əməkdaşı" kirayə ev tutdu, qazinin xanımını aldatdı

Harvard Universiteti Tramp Administrasiyasının qərarına görə məhkəməyə ÜZ TUTDU

Veysəloğlu Şirkətlər Qrupu “Qida Təhlükəsizliyi Ayı” elan etdi®

“Windows” istifadəçilərinə xəbərdarlıq – Təhlükəli virus yayılıb

2028-ci ildə Azərbaycanda Avropa Siyasi Birliyinin Zirvə toplantısı keçiriləcək

Bu ölkə "Telegram"ı blokladı

Azərbaycanda 6 vəkil cəzalandırıldı

Ölkəmizdə “International HR Summit 2025” tədbiri keçirilib

1996-cı ilin "ÇEK"ləri satılıb - FOTO

Mərkəzi Bank rəhbərliyi nə qədər qazanır?

Zaminin maaşından borc nə qədər tutula bilər? - AÇIQLAMA

Sabah Bakının bu küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaq

Təsadüfi fikri onu milyarder etdi

İdarə rəhbəri işdən çıxdı - Yeni təyinat

May ayının pensiyaları ödənildi

Mərkəzi Bankın yeni inzibati binasının inşasına 477 milyon manatdan çox pul xərclənib

Mərkəzi Bankın yeni inzibati binasının inşasına 477 milyon manatdan çox pul xərclənib

“Azərxalça”dan Aydan Salahovaya 100 min manatlıq sifariş

Qızıl dövr bitdi - Yeni dəyişiklik onların cibinə necə təsir edəcək?

Sürücülərin nəzərinə: Cərimələrlə bağlı yenilik olacaq

Gündə 1000 000 000 dollar qazanırlar - FOTO

"Apple"ın qapalı ekosistemi çatlayır: "Siri" üçün təhlükə zəngləri çalır

Şahin Əliyev yeni vəzifəyə təyin olundu

"Android 16" fotolarınızın üzərinə "yağış yağdıracaq"

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin