BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8905
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0499
  • 1 İngiltərə funt sterlinqi
    2.2371
12417

“Ağıllı şəhər” və “ağıllı kənd” layihələri çox önəmli layihələrdir. Azad edilən ərazilərdə işğal dövründə hər şey dağıdılıb. İndi onlar yenidən çəkilir. Yenidən çəkiləndə də son illərin layihələrindən istifadə edilir. Hər rayonun spesifik xüsusiyyətlərinə görə kommunikasiya xətləri və digər işlər aparılır.

Valyuta.az Publika.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Vahid Əhmədov deyib. 

Millət vəkili bildirib ki, bu kimi layihələr zəhmət tələb edir:

““Ağıllı şəhər” və “ağıllı kənd” layihələri gələcəkdə bu ərazilərin inkişafına böyük töhfələr verəcək. Bu layihələr müasir memarlıq ənənələri, modern informasiya texnologiyaları, kommunikasiya sistemləri ilə səsləşir. Artıq işğaldan azad olunmuş ərazilərimizdə “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin icrasına başlanılıb. Fikrimcə, Qarabağ ərazisində bu cür layihələrin həyata keçirilməsi kifayət qədər böyük vəsaitlər tələb edir. Həmin vəsaitlər də dövlət büdcəsindən ayrılır. Dövlət xərc çəkir və bu məsələni xüsusi nəzarətdə saxlayır. Samir Nuriyev bu işə rəhbərlik edir. Yəni, işlər gedir. Digər tərəfdən, həmin ərazilərdə təhlükəsizliyin təmin edilməsi üçün kazarmalar tikilməlidir. Bu sahədə də böyük uğurlar var, işlər aparılır”.

Vahid Əhmədov işğaldan azad olunmuş ərazilərimizin inkişaf perspektivlərindən də danışıb:

“Təsəvvür edin ki, işğaldan azad olunmuş ərazilərdə bir milyon hektara yaxın əkilməmiş sahələr var. Söhbət əkin sahələrindən gedir. Biz həmin sahələri əkib başa çatdırsaq, Azərbaycanın dövlət büdcəsinə kifayət qədər vəsait gələcək. Ölkəmiz özünü ərzaq, taxıl və digər məhsullarla təmin edəcək. Digər tərəfdən, Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı və başqa yerlər həmişə turizm məkanı kimi tanınıb. Kəlbəcərin İstisuyu, Laçının bulaqları, Qubadlı və Zəngilanın çayları...”

Onun sözlərinə görə, bu rayonlar turizm üçün çox münbitdir və xüsusi əhəmiyyətə malikdir: 

“Ümumiyyətlə, bu rayonların işğaldan azad olunması Azərbaycan iqtisadiyyatına öz müsbət təsirini göstərəcək. İndi layihələr işlənilib hazırlanır. Orada sənaye parkları tikiləcək. Sənaye kompleksləri tikilib istifadəyə veriləcək. Ola bilər ki, hərbi sənaye komplekslərinin bir hissəsi orada – Ağdamda tikilsin. Çünki sovet vaxtında bunlar da var idi. Yəni, bu ərazilər turizm üçün açıq və əlverişlidir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Qazaxıstanın “Xalık Bank”ı 50 milyon dollar dəyərində GDR alacaq

Analitikdən xəbərdarlıq: ABŞ əsas faiz dərəcəsini bir anda 0,5 faiz endirə bilər

ABŞ-da AI infrastrukturunun inkişafı üçün 30 milyardlıq fond yaradacaq

"CASPİAN ROAD" cərimələndi

"iPhone"lar iOS yeniləməsindən sonra kütləvi şəkildə çökür

Rusiya ilə ödəniş problemi Türkiyə iqtisadiyyatına necə təsir edib?

Beynəlxalq Valyuta Fondu Rusiya ilə məsləhətləşmələri təxirə saldı

"Amal" Firması 10 min manat cərimələnə bilər

Ukraynada silah istehsalçıları nə qədər qazanır? - Baş direktordan cavab

DGK "Empire Medizentrum"a protokol yazdı

Alimlər ucuz və yüngül gecə görmə eynəkləri üçün texnologiya yaratdı

"GEOKON" məhkəmə qarşısında

"Instagram"da 18 yaşdan kiçiklər üçün yeniyetmə hesabları olacaq

Rusiyaya qarşı sanksiyalar Cənub-Şərqi Asiya ölkələrini "vuracaq" - Səbəblər açıqlandı

Hindistan ucuz Rusiya neftini almaqdan imtina etməyəcək

FHN-nin Ağdamla bağlı 3 milyon yarımlıq layihəsi

Dost olmayan ölkələr Rusiyadan 264 milyon dollarlıq titan alıb

Mərkəzi Bank “Azərikard”a müddətsiz lisenziya verib

"Hazarport"a protokol tərtib edildi

Bu nazirin müavini bir deyil, iki nəfər olacaq - Dəyişiklik

Birbank-la hər gediş 20% keşbek qazandırır®

Bəzi ixtisaslarda yüksək olan əməkhaqqı gələcəkdə azalacaq - SƏBƏB

Bakıda bu məktəblərin I sinifləri dolub, yer yoxdur - SİYAHI

Gələn il əhalinin xərclərinin 87 milyard manata çatacağı proqnozlaşdırılır

Dünyanın ekzotik istirahət təklif edən lüks otelləri - 5 500 dollardan başlayan qiymət

Dünyanın ekzotik istirahət təklif edən lüks otelləri - 5 500 dollardan başlayan qiymət

"Türk Qrup" şirkəti əmək qanunvericiliyini pozub?

İlqar Mustafayev 2 milyon manatı mənimsəməkdə ittiham olunur

Dövlət büdcəsindən ən çox hansı sahələrə vəsait xərclənir? - Siyahı

Leyla Əliyeva uşaq bağçasının açılışında (FOTO)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin