BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8905
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0499
  • 1 İngiltərə funt sterlinqi
    2.2371
11862

2015-ci il devalvasiyasından yenicə özünə gəlmiş banklar 2018-ci ildən başlayaraq kredit aktivliyini artırdılar və hətta 2018-2019-cu illərdə ümumilikdə kredit qoyuluşunu 36,4% artırmağa nail oldular. 

Valyuta.az xəbər verir ki, bu sözləri iqtisadçı-eksper Samir Əliyev, “Bank sektorumuz pandemiya və müharibə dövründə” adlı məqaləsində qeyd edib.

Onun sözlərinə görə, ancaq növbəti il kredit qoyuluşunda yenidən geriləmə özünü göstərməyə başladı: 

“Mərkəzi Bankın məlumatına əsasən, 2020-ci il ərzində ölkə üzrə bankların xalis kredit qoyuluşu 3,5% azalaraq 13,7 milyard manatdan 13,3 milyard manata düşüb. Sərt karantin tədbirləri çərçivəsində kreditləşmənin kəskin azalmasının qarşısını dövlətin dəstək mexanizmi alıb. Nazirlər Kabinetinin 9 iyul 2020-ci ildə qəbul etdiyi Koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə 249 saylı Qərarı kreditləşməni dəstəkləyib”. 

Ekspert qeyd edib ki, bu Qaydalar sahibkarların banklardan alacaqları kreditlərə dövlət zəmanəti və həmin kreditlərə hesablanmış faizlərin bir hissəsinə subsidiya verilməsini nəzərdə tutur: 

“Dövlətin dəstək proqramı çərçivəsində pandemiya ilə əlaqədar ümumilikdə 2020-ci il ərzində banklar tərəfindən 1,2 milyard  manat məbləğində kredit restrukturizasiya olunub.  2020-ci ildə kredit qoyuluşunun artım tempi qeyri-stabil olub. İlin I rübündə, yəni karantin tətbiqinə qədər olan dövrdə kredit qoyuluşunda 2,6% artım olduğu halda sərt karantin tədbirlərinin tətbiqi dövrü olan II rübdə 7%-ə qədər azalma baş verib. Yay aylarında yenidən müşahidə edilən nisbi artım (2,3%) sonuncu rübdə azalma (1,1%) ilə əvəzlənib”.

Kredit qoyuluşuna əsas dəstəyin dövlət banklarından gəldiyini deyən S.Əliyev qeyd edib ki, dövlət banklarının kredit qoyuluşunun 8,4% artımı fonunda özəl bankların qoyuluşu 7,8% azalıb: 

“Nəticədə ümumi kredit qoyuluşunda dövlət banklarının payı 16,7%-dən 19,1%-ə yüksəlib. Dövlət bankları arasında artım ancaq Azərbaycan Beynəlxalq Bankına (9,9%) məxsusdur. Digər dövlət bankı olan Azər Türk Bankda 10,2% azalma qeydə alınıb. Konkret banklar üzrə aparılan analiz göstərir ki, pandemiyanın bankların kredit aktivliyinə təsiri fərqli olub. 2020-ci ildə ölkə iqtisadiyyatına kredit qoyuluşunu azaldan əsas banklar AFB Bank (azalma 61,3%), Bank VTB (47,1%), Xalqbank (19,4%), Yapı Kredi Bank (20,2%) və Accessbank (17,7%) olub. Ancaq Kapital Bank (19,5%), Paşa Bank (16,5%), Günay Bank (20,1%), Rabitəbank (12,3%) kredit portfelini əhəmiyyətli dərəcədə artırmağa müvəffəq olublar. Ümumiyyətlə götürdükdə ölkə banklarının yarısının kredit qoyuluşunda artım, yarısında isə azalma qeydə alınıb”.

Devalvasiya riskinin artmasının kredit qoyuluşunun dollarlaşmasını şərtləndirmədiyini vurğulayan ekspert düşünür ki, əksinə, il ərzində milli valyutada verilən kreditlərin payı 65,4%-dən 70,2%-ə yüksəlib: 

“Dollarlaşmanın aşağı düşməsinin səbəbi Nazirlər Kabinetinin Koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə 249 saylı Qərarıdır. Çünki bu Qaydalar sahibkarların banklardan ancaq milli valyutada alacaqları kreditlərə şamil edilir. Bu baxımdan banklar verdikləri kreditlərə dövlət zəmanəti və faiz subsidiyası əldə etmək üçün manat kreditlərini verməkdə davam etdilər.

Bank xüsusilə də son 5 ildə formalaşmış siyasəti davam etdirərək kreditləşmədən “qənaət etdikləri” vəsailəri qiymətli kağızlara yönəltməyə üstünlük veriblər”. 

Ekspertin sözlərinə görə, qiymətli kağızlara yatırımın son illər banklar üçün cəlbediciliyi xeyli dərəcədə artıb: 

“Onların aktivlərinin təxminən 10-13%-i bu istiqamətə yönləndirilir. 2016-2020-ci illərdə bankların qiymətli kağızlara yatırımı 10 dəfədən çox artıb. 2019-cu ildə bu sahəyə yatırım 9,1% azalsa da ötən il 32,9% artıb. (Qrafik 1) Bu onu göstərir ki, banklar vəsaitlərini qorumaq üçün əhali və biznesi aktiv maliyyələşdirmək əvəzinə passiv maliyyələşdirməyə üstünlük veriblər və vəsaitlərini əsasən daha etibarlı olan Maliyyə Nazirliyinin və Mərkəzi Bankın qiymətli kağızlarına yatırıblar”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Qazaxıstanın “Xalık Bank”ı 50 milyon dollar dəyərində GDR alacaq

Analitikdən xəbərdarlıq: ABŞ əsas faiz dərəcəsini bir anda 0,5 faiz endirə bilər

ABŞ-da AI infrastrukturunun inkişafı üçün 30 milyardlıq fond yaradacaq

"CASPİAN ROAD" cərimələndi

"iPhone"lar iOS yeniləməsindən sonra kütləvi şəkildə çökür

Rusiya ilə ödəniş problemi Türkiyə iqtisadiyyatına necə təsir edib?

Beynəlxalq Valyuta Fondu Rusiya ilə məsləhətləşmələri təxirə saldı

"Amal" Firması 10 min manat cərimələnə bilər

Ukraynada silah istehsalçıları nə qədər qazanır? - Baş direktordan cavab

DGK "Empire Medizentrum"a protokol yazdı

Alimlər ucuz və yüngül gecə görmə eynəkləri üçün texnologiya yaratdı

"GEOKON" məhkəmə qarşısında

"Instagram"da 18 yaşdan kiçiklər üçün yeniyetmə hesabları olacaq

Rusiyaya qarşı sanksiyalar Cənub-Şərqi Asiya ölkələrini "vuracaq" - Səbəblər açıqlandı

Hindistan ucuz Rusiya neftini almaqdan imtina etməyəcək

FHN-nin Ağdamla bağlı 3 milyon yarımlıq layihəsi

Dost olmayan ölkələr Rusiyadan 264 milyon dollarlıq titan alıb

Mərkəzi Bank “Azərikard”a müddətsiz lisenziya verib

"Hazarport"a protokol tərtib edildi

Bu nazirin müavini bir deyil, iki nəfər olacaq - Dəyişiklik

Birbank-la hər gediş 20% keşbek qazandırır®

Bəzi ixtisaslarda yüksək olan əməkhaqqı gələcəkdə azalacaq - SƏBƏB

Bakıda bu məktəblərin I sinifləri dolub, yer yoxdur - SİYAHI

Gələn il əhalinin xərclərinin 87 milyard manata çatacağı proqnozlaşdırılır

Dünyanın ekzotik istirahət təklif edən lüks otelləri - 5 500 dollardan başlayan qiymət

Dünyanın ekzotik istirahət təklif edən lüks otelləri - 5 500 dollardan başlayan qiymət

"Türk Qrup" şirkəti əmək qanunvericiliyini pozub?

İlqar Mustafayev 2 milyon manatı mənimsəməkdə ittiham olunur

Dövlət büdcəsindən ən çox hansı sahələrə vəsait xərclənir? - Siyahı

Leyla Əliyeva uşaq bağçasının açılışında (FOTO)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin