BAKU Azərbaycan
22.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8907
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0499
  • 1 İngiltərə funt sterlinqi
    2.2456
11638
Ekspert: “Qanunda sürücünün arxasında qalan şüşələrə jalüz asmağa icazə var

Pərdə, plyonka və jalüz yenidən gündəmdədir. Bu ilin fevralında Milli Məclisin keçirilən plenar iclasında “Yol hərəkəti haqqında” Qanuna dəyişiklik müzakirəyə çıxarılmışdı. Dəyişikliyə əsasən, sürücünün görünüş dairəsini məhdudlaşdırmamaq şərtilə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin (pərdə, jalüz və plyonka) çəkilməsi qaydasının Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən ediləcəyi təklif edilir. Bu qaydanı nəzərdə tutan layihənin 4.2-ci maddəsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək sürücünün görünüş dairəsini məhdudlaşdırmamaq şərtilə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin (pərdə, jalüz və plyonka) çəkilməsi qaydası ilə eyni gündə qüvvəyə minir. Artıq dəyişiklik müzakirələrdən sonra səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Valyuta.az “Yeni Müsavat”a istinadən xəbər verir ki, bu barədə açıqlama verən yol-nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı, illərdir müzakirə edilən məsələnin çox sadə bir həll düsturunun olduğunu deyib: 

“Ortalıqda standartı da müəyyənləşdiriblər, artıq qanunda da yazılıb ki, ön şüşəyə hər hansı bir formada örtük çəkmək qadağandır. Yalnız  yarıya qədər o tündləşdirilməyə icazə verilir. Bu icazə zavod istehsalı olan şüşələrə aiddir. Yəni ön şüşəni müdaxilə nəticəsində tündləşdirmək olmaz. Mövsümdən asılı olmayaraq arxa yan şüşələrə və arxa şüşəyə pərdə, plyonka, jalüz çəkməyə icazə verilir. Eyni zamanda tünd şüşələr də tətbiq etmək olar. Çünki Avropada istehsal olunan bir çox avtomobillərin şüşələri Avropa İqtisadi Konvensiyasına uyğun olaraq tünddür. Nəqliyyat vasitələri zavoddan tünd şüşələrlə buraxılır. Belə avtomobillər ölkəyə gətiriləndə, onların şüşələrini şəffaflaşdırmaq üçün xeyli xərc çıxır. Bu da avtomobilin qiymətinə avtomatik olaraq təsir göstərir”.

Ekspert pərdə, plyonlka məsələsinin araşdırılmasına görə 2 ay müddət müəyyən edilməsinin mənası olmamasına toxunub:

“Görün nə vəziyyətdəyik ki, adi bir plyonka, pərdə bu boyda hökuməti də, dövləti də, parlamenti də məşğul edir. Yəni ortada standart var, qanun var, qaydalar var, qanunda hər şey yazılıb. Yenidən bunu yazmaq üçün 2 ay müddət mənə də çox qəribə gəldi ki, bu 2 ayda nə edəcəklər, nəyi araşdıracaqlar? Bu gün plyonka çəkən sürücülər hamısı narahat halda gözləyir ki, görəsən, standartda nə yazacaqlar? Plyonkanı sökəcəklər, yoxsa sökməyəcəklər?”

Azərbaycanda ötən ilə qədər avtomobilin arxa görüntü şüşəsindən savayı bütün şüşələrinə plyonka çəkmək qadağan idi. AZS122-2004 AZS standartına  və ümumiyyətlə tərəfdar çıxdığımız beynəlxalq normalara görə, sürücünün görünüş dairəsindən savayı digər şüşələr nizamlanmalı deyil. Elə həmin AZS 122-2004 standartına əsasən:

Küləyə qarşı şüşələr üçün - 75 faiz;

Küləyə qarşı olmayan digər şüşələr üçün - 70 faiz.

Avtomobillərin arxa şüşəsinin işıqburaxma qabiliyyəti isə sürücünün salondan arxa görünüşünü təmin etmək şərti ilə normallaşdırılmır.

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, qaydalara əsasən DYP inspektoru vizual olaraq şüşələrinin qara olmasını müəyyən etdikdən sonra, bunu təsiqləmək üçün avtomobili saxlayır:

“Birbaşa yoxlanış bu cür baş verir. İnspektor saxlayır, saxlama səbəbini deyir, sənədləri tələb edir, taumetr adlanan cihazla isə cihazın istismar kitabçasına uyğun yoxlama aparır. Taumetr adlanan cihaz inspektorda yoxdursa, posta və ya cərimə meydançasına getməklə bağlı göstəriş qeyri-qanunidir. Qanunda bu cür göstəriş nəzərdə tutulmayıb. Ölçmədən öncə sürücü bu cihazın uyğunluq sertifikatını və istismar kitabçasını tələb edə bilər. Sürücü əmin olmalıdır ki, bu cihaz rəsmi olaraq texniki ölçü cihazı kimi təsdiqlənib. Qaranlıq havada, yağışda və soyuqda ölçməyə qadağa mövcud deyil. Bütün qadağalar cihazın kitabçasında qeyd edilir. Əgər belə qadağalar varsa, DYP inspektoru buna diqqət etməlidir".

İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsinə əsasən: 96.1.5. nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda sürücü idarəetmədən kənarlaşdırılır.

Qara şüşələrə görə isə 342.5-ci maddəni tətbiq etmək daha doğru olur - xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə 50 manat cərimə edilir. Onu qeyd edək ki, AZS 122-2004-də sürücünün görünüş dairəsi P şəkilli müəyyən edlilib.  Qanunda sürücünün arxasında qalan şüşələrə jalüz asılmağa icazə var. Qadağa yoxdur və cəriməsi mövcud deyil. Dəyişikliklərə qədər icazə verilməyən örtük - qanunda plyonka və pərdə olaraq müəyyən edilmişdi. AZS 122-2004 standartına son edilmiş dəyişikliyə görə sənaye üsullu jalüzlər istifadə edilə bilər". Hüquqşünas deyir ki, ölkəmizin qoşulduğu Avropa İqtisadi Konvensiyası pərdə, plyonka və jalüz məsələlərini tənzimləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Almaniya qazın qiymətinin baha olmasının səbəbini açıqladı

Valyuta tənzimi qaydalarını pozan şirkət məhkəmə qarşısında

Azərbaycandakı tarixi abidələrin bərpası üçün Erix Pumerə 7 milyon manat ödəniləcək

Avropa Rusiyadan qaz almasa, bu qış özünü təmin edə biləcək?

Aİ Macarıstanın büdcə ödənişlərindən 200 milyon avro tutacaq - FT səbəbi açıqladı

"Şəmkir Regional Kənd Təsərrüfatı" cərimələnib

Avropa Yaxın Şərqdən dizel alışını artırır

Bakı Tərcümə Forumu süni intellekt inqilabı əsrində dil sənayesinin gələcəyini araşdıracaq

"iPhone 16 Pro Max" Azərbaycanda 7350 manata satılır - Real qiymətindən baha

Kredit ödəyəndə diqqət edin: "MilliÖn" faiz tutur?

"Zarat İmport Export" gömrük qaydalarını pozub

“Finex Kredit”in zəifləməsi fonunda rəhbəri işdən çıxarılıb

Bazar ertəsi işə getmək niyə işçilərə çətin gəlir?

Bazar ertəsi işə getmək niyə işçilərə çətin gəlir?

Prezident Şuşada Bayraq Meydanının açılışında iştirak etdi (YENİLƏNİB)

Suvarılan torpaqlarla bağlı iki fərqli statistika - Hansı qurumlar nəzarət etməlidir?

Saxta yuyucu vasitələr istehsal edən sex bağlandı

Bakı və rayonlarda pensiya niyə fərqli vaxtlarda verilir?

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin həcmi açıqlanıb

Daxili dövlət borcunun artması iqtisadi artıma təsir edəcək? (ŞƏRH)

Digər ölkələrdə qadağa, Azərbaycanda hədsiz istifadə - Hansı məhsullarımızda palma yağı var?

Bakı Fond Birjasından Azərbaycanda kriptovalyuta bazarının inkişafı barədə AÇIQLAMA

Təqaüdlə təhsil alan tələbələrin sayı - Ölkə üzrə STATİSTİKA

Azərbaycanda zeytun yağı bir manatdan çox bahalaşıb, günəbaxan və qarğıdalı yağı ucuzlaşıb

Bakı Fond Birjasında "yaşıl" istiqrazların yerləşdirilməsi mümkün ola bilər

Əcnəbi turistlərin Bakıdan sonra ən çox getdiyi üç bölgə

Dövlət qurumları vətəndaşdan kağız sənəd tələb edə bilərmi?

Tramp "Bitcoin"lə ödəniş edən ilk ABŞ lideri oldu

Azərbaycan meyvə-tərəvəz satışından 350 milyon dollardan çox gəlir əldə edib - Rəqəmlər

Sürücüləri çaşdıran məsələ: Hansı yola girsəniz cərimələnəcəksiniz? - İZAH

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin