BAKU Azərbaycan
19.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.859
  • 1 Rusiya rublu
    0.0176
  • 1 Türkiyə lirəsi
    0.0496
  • 1 İngiltərə funt sterlinqi
    2.2184
55886

Xəbər verdiyimiz kimi Qırmızı Ürəklər Fondu ölkənin birinci bankı Kapital Bank-ın 150 illik yubileyi münasibətilə “Sıfır Tullantı” həmrəylik marafonuna start verib. 2 ay davam edən marafon Gəncə-Daşkəsən, Lənkəran-Astara, Mərkəzi Aran, Şəki-Zaqatala və Bakı iqtisadi rayonlarını əhatə edib. 25 rayonda yerləşən Kapital Bank filiallarında çalışan əməkdaşlardan ibarət 181 könüllü ümumilikdə 2494 kq tullantı toplamağı bacarıb.

Marafonun finalı isə 14 sentyabr 2024-cü il tarixində, Bakı şəhərinin Bilgəh qəsəbəsində təmizlik aksiyası ilə yekunlaşıb. Ekosistemə daxil olan Kapital Bank, “PashaPay” MMC və “Competo” MMC şirkətlərinin əməkdaşlarının, eləcə də  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının və ekologiya könüllülərinin iştirakı ilə keçirilən aksiyaya 70-ə yaxın iştirakçı qoşulub. Layihə Ekologiya və Təbii Sərvətlar Nazirliyinin dəstəyi ilə baş tutub. 

Marafonun keçirilməsində məqsəd cəmiyyətimizdə ekoloji savadlılığın və ətraf mühitə qarşı həssaslığın daha da artırılmasıdır. Eyni zamanda  sahilyanı, dağ, meşə ərazilərində təmizliyə riayət olunmasını təbliğ etmək, bu ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq, hər kəsi təbiətə qarşı daha məsuliyyətli davranmağa təşviq etmək marafonun əsas hədəflərindəndir. 

Eyni zamanda layihənin “Yaşıl dünya naminə həmrəylik” ilində və ölkəmizdə baş tutacaq COP29 kimi dünya əhəmiyyətli tədbir ərəfəsində keçirilməsi planetin ekosisteminə töhfə verən bu kimi layihələrin dəstəklənməsinin göstəricisidir. Qırmızı Ürəklər Fondu hər kəsi təiətin qorunmasına yönələn bu təşəbbüsə dəstək olmağa çağırır. 

Qeyd edək ki, “Red Hearts”- Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin  həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”- ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün //redhearts.az saytına daxil olmaq kifayətdir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu hallarda ailəyə görə əsgərlikdən möhlət verilir - Rəsmi AÇIQLAMA

2024-cü ilin ən yaxşı şəhəri açıqlandı

İş həyatında sağlamlığınıza nə təsir edir? - Diqqət olunmalı məqamlar

BƏƏ-dən kriptovalyutalarla bağlı vacib addım

Xaricdə işləməyin yolları - Özümüzü necə hazırlayaq?

Məhkumluğu olan və bəraət alan şəxslərə vəzifə verilməsi: QANUN NƏ DEYİR?

Ən sürətli "Porsche" bəlli oldu

"Dünyanın ən gözəl işi"ni tapdı

Qiymət 30 faizdən çox artıb, bəs keyfiyyət?

İnsanlar öz evlərinin damına günəş panelləri quraşdıra bilərlərmi? - AÇIQLAMA

5 addımda işdəki stresi aradan qaldırın

Ötən ay Azərbaycanda bu məhsullar ucuzlaşıb

Vüqar Qurbanovdan yeni təyinat

Vüqar Qurbanovdan yeni təyinat

Şahdağın yüksəkliklərinə qar yağıb - FAKTİKİ HAVA

COP29 Azərbaycan Əməliyyat Şirkəti Pre-COP çərçivəsində brifinq keçirdi

İcra başçısı şöbə müdirini məktəbə göndərdi - Müəllimlər arasında dava məhkəmədə bitdi

Ekspert: Yeni sərəncam istehsal müəssisələrinin suya qənaət etməsinə səbəb olacaq

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirildi

Deputatların maaşından hər ay nə qədər vergi tutulur?

Direktorluqdan imtina edib, Xankəndiyə müəllim kimi qayıtdı (VİDEO)

Direktorluqdan imtina edib, Xankəndiyə müəllim kimi qayıtdı (VİDEO)

Bəzi rayonlara dolu düşəcək, qar yağacaq

Azərbaycanlılara xaricdə ev aldıran səbəblər

Paytaxtda 9 ay ərzində baş verən qəzalar hansı səbəbdən yaşanıb? (VİDEO)

İctimai nəqliyyatda gedişhaqqı məsafəyə görə tənzimlənə bilərmi? (AÇIQLAMA)

Bakıya ilk qar nə zaman yağacaq? (AÇIQLAMA)

Bakıya ilk qar nə zaman yağacaq? (AÇIQLAMA)

Kirayə mənzil verənlərin diqqətinə: Hər iki tərəf cərimələnə bilər?

"28 May"ın qarşısındakı işlər nə vaxt tamamlanacaq?

Türkiyədən bu ölkələrə “beyin köçü” baş verir - RƏSMİ

"Qazprom" Çinə tədarükünü planlaşdırdığından çox artırdı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin