BAKU Azərbaycan
16.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.843
  • 1 Rusiya rublu
    0.0175
  • 1 Türkiyə lirəsi
    0.0497
  • 1 İngiltərə funt sterlinqi
    2.2138
11574

“Fiziki şəxslərin əmanətləri bu ilin mart ayında əvvəlki aya nisbətən 232 milyon manat azalıb”. 

Valyuta.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov açıqlamasında bildirib.

Onun sözlərinə görə, fevral ayında vətəndaşların banklardakı əmanətləri 8 milyard 379 milyon manat olsa da bir ay sonra bu göstərici 8 milyard 147 milyon manata düşüb:

“4 milyard 101 milyon manat xarici valyutalarda, 4 milyard 46 milyon manatı isə manatla saxlanır. Xarici valyutada saxlanan əmanətlərin payı cüzi çox olsa da etiraf etmək lazımdır ki, son illər depozitlərin valyuta strukturu xeyili dərəcədə yaxşılaşıb. Bu isə milli valyutanın 2017-ci ilin ferval ayından etibarən stabil qalması və manatla əmanətlərə xarici valyutaya nisbətən daha çox dividentin ödənilməsi ilə bağlıdır”.

Deputat düşünür ki, fiziki şəxslərin əmanətlərinin azalması tələbli depozit məbləğlərinin aşağı düşməsi ilə bağlı olsa da, bütün hallarda bank sektoru üçün arzuolunan deyil: 

“Digər tərəfdən, depozitlər üzrə dividend faizlərini son illər aşağı endirən əksər banklarda kredit faizləri yüksək olaraq qalmaqdadır. Bu da depozit ödənişləri ilə kredit faizləri arasında kəskin fərqin hələ də qaldığından xəbər verir.

Bu baxımdan, bank sektorunda rəqabəti gücləndirməklə depozit və kredit siyasətləri arasındakı mütənasibliyin möhkəmləndirilməsinə ehtiyac var. Bu passiv vəsaitlərin banklara cəlb edilməsi və kredit şərtlərinin yumşalmasına gətirib çıxara bilər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Rusiya bir ayda Gürcüstana LNG tədarükünü 1,5 dəfədən çox artırıb

Taksilərdə gediş haqqı bir manata yaxın bahalaşıb

ABŞ-da neft ehtiyatları gözlənilmədən 2,2 milyon barrel azaldı - EIA

"Sanura Company" gömrük qaydalarını pozmaqda ittiham edilir

Prezident bu şəxsləri təltif etdi (SİYAHI)

Prezident bu şəxsləri təltif etdi (SİYAHI)

Neft Fondunun aktivləri 6 milyon dollara yaxın artıb

Dünyanın ən güclü telefonu elan edildi - “iPhone 16 Pro” artıq köhnəldi

Banklar bu ilin 9 ayında nə qədər kredit verib? - SİYAHI

“Unibank”ın səhmdarlarının növbədənkənar yığıncağı çağrıldı

Qarabağda avtovağzalların yeri müəyyənləşdirilir

Mərkəzi Bank sığorta şirkətinə məcburi göstəriş verdi

“Qarabağ”ın oyununa 1 gündə 20 min bilet satıldı

Audiovizual Şuranın növbəti iclası keçirilib, 4 yeni lisenziya verilib

Nazirlik "tender kralı"ndan 17 milyonluq mebel alır

Məşhur elektron ticarət platforması “Hepsiburada” Qazaxıstana satıldı

"Bu bina və evlərə elektrik enerjisi güzəştlə verilsin" - MM-də TƏKLİF

Valyuta mübadiləsi xidməti göstərən bütün şirkətlər AMB-nin kapital tələbini yerinə yetirib

Ərdoğanın maaşı açıqlandı

Kapital Bank “COP29 Human Capital Forum” tədbirində 2 mükafata layiq görüldü®

Bu xəstələr apteklərdən pulsuz dərman ala biləcəklər

Bu şəxslər 2500 manat cərimələnəcək

Azad olunan ərazilərdə torpaqlar bu şəkildə icarəyə veriləcək

Yaşıllıqlara vurulmuş ziyana görə cəzalar sərtləşdirilir

Heyvanlarla rəhmsiz davrananlar bu qədər cərimələnəcək

İcbari tibbi sığorta ilə apteklərdən dərmanların necə alınacağı müəyyənləşir

Yeni komitə yaradılır

“BakıKart” tətbiqindəki vəsaitlər geri qaytarılacaq - Rəsmi

“London” taksilərinə 300 min manat ayrıldı - Buna ehtiyac var idi?

"Aztelekom"un rəhbəri dəyişdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin