BAKU Azərbaycan
16.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.843
  • 1 Rusiya rublu
    0.0175
  • 1 Türkiyə lirəsi
    0.0497
  • 1 İngiltərə funt sterlinqi
    2.2138
11196

“Azər Türk Bank” 2021-ci ilin 1-ci rübünə ciddi azalmalarla start verib. Belə ki, bankın cəmi aktivləri, kredit portfeli, öhdəlikləri, depozit portfeli və s. göstərcilərində kəskin azalmalar olub. 2020-ci ilin 1-ci rübü ilə müqayisədə bankın cəmi aktivləri 7 milyon 224 min manat azalaraq 330 milyon 979 min manata enib. Bunun əsas səbəbi bankın kredit portfelində ciddi azalmaların olmasıdır. Belə ki, bankın  istehlak kreditləri 10 milyon 751 min manat və ya 19,7%, biznes kreditləri isə14 milyon 492 min manat və ya 34,5% azalıb. Dövlət bankının ipoteka kreditləri 17 milyon 885 min manat artaraq 91 milyon 184 min manata yüksəlib. Buna baxmayaraq bankın xalis kreditləri 6 milyon 537 min manat azalaraq 155 milyon 110 min manata düşüb.

Valyuta.Az bankın hesabatına istinadən xəbər verir ki, dövlət bankının cəmi öhdəlikləri 1 il ərzində 7 milyon 937 min manat və ya 2,8% azalaraq 274 milyon 226 min manatadək kiçilib. Bu kiçilmənin əsas səbəbi müştərilərin bankda olan depozitlərinin azalmasıdır. Belə ki, müştərilər 1 il ərzində bankda olan 29 milyon 111 min manatlıq əmanətlərini geri götürüblər. Bu isə depozit portfelinin 15,4%-ni təşkil edir. 

Fiziki şəxsləri banka əmanət yerləşdirməyə dəvət edə bilən dövlətin zəif bankı hüquqi müştərilərində geriləmə yaşayıb. Hüquqi müştərilərin bankdakı əmanətlərinin həcmi 2020-ci ilin ilk rübü ilə müqayisədə 32 milyon 359 min manat və ya 27,2% azalaraq 86 milyon 383 min manata enib.

“Azər Türk Bank”ın faiz gəlirləri 282 min manat, faiz xərcləri 97 min manat azaldığına görə xalis faiz gəliri 185 min manat azalaraq 3 milyon 539 min manata düşüb. Qeyri-faiz gəlirləri 420 min manat azalan bank, qeyri-faiz xərclərini1 milyon 24 min manat azaldaraq 4 milyon 939 min manata salıb. Nəticədə bankın əməliyyat mənfəəti 419 min manat artaraq 632 min manata çatıb.

Bankın məcmu kapitalı 327 min manat azalaraq 50 milyon 207 min manata düşüb. Buna baxmayaraq bankın xalis mənfəəti 144 min manat artaraq 520 min manata yüksəlib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Rusiya bir ayda Gürcüstana LNG tədarükünü 1,5 dəfədən çox artırıb

Taksilərdə gediş haqqı bir manata yaxın bahalaşıb

ABŞ-da neft ehtiyatları gözlənilmədən 2,2 milyon barrel azaldı - EIA

"Sanura Company" gömrük qaydalarını pozmaqda ittiham edilir

Prezident bu şəxsləri təltif etdi (SİYAHI)

Prezident bu şəxsləri təltif etdi (SİYAHI)

Neft Fondunun aktivləri 6 milyon dollara yaxın artıb

Dünyanın ən güclü telefonu elan edildi - “iPhone 16 Pro” artıq köhnəldi

Banklar bu ilin 9 ayında nə qədər kredit verib? - SİYAHI

“Unibank”ın səhmdarlarının növbədənkənar yığıncağı çağrıldı

Qarabağda avtovağzalların yeri müəyyənləşdirilir

Mərkəzi Bank sığorta şirkətinə məcburi göstəriş verdi

“Qarabağ”ın oyununa 1 gündə 20 min bilet satıldı

Audiovizual Şuranın növbəti iclası keçirilib, 4 yeni lisenziya verilib

Nazirlik "tender kralı"ndan 17 milyonluq mebel alır

Məşhur elektron ticarət platforması “Hepsiburada” Qazaxıstana satıldı

"Bu bina və evlərə elektrik enerjisi güzəştlə verilsin" - MM-də TƏKLİF

Valyuta mübadiləsi xidməti göstərən bütün şirkətlər AMB-nin kapital tələbini yerinə yetirib

Ərdoğanın maaşı açıqlandı

Kapital Bank “COP29 Human Capital Forum” tədbirində 2 mükafata layiq görüldü®

Bu xəstələr apteklərdən pulsuz dərman ala biləcəklər

Bu şəxslər 2500 manat cərimələnəcək

Azad olunan ərazilərdə torpaqlar bu şəkildə icarəyə veriləcək

Yaşıllıqlara vurulmuş ziyana görə cəzalar sərtləşdirilir

Heyvanlarla rəhmsiz davrananlar bu qədər cərimələnəcək

İcbari tibbi sığorta ilə apteklərdən dərmanların necə alınacağı müəyyənləşir

Yeni komitə yaradılır

“BakıKart” tətbiqindəki vəsaitlər geri qaytarılacaq - Rəsmi

“London” taksilərinə 300 min manat ayrıldı - Buna ehtiyac var idi?

"Aztelekom"un rəhbəri dəyişdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin