BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8905
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0499
  • 1 İngiltərə funt sterlinqi
    2.2371
10847

Şuşanın düşməndən azad edilməsinin mənəvi rəmzi olan “Zəfər yolu”nun dövlət başçısının tapşırıq və sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən genişləndirilərək inşası davam etdirilir.

Dövlət Agentliyindən Valyuta.az-a verilən məlumata görə, “Zəfər yolu” başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə, Şuşa şəhərinə qədər uzanır. Layihələndirilən yolun uzunluğu 101 kilometrdir. 

Dövlət başçısının tapşırığına əsasən, “Zəfər yolu” Qarabağın inkişaf planı nəzərə alınmaqla 2 hərəkət zolaqlı olmaqla ikinci texniki dərəcəyə uyğun inşa edilir.

Artıq yolboyu genişmiqyaslı tikinti işləri həyata keçirilir. İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq, tikintini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “16 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” MMC və “7 nömrəli Magistral Yolların İstismarı” MMC ilə subpodratçı olaraq yol tikintisi sahəsində ixtisaslaşmış və ölkəmizdə indiyədək bir neçə layihəni uğurla tamamlamış Türkiyənin “KOLİN” İnşaat Turizm San. və Tic. Anonim Şirkəti və “Azvirt” MMC birgə icra edir.

Hazırda sözügedən avtomobil yolu boyunca torpaq işləri icra olunur. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yolun profilə salınması və ikinci texniki dərəcəyə uyğun yeni torpaq yatağının inşası işləri həyata keçirilir. Bunun üçün tikinti ərazisinə lazımi sayda qüvvə cəlb edilib.

 Yeni inşa edilən yol boyunca layihəyə uyğun olaraq suların ötürülməsini təmin etmək məqsədilə dairəvi boru və düzbucaqlı su keçidləri, həmçinin zəruri olan yerlərdə 3 yeni avtomobil körpüsünün inşası da aparılır. Körpülərin uzunluqları 33, 99 və 75 metr olmaqla yolun 0.6-cı, 26-cı və 57-ci kilometrlik hissələrində layihələndirilib. Bununla da bu avtomobil yolu ilə rahat gediş-gəliş təmin olunacaq.

“Zəfər yolu”na cəlb olunmuş xüsusi texnikaların çevik hərəkətinin təmin olunması məqsədilə yol çiyinlərinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsinin sürütləndirilməsi ilə yolun asfalt-beton örtüyünün döşənməsi üçün hazır vəziyyətə gətirilməsi nəzərdə tutulur. Sözügedən prosesin həyata keçirilməsi ilə cari ilin sentyabr ayınadək yolun tam olaraq 2 hərəkət zolağı enində asfaltlanaraq istifadəyə verilməsi planlaşdırılır.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilir.

“Zəfər yolu” işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilir. Avtomobil yolu Füzuli və Şuşa şəhərləri də daxil olmaqla sözügedən rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edəcək.

Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin nəqliyyat, rabitə və yüksək texnologiyalar İşçi Qrupu çərçivəsində digər aidiyyəti dövlət qurumları ilə koordinasiyada həyata keçirilən bu yol layihəsi Qarabağın vahid nəqliyyat konsepsiyasının ayrılmaz tərkib hissəsini təşkil edir.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Qazaxıstanın “Xalık Bank”ı 50 milyon dollar dəyərində GDR alacaq

Analitikdən xəbərdarlıq: ABŞ əsas faiz dərəcəsini bir anda 0,5 faiz endirə bilər

ABŞ-da AI infrastrukturunun inkişafı üçün 30 milyardlıq fond yaradacaq

"CASPİAN ROAD" cərimələndi

"iPhone"lar iOS yeniləməsindən sonra kütləvi şəkildə çökür

Rusiya ilə ödəniş problemi Türkiyə iqtisadiyyatına necə təsir edib?

Beynəlxalq Valyuta Fondu Rusiya ilə məsləhətləşmələri təxirə saldı

"Amal" Firması 10 min manat cərimələnə bilər

Ukraynada silah istehsalçıları nə qədər qazanır? - Baş direktordan cavab

DGK "Empire Medizentrum"a protokol yazdı

Alimlər ucuz və yüngül gecə görmə eynəkləri üçün texnologiya yaratdı

"GEOKON" məhkəmə qarşısında

"Instagram"da 18 yaşdan kiçiklər üçün yeniyetmə hesabları olacaq

Rusiyaya qarşı sanksiyalar Cənub-Şərqi Asiya ölkələrini "vuracaq" - Səbəblər açıqlandı

Hindistan ucuz Rusiya neftini almaqdan imtina etməyəcək

FHN-nin Ağdamla bağlı 3 milyon yarımlıq layihəsi

Dost olmayan ölkələr Rusiyadan 264 milyon dollarlıq titan alıb

Mərkəzi Bank “Azərikard”a müddətsiz lisenziya verib

"Hazarport"a protokol tərtib edildi

Bu nazirin müavini bir deyil, iki nəfər olacaq - Dəyişiklik

Birbank-la hər gediş 20% keşbek qazandırır®

Bəzi ixtisaslarda yüksək olan əməkhaqqı gələcəkdə azalacaq - SƏBƏB

Bakıda bu məktəblərin I sinifləri dolub, yer yoxdur - SİYAHI

Gələn il əhalinin xərclərinin 87 milyard manata çatacağı proqnozlaşdırılır

Dünyanın ekzotik istirahət təklif edən lüks otelləri - 5 500 dollardan başlayan qiymət

Dünyanın ekzotik istirahət təklif edən lüks otelləri - 5 500 dollardan başlayan qiymət

"Türk Qrup" şirkəti əmək qanunvericiliyini pozub?

İlqar Mustafayev 2 milyon manatı mənimsəməkdə ittiham olunur

Dövlət büdcəsindən ən çox hansı sahələrə vəsait xərclənir? - Siyahı

Leyla Əliyeva uşaq bağçasının açılışında (FOTO)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin