
14.04.2021 / 14:11
Pandemiyadan zərər çəkən sahibkarlara növbəti maliyyə dəstəyi göstərilib
10788
Pandemiyadan zərər çəkən sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlı 4-cü mərhələ çərçivəsində 185 856 muzdlu işçini əhatə edən 20 442 vergi ödəyicisinə 41 753,0 min manat həcmində maliyyə dəstəyi göstərilib.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin 4-cü mərhələ çərçivəsində 84 632 fərdi (mikro) sahibkara 30 198,4 min manat maliyyə dəstəyi göstərilib.
Müvafiq vəsaitlər Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən vergi ödəyicilərinin bank hesablarına köçürülüb. //APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay