BAKU Azərbaycan
22.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8224
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1309
10682

"Pandemiyanın ən çox təsir etdiyi sahələrdən biri də turizm sektorudur. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2021-ci ilin ilk iki ayında Azərbaycana 72,1 min turist gəlib”.

Valyuta.Az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, qeyd edilən rəqəm əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 5.9 dəfə azalma deməkdir:

"Ölkəmizə gələnlərin əksəriyyəti daha çox qeyri-turizm məqsədilə səfər həyata keçirib. Bu müddətdə Gürcüstandan gələnlərin sayı 16,3 dəfə, Qazaxıstandan - 11,1 dəfə, Türkmənistandan - 10,0 dəfə, Özbəkistandan - 6,3 dəfə, Rusiya Federasiyasından - 5,1 dəfə, Ukraynadan - 4,5 dəfə, Böyük Britaniyadan - 4,4 dəfə, Belarusdan - 2,6 dəfə, İrandan - 2,5 dəfə, Türkiyədən - 2,3 dəfə azalıb.  
 
COVİD- 19 pandemiyasının aktiv olduğu dövrdə ölkəmizə gələn turistlərin sayının azalması gözlənilən idi. Bununla belə, sərt karantinin tətbiq olunmadığı müddətdə də ölkəmizə gəlişlə bağlı sərt qaydalar qüvvədə saxlanılıb. Yeni turizm mövsümünün başlanmasına az zaman qaldığını nəzərə alsaq, bu qaydaların da dəyişdirilməsinə ehtiyac var. Əksər hallarda turistlər səfərlərini öncədən planlaşdırırlar və bu sərt qaydaların saxlanması pandemiya yumşalacağı halda ölkəmizə gələn turistlərin sayına təsir göstərə bilər”.

Deputat qeyd edib  ki, mövcud qaydalara əsasən, ölkəyə yalnız bizdə akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri, valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər, ölkəmizdə işləmək, müvəqqəti və ya daimi yaşamaq icazəsi olan xaricilər və ali təhsil müəssisələrimizdə təhsil alan əcnəbi tələbələr gələ bilər:

"Bu o deməkdir ki, əgər bu meyarlara uyğun gəlməyən əcnəbinin müddətli koronavirus (COVID-19) neqativ PSR-testi nəticəsi varsa da belə ölkəmizə daxil ola bilməz.  Bu baxımdan daha məqsədəuyğun olardı, müddətli neqativ test nəticəsinə malik olan əcnəbilərin də ölkəmizə səfərinə icazə verilsin.
 
Digər tərəfdən, AZAL bütün sərnişinlərdən uçuşdan 48 saat öncə alınmış koronavirus (COVID-19) neqativ PSR-testi haqqında çap edilmiş arayışı tələb edir. Son aylar reyslərin sayının az olduğunu nəzərə aldıqda tranzit uçuş edən sərnişlər üçün bu bəzi hallarda çətinlik yaradır. O baxımdan, bir sıra digər ölkələrdə olduğu kimi bu müddətin 48 deyil, 72 saat müəyyənləşdirilməsi daha məqəsədəuyğundur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

Xarici turistləri rayonlara necə cəlb etmək olar?

Bu il Düşənbədən Bakıya aviareys açılacaq

Beynəlxalq marşrutlar üzrə biletlər bu halda qaytarılacaq - Qaydalar

Azərbaycan bu ay Bolqarıstanın təbii qaza olan tələbatının 76,6 %-ni ödəyəcək

Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi açıqlanıb

Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq

Zabratda evlərin kütləvi şəkildə satışa çıxarılması müşahidə olunur

FT: Ağ Evin yeni anti-Rusiya sanksiyaları bu fiziki şəxs və banklara təsir edəcək

DSMF-lə “Ofis Aləmi” arasında alqı-satqı qalmaqalı

KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır

"Google" ağdərili İT işçilərini kütləvi şəkildə işdən çıxarır, onları miqrantlarla əvəz edir

Azərbaycanda 3 ayda 400 min tona yaxın benzin istehsal olunub

Baş memarın şirkəti məhkəmə qarşısında - "EL & EN" Firması hansı qaydaları pozub?

Sabah yağış yağacaq

Məcnun Məmmədov FAO-nun nümayəndəsi ilə görüşdü

Tiktokerlər nə qədər vergi ödəməlidir?

Azərbaycanda yüzlərlə müəllimin iş yeri dəyişəcək

3 ayda ölkəmizdə 13 min tondan çox pendir və kəsmik istehsal olunub

Aqrar Sığorta Fondunun ödənişlərinin artması fermerlərin fəaliyyətinə necə təsir edəcək?

Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları dəyişdi

Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir

1274 nəfər rezidenturaya imtahan verəcək

Nazir idarə rəisini işdən çıxardı

Nazir idarə rəisini işdən çıxardı

Bəzi şəxslər universiteti bitirdikdən sonra niyə işsiz qalır?

İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq

Hicran Əyyubova direktor təyin edildi

Ləğv prosesində olan 2 bankın əmlakları hərraca çıxarılır

Şuşada müntəzəm şəhərdaxili sərnişindaşımaya icazə verilməsi qaydası müəyyənləşib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin