BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8505
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0528
  • 1 İngiltərə funt sterlinqi
    2.1569
47368

Paytaxtın Sabunçu rayonunda yerləşən Zabrat qəsəbəsində evlərin kütləvi şəkildə satışa çıxarılması müşahidə olunur. Bir çox satış saytlarında “Zabrat-1”, “Zabrat-2” kimi tanınan massivlərdə həyət evlərinin satışı ilə bağlı elanların sayı kəskin artıb. 

Məlum olduğu kimi, Zabrat qəsəbəsi son illər əhalinin ən çox daşınmaz əmlak aldığı və məskunlaşdığı ərazilərdən biridir. Bəs görəsən, evlərin kütləvi şəkildə satışa çıxarılması hansı faktorlarla əlaqədardır? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, əsas səbəblərdən biri həmin ərazidə olan tıxac problemi ilə bağlı ola bilər: 

“Yaz aylarından etibarən həyət və bağ evlərinə tələbat artır. Bu, hər il mövsümi olaraq belə davam edir. Təxminən aprel-may aylarından başlayaraq, avqust ayına qədər həyət evlərinə, torpaq sahələrinə müştərilər çoxalır və çoxaldıqca bazara yeni əmlaklar daxil olur. Yeni əmlaklar daha çox olduqda və rəqabət yarandıqda bu istər-istəməz qiymətlərə də təsir göstərir. Belə olduqda bazarda ucuzlaşma gedir. Adətən, bu aylarda həyət və bağ evlərinin, torpaq sahələrinin qiymətinin enməsi özünü göstərir. Bundan əlavə Zabrat kimi ərazilərdə sakinlər çox ciddi tıxac problemi ilə qarşılaşırlar. İş yeri, təhsil aldığı yer mərkəzdə yerləşən insanlar üçün saatlarla tıxacda qalma problemi yaranır. Bu kimi hallarla bağlı hər kəs çalışır ki, mərkəzə daha yaxın, metro stansiyaların yanında, infrastrukturu daha uyğun yerlərdən əmlak alsın. Eyni zamanda qeyd edim ki, satışa çıxarılan əmlakların kütləvi xarakter alması hər hansı ciddi problemlə əlaqədar deyil". 

Ekspert belə ərazilərdə evlərinin satışına və qiymətinə sənədləşmə faktorunun da təsir etdiyini söyləyib: 

“Təbii ki, burada sənədləşmə ilə bağlı faktorlar da var. Zabrat, Xırdalan kimi evlərin kütləvi satışa çıxarıldığı yerlərdə satılan evlərin bir çoxu çıxarışsızdır. Digər tərəfdən həyət evlərində bina evlərindən fərqli olaraq, standart qiymətlər yoxdur. Həyət evlərinin qiyməti 25-30 min manatdan başlayaraq, 100-150 min manata qədər dəyişə bilər. Qiymət evin sahəsindən, həyətin böyüklüyündən və sənədəşməsindən asılı olaraq dəyişir”. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Anomal havalar aqrar sahəyə ciddi ziyan vurur" - Ekspert

Tikinti şirkəti sakinləri zorla evlərindən çıxarmaq istəyir? - Nəsimi rayonunda qalmaqal

Keçmiş əməkdaşı Dövlət Məşğulluq Agentliyini məhkəməyə verdi

"XƏMƏCOĞLU AGRO" cərimələnə bilər

"Microsoft" köhnə kompüterlərdə "Edge" vasitəsilə internetə çıxışı qadağan edəcək

“Hökumət evi”ndə 1 milyonluq təmir

Rusiyada qalan Avropa bankları mənfəətlərini üç dəfə artırıblar - Bloomberg

Dövlət qurumu ilə MTK üz-üzə

Alimlər günəş enerjisindən istifadə edərək 1000 °C-dən yuxarı temperatur əldə etdi

"Molokan" bağının ətrafı niyə "hasarlanıb"? - BŞİH açıqladı

"Kral Təbabət" əhalinin sağlamlıq hüququnu pozur

Ukrayna işığa həsrət qala bilər - YASNO çox çətin dövrün nə vaxt başlayacağını bildirdi

Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını təltif etdi

Nazir baş həkimi işdən çıxdı - Yeni təyinat

“Qafqaz Auto” məhkəmə qarşısında

Özəl xəstəxanalara nəzarət mexanizmi - Yeni qurum hansı işləri görəcək? (ŞƏRH)

Estoniya Rusiya aktivlərinin Kiyevə verilməsi haqqında qanun qəbul etdi

Bakının darboğazlarında hərəkətin yenidən təşkili üzrə layihələrin icrasına başlanılıb

Qarabağ Universitetinə mətbuat katibi axtarılır

Fidan Tofidi departament rəhbəri təyin edildi

Fidan Tofidi departament rəhbəri təyin edildi

Bolqarıstan "Qazprom"dan 400 milyon avro tələb edir

Nazirlikdən yarım milyonluq nəqliyyat sövdələşməsi

Qusarda ağacların kəsilməsinə görə bələdiyyə sədri həbs edildi

Sevdiyimiz, yoxsa gəlirli peşəni seçək?

Sabah güclü külək olacaq - SARI XƏBƏRDARLIQ

Ölkəyə gətirilən hibrid avtomobillərin qiyməti kəskin bahalaşıb

AK "Instagram" və "Facebook"la bağlı araşdırmaya başladı

Prezidentlər "Caspian Agro" və "InterFood Azerbaijan" sərgiləri ilə tanış oldu

Sumqayıtda mənzil qiymətləri niyə bahalaşır?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin