BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8505
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0528
  • 1 İngiltərə funt sterlinqi
    2.1569
47341

Əvvəllər universitet məzunu olmaq çox prestijli bir vəziyyət idi. İndi isə prestijli universitetlərdə magistr təhsili almaq da status göstəricisi deyil, bu ölkənin qanayan yarasına çevrilib. Son vaxtlar universitet məzunlarının sayı artıb. Bəs, universitet məzunlarının işsiz qalmasının səbəbi nədir?

İş yerinin olmaması

Universitet ölkəmizdə iş tapmaq üçün açılan bir qapı kimi qəbul edildiyi üçün bir çox ailələr hesab edir ki, övladı hansı fakültədən asılı olmayaraq ən azı bir universitetdə oxumalıdır. Əgər ölkənin iqtisadi inkişafı, istehsal imkanları və şirkətlərinin böyümə gücü onun məzun olan işçi qüvvəsindən daha çoxdursa, heç bir plan qurulmasa da, artıq tələbat səbəbindən məzunlar birtəhər iş tapırlar. Amma iqtisadi inkişafı və istehsal inkişafı zəif olan ölkələrdə məzun olan işçi sayı ehtiyacı üstələdiyi üçün bəzi şəxslər işsiz qalır.

Yanlış ixtisas seçimi

İnsanların xüsusiyyətlərinə uyğun olaraq şüurlu peşə seçimi etməməsi və kimlərinsə təsiri altında yönləndirilməsi işsizlik nisbətimizi artırır. Məsələn, maşınqayırma sahəsinə heç bir marağı olmayan və ya əşya sataraq çoxlu pul qazana biləcəyinə inanan bir gənc üçün marketinq və satış əvəzinə mühəndislik fakültələrində təhsil alması onun işsiz qalmasına səbəb ola bilər. Bəzən iş imkanları olsa belə, həmin peşənin iş şəraiti məzuna uyğun olmadığından məzun həmin sahədə işləmək istəmir. Gizli işsizlik kimi də tanınan bu vəziyyət, şübhəsiz ki, işsizlik nisbətini artırır.

Təhsilin kefiyyətinin aşağı olması 

Universitetlərimizin sayı ilə fəxr etsək də, dünyanın ən uğurlu 500 universiteti sırasına bir neçə universitetimiz daxil olur. Sürətlə dəyişən dünya ilə ayaqlaşa bilməmək, təhsil proqramlarına vaxtında yenidən baxa bilməmək, qərar qəbul edə bilməmək təhsilin nəzərdə tutulan keyfiyyətinə çatmaqda maneə ola bilər. Xüsusilə beynəlxalq şirkətlərin və ya universitetlərin qapısında gözləyən namizədlər bu vəziyyətin şahidi olurlar.

Oxuduqlarımızı təcrübəyə tətbiq edə bilməmək

İş dünyasının gözləntiləri və dinamikası haqqında kifayət qədər məlumatı olmayan akademik mühitdə yetişən tələbələr çox vaxt iş dünyasının gözləntilərini qarşılaya bilmir. İş dünyasının gözləntisi yaxşı təhsilli olmaqdır. Məhz universitetlərdən dünyada baş verən dəyişiklikləri oxuya bilən, inkişafa açıq olan, biznesin uğuruna töhfə verə bilən istedadların üzə çıxmasıdır. Otağını tərk etməyən, uğuru akademik nəşrlərlə ölçülən akademik cəmiyyət gündən-günə iş dünyasından uzaqlaşmalı olur. Akdamiya-iş dünyası əməkdaşlığını həyata keçirə bilsək, əmin ola bilərsiniz ki, məzun olduqdan sonra təcrübə yeri və ya iş tapmaq üçün yer tapmaq problemi olmayacaq.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Anomal havalar aqrar sahəyə ciddi ziyan vurur" - Ekspert

Tikinti şirkəti sakinləri zorla evlərindən çıxarmaq istəyir? - Nəsimi rayonunda qalmaqal

Keçmiş əməkdaşı Dövlət Məşğulluq Agentliyini məhkəməyə verdi

"XƏMƏCOĞLU AGRO" cərimələnə bilər

"Microsoft" köhnə kompüterlərdə "Edge" vasitəsilə internetə çıxışı qadağan edəcək

“Hökumət evi”ndə 1 milyonluq təmir

Rusiyada qalan Avropa bankları mənfəətlərini üç dəfə artırıblar - Bloomberg

Dövlət qurumu ilə MTK üz-üzə

Alimlər günəş enerjisindən istifadə edərək 1000 °C-dən yuxarı temperatur əldə etdi

"Molokan" bağının ətrafı niyə "hasarlanıb"? - BŞİH açıqladı

"Kral Təbabət" əhalinin sağlamlıq hüququnu pozur

Ukrayna işığa həsrət qala bilər - YASNO çox çətin dövrün nə vaxt başlayacağını bildirdi

Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını təltif etdi

Nazir baş həkimi işdən çıxdı - Yeni təyinat

“Qafqaz Auto” məhkəmə qarşısında

Özəl xəstəxanalara nəzarət mexanizmi - Yeni qurum hansı işləri görəcək? (ŞƏRH)

Estoniya Rusiya aktivlərinin Kiyevə verilməsi haqqında qanun qəbul etdi

Bakının darboğazlarında hərəkətin yenidən təşkili üzrə layihələrin icrasına başlanılıb

Qarabağ Universitetinə mətbuat katibi axtarılır

Fidan Tofidi departament rəhbəri təyin edildi

Fidan Tofidi departament rəhbəri təyin edildi

Bolqarıstan "Qazprom"dan 400 milyon avro tələb edir

Nazirlikdən yarım milyonluq nəqliyyat sövdələşməsi

Qusarda ağacların kəsilməsinə görə bələdiyyə sədri həbs edildi

Sevdiyimiz, yoxsa gəlirli peşəni seçək?

Sabah güclü külək olacaq - SARI XƏBƏRDARLIQ

Ölkəyə gətirilən hibrid avtomobillərin qiyməti kəskin bahalaşıb

AK "Instagram" və "Facebook"la bağlı araşdırmaya başladı

Prezidentlər "Caspian Agro" və "InterFood Azerbaijan" sərgiləri ilə tanış oldu

Sumqayıtda mənzil qiymətləri niyə bahalaşır?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin