Qanuna dəyişiklik “PAŞA Həyat”a 200 mln. manat civarında ziyan vura bilər

Redaktor

16.12.2024 14:58
1,229

Qanuna dəyişiklik “PAŞA Həyat”a 200 mln. manat civarında ziyan vura bilər

1 yanvar 2025-ci il tarixindən dövlət sektorunda çalışanların həyatın yığım sığortası sahəsində vergi və sosial sığorta ilə bağlı güzəştləri ləğv edilir. 

Valyuta.az xəbər verir ki, bununla bağlı qanun layihəsi bu gün Milli Məclisdə qəbul edilib.  

Bu dəyişiklik nəticəsində dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin artacağı gözlənilsə də, sığorta bazarına, xüsusilə də həyat sığortasına fokuslanan iri şirkətlərin yığımlarına mənfi təsir edəcək. 

Belə ki, dövlət sektorunda çalışanlar ümumi işləyən əhalinin təxminən 50%-i civarındadır. Bu isə o deməkdir ki, həyat sığorta şirkətləri potensial müştərilərinin yarısını gələn ildən itirmiş olacaq. Bunu Mərkəzi Bankın sədri Taleh Kazımov da təsdiqləyib. O bundan əvvəl keçirdiyi mətbuat konfransında həyatın yaşam sığortası üzrə yeni müqavilələrin 50%, yığımların isə 60% civarında azalacağını açıqlamışdı. 

Sığorta ekspertləri hesab edir ki, sözügedən dəyişiklik daha çox “PAŞA Həyat” sığorta şirkətinə ziyan vuracaq. Belə ki, həyatın yaşam sığortası bazarın təxminən 75%-i bu şirkətin əlində cəmləşib. Sığorta şirkətinin yığımlarının illik 500 milyon manat civarında olduğunu nəzərə alsaq, sözügedən dəyişiklik şirkətin yığımlarının ortalama 200 milyon manat itirilməsinə səbəb olacaq. Paralel olaraq yığımların azalması fonunda şirkət müddəti bitən müqavilələr üzrə də ödəniş etməli olacaq. Başqa sözlə, sığorta şirkətinin yığımları azalsa da, ödənişləri eyni templə davam edəcək. Bu isə sığorta şirkətinin maliyyə vəziyyətini bir qədər də çətinləşdirə bilər. 

Qeyd edək ki, “PAŞA Həyat” sığorta 2023-cü ildə 517,5 milyon manat sığorta haqqı toplayıb, bunun 266,2 milyon manatını ödənişə yönəldib. Bu ilin ilk 10 ayında isə həyat sığorta şirkəti 500,17 milyon manat yığım qarşılığında 356,2 milyon manat (nisbət 71%) ödəniş edib. “PAŞA Həyat”ın bir ayda ortalam 38 milyon manat yığım əldə etdiyini nəzərə alsaq, 2024-cü il üzrə şirkətin yığımlarının 580 milyon manata yüksələcəyi gözlənilir.

Pünhan

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur - SİYAHI

06.12.2025

Sabahın hava proqnozu

06.12.2025

Azərbaycan nefti bahalaşıb

06.12.2025

Restoranlarda müştəriləri soymağın yeni üsulu: İstədikləri qədər haqq tələb edirlər

06.12.2025

Çilidən 7, Böyük Britanyadan 40 manata gətirilib

06.12.2025

Bu ərazidə ticarət mərkəzi tikiləcək

06.12.2025

Pambıq mahlıcının ixracı azalıb

06.12.2025

Qadınlara satış etmək kişilərə satışdan daha fərqlidir - SƏHƏR OXUSU

06.12.2025

Vəfat etmiş dövlət qulluqçularının vərəsələrinə müavinət veriləcək - VİDEO

05.12.2025

Donald Tramp FIFA Sülh Mükafatına layiq görülüb - VİDEO

05.12.2025

Qeyri-neft sektorundan vergi daxilolmaları artdı - İqtisadi canlanma, yoxsa vergi yükü?

05.12.2025

2029-a qədər çatışmazlıq olmayacaq: Bəs gələn il qiymətlər necə olacaq?

05.12.2025
Yataqxanada 1000 dollara şirkət qurdu - İndi 148 milyard pulu var

Yataqxanada 1000 dollara şirkət qurdu - İndi 148 milyard pulu var

05.12.2025

Bu il ABŞ-da bir milyondan çox iş yeri ixtisar edilib

05.12.2025

Zəka Mirzəyev iki müşavirini işdən çıxardı

05.12.2025

"Azərpambıq"ın xaricə satışdan gəlirləri 13,4 milyon dollar azalıb

05.12.2025

Bankların xarici valyutada maliyyə institutlarına kreditləri 38,7 milyon manat azalıb

05.12.2025

İnsanlar kütləvi şəkildə günəş panellərini satışa çıxarır: Səbəb nədir? 

05.12.2025

21 ildir fəaliyyət göstərən şirkət təsisçisini dəyişir

05.12.2025

Bu marşrutun avtobusları yeniləndi

05.12.2025

Məzənnə

Yüklənir...