Azərbaycan ət idxalını 40 %-ə yaxın artırıb

Redaktor

23.11.2024 17:32
295

Azərbaycan ət idxalını 40 %-ə yaxın artırıb

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycana xarici ölkələrdən 48 min 241 ton miqdarında ət gətirilib.

Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu miqdarda ətin idxalına çəkilən xərc 104 milyon 834,34 min ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 13 min 381 ton (38,4%), dəyər ifadəsi ilə 34 milyon 839 min ABŞ dolları (49,8%) çoxdur. Ötən ilin müvafiq dövründə ət idxalının miqdarı 34 min 860 ton, dəyəri isə 69 milyon 995 min ABŞ dolları təşkil edib. 

Qeyd edək ki, idxal olunan ət ümumi idxalın 0,6 faizini təşkil edib. 

Əvəz Həsənov

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...