Ruzanna Bəşirova
Xərclər üzrə konsultant
Gəlirin az olduğu və ya maaş tez bitdiyini səbəb göstərərək insanların çalışdığı yerdə tez-tez rəhbərliyə avans üçün müraciət etdiyinin şahidi oluruq. Bəzən bu müraciətə müsbət cavab alsalar da, davamlı avans istəyənlər bir müddət sonra rədd cavabı alırlar. Bu zaman avans ala bilməyənlər gəlirinin azlığından şikayət edirlər, ona görə məcbur qalıb avans istədiklərini deyirlər. Əslində isə, avans almaq hər zaman problemin həlli və ya çıxış yolu deyil.
Büdcə planlaması düzgün aparıldığı zaman mütəmadi olaraq avans almağa ehtiyac qalmır. Əlbəttə, fors major hallar istisna olmaqla.
Bəzən bizim iradəmizdən asılı olmayan hallardan dolayı avans istəsək də, bəzən bu hal büdcə planlamasının olmamasından və ya duyğusal xərcləmələrdən qaynaqlanır.
Avans almağa üstünlük verdiyimiz əsas situasiya insanın əlinə hansısa gözlənilməz, planda olmayan fürsət düşdüyü zamandır.
Bəzən bizim planlı bir maliyyə idarəçiliyimiz olsa da, qarşımıza elə fürsət çıxa bilər ki, o an onudəyərləndirmək bizə həm həmin an, həm də gələcək üçün qazanclı yollar aça bilər. Bu zaman avans istəmək və almaq həqiqətən də təqdirəlayiqdir. Digər hallarda isə avans almaq xərcləyə bilməməkdən irəli gələn bir zərurətdən başqa bir şey deyildir.
Hər hansısa bir fürsəti dəyərləndirmək istisna olmaqla,qalan digər hallarda avans kömək etməkdən daha çox insanın sadəcə özünü aldatmasından başqa bir şey deyil.
Düzgün büdcə planlaması ilə avans almadan da işlərimizi qaydasına sala bilərik. Unutmayaq ki, avans bizim əlavə gəlirimiz deyil, aylıq gəlirimizin bir hissəsidir.
Avans insanın özünün özündən borc almasıdır. Bu borc yeganə borcdur ki, qaytarılmaya bilmir. Gəlin özümüzü aldatmayaq, büdcəmizi düzgün planlayaraq yalnız fürsətləri dəyərləndirmək üçün avansa ehtiyac duyaq. Hətta yaxşı bir büdcə planlaması ilə avansı belə fond olaraq özümüz yarada bilərik.

Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBalakişi Qasımov yenidən federasiya prezidenti oldu
05.12.2025Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin rəisi həbs edildi
05.12.2025Sabah da yağış yağacaq?
05.12.2025Azərbaycanın 132 milyonluq iaşə bazarının ən gəlirli otel şəhərləri - CƏDVƏL
05.12.2025Bu qaydanı pozanlar cərimə olunacaq
05.12.2025Bu cərimələr kəskin artırılır
05.12.2025Türkiyənin "Paribu" şirkəti "CoinMENA"-nı satın aldı, şirkətin dəyəri 240 milyon dollara çatdı
05.12.2025Avtobusların gəlmə vaxtını öyrənə biləcəyik - Bu proqramı yükləyin
05.12.2025Əbdül Bayramov vəzifəsindən azad edildi
05.12.2025
Azərbaycan bankları hazırda rublu neçəyə alır? - CƏDVƏL
05.12.2025Bu xəstəxana Narkoloji Mərkəzə çevrilir
05.12.2025"ADY-nin fəaliyyəti yenidən formalaşdırılır" - Rövşən Rüstəmov
05.12.2025