Nəqliyyat
06.04.2023 / 16:03
Azərbaycanda nəhəng körpü tikiləcək
27612
Azərbaycanda nəhəng körpünün tikintisi planlaşdırılır.
Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən "Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun 4 zolağa genişləndirilməsi layihəsinin Ətraf Mühitə Təsirinin Qiymətləndirilməsi"nə dair hesabat tədbirində “Gidrotransproyekt” Elmi-tədqiqat mərkəzinin direktoru, “Evroskom” ASC-nin sədri Natiq Əliyev deyib.
Onun sözlərinə görə, yolun genişləndirilməsində nəzərdə tutulan ərazi sürüşmə zonası olduğundan həmin ərazidə böyük körpünün inşası planlaşdırılıb. Körpünün uzunluğu 1180, hündürlüyü isə 83 metr olacaq. Körpü Azərbaycanda ən böyük yol ötürücüsü olacaq.//APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay