BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.75
  • RUB
    1.6396
  • TRY
    0.0478
  • GBP
    2.0777
27560

Pandemiyadan əvvəlki dövrə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ölkə ərazisində xüsusi karantin rejiminin davam etdiyi dövrdə Bakı metropolitenində qatarların Qırmızı və Yaşıl xətlər üzrə (mǝkik hərəkət təşkil edilən "Cəfər Cabbarlı-Xətai" mənzili istisna olmaqla) hərəkət qrafikində növbəti optimallaşdırma aparılıb.

Bu barədə Valyuta.az-a "Bakı Metropoliteni" QSC-dən bildirilib.

Məlumata görə, bu məqsədlə 2022-ci il sentyabr ayının 14-dən tətbiq edilmiş sıx qrafik dövründəki monitorinqlərin nəticəsi xüsusi araşdırılaraq təhlil olunub. Qeyd edək ki, monitorinqlər tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması və digər sərnişindaşıma parametrləri üzrə aparılıb. Bunun nəticəsi olaraq, metropolitendə sərnişin sıxlığı, hərəkət istiqamətləri, gediş-gəliş vaxtı nəzərə alınıb.

Nəticə etibarilə, Bakı metropolitenində sərnişin axını, cüzi istisnalar qalmaqla, pandemiyadan əvvəlki sonuncu ən çox sərnişin daşınmış 2019-cu ilin templərinə yaxınlaşmaqdadır. 2022-ci ilin payızından başlayaraq müxtəlif müəssisələrin, ələlxüsus təhsil ocaqlarının fəaliyyətində ənənəvi sabit tədris rejimi tətbiq edilir. Bu isə metropolitendǝ pandemiya dövründə tez-tez dəyişən sərnişin axını templərinin sabitləşməsinə təsir edib. 2023-cü ilin noyabr ayından başlayaraq fevral-mart aylarında sərnişin sayı və axının dövrü müntəzəmliyi günün saatlarına görə tam olaraq sabitləşib. Bu səbəbdən səhər və axşam gur saatlar da daxil olmaqla, qrafikə müvafiq düzəlişlərin edilməsi qərara alınıb.

Bunun nəticəsində əvvəllər sərnişin sıxlığının tənzimlənməsi məqsədilə ehtiyat qismində "Nərimanov-Memar Əcəmi-Neftçilər-Memar Əcəmi” marşrutu üzrə xəttə buraxılan qatarlar artıq qrafik üzrə təyin olunmuş vaxtda müntəzəm marşrutla hərəkət edir. İş günləri ərzində gur saatlar səhər saat 07:00-10:00, axşam isə saat 17:00-20:00 müəyyən olunmaqla, iş günlərində qatarların "Həzi Aslanov-28 May" sahəsində intervalı, müntəzəm qaydada olmaqla, 2 dəqiqə müəyyənləşdirilib. Bu, Bakı metropoliteni xətlərinin texniki minimal intervallardır. xüsusiyyətlərinə görə mümkün ən optimal hərəkət qrafiki və müntəzəm tətbiq oluna biləcək.

Qeyd edək ki, iş günlərində qalan vaxt ərzində sərnişin axını templərinə uyğun olaraq, qeyd edilən sahədə qatarların hərəkəti, əsasən, 2,5 dəqiqə, səhər erkən və gecə saatlarına doğru böyük intervallarla tənzimlənəcək. Xüsusi olaraq diqqətə çatdırılır ki, iki xətt "28 May" stansiyasında birləşdiyindən buradan "İçərişəhər" və "Dərnəgül” istiqamətində qatarların hərəkət intervalı 2 dəfə çox olacaq.

Bununla belə, gün ərzində qrafikin dəqiq icrasını təmin etmək və xüsusi hallarda xəttə buraxılmaq üçün əlavə ehtiyat qatarların nəzərdə tutulması da diqqətdə saxlanılır.

Qrafikdə edilmiş dəyişikliklərlə əlaqədar "Bakmil" stansiyası istiqamətində iş günlərinin hərəkət cədvəli də dəyişdirilib və Bakı metropoliteninin rəsmi internet saytına yerləşdirilib (//metro.gov.az/az/page/muddealar/depo-qatarlarinin-hereket-cedveli).

"Bakı Metropoliteni" QSC sərnişinlərinə müraciət edərək, istifadə qaydalarına riayət etməyi, xüsusən platformalarda qatarları gözləyərkən ehtiyatlı və diqqətli olmağı, qatarlardan minib-düşənlərə yol verməyi, vaqona minərkən qapı zonasında yubanmamağı və dayanmamağı xahiş edir. Çünki qatarların stansiyada yubanması intervalların pozulmasının səbəb olur. İntervalların norma həddini aşması isə qatarların hərəkət intensivliyini azaltmaqla, qatarların stansiyalara daxil olmadan tunellərdə dayanıb gözləməsinə, platformalarda, xüsusən sərnişin axını daha çox olan stansiyalarda qatar gözləyənlərin sayının daha da artmasına gətirib çıxarır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Starbucks" kütləvi ixtisarlara hazırlaşır

"Starbucks" kütləvi ixtisarlara hazırlaşır

Dünyanın ən təhlükəsiz avtomobilləri açıqlandı - SİYAHI /FOTO

Azersun Holdinqin prezidenti vəfat edib

Təbiisi baha, ucuzu isə zərərli

Kapital Bank kibercinayətkarlıqla mübarizəni 2 qat gücləndirib ®

İqtisadi fəal əhalinin sayı açıqlanıb

2025-ci il üçün təbii qaz qiymətləri: "BofA"nın proqnozları

Hökumənin ailəsinin pul vəsaitinin qaytarılması ilə bağlı - “Kapital Bank”dan açıqlama

Londonda mobil tətbiq quran 23 yaşlı azərbaycanlı gənc: Hədəfimiz Britaniyanın ən yaxşısı olmaqdır - MÜSAHİBƏ

H.Əliyevanın ailəsinə qarşı cinayət törədənlər müəyyən edildi – Zərər ödənildi - YENİLƏNİB

Trampın 1 saata 10 milyard dolları keçən yeni kriptovalyutası

Mərkəzi Bank uçot dərəcəsini azaldacaqmı? - “Fitch Ratings”in proqnozu

Azərbaycanda Aliment Fondu yaradılacaq (VİDEO)

Kanadada 2025-ci il üçün vergi dərəcələri - Təhlil

XVIII əsrə aid məscidin bərpasına başlanılır - 70 min manat ayrıldı

Faktiki hava açıqlanıb

Yasamalda istehsala yararsız ətin satışının qarşısı alındı

"Dogecoin ETF"si təsdiqlənməsi və 2025-ci il "DOGE" proqnozları

"Dogecoin ETF"si təsdiqlənməsi və 2025-ci il "DOGE" proqnozları

Azərbaycanda meymunçiçəyinə yoluxma halı aşkarlandı

Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri artıb

Azərbaycan nefti ucuzlaşıb

Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı oldu - 80 min manat oğurlandı

ABŞ-də Ali Məhkəmədən "TikTok" qərarı - Sabaha qədər satılmazsa..

"Fitch Ratings” Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı

"Fitch Ratings” Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı

2025-ci ildə qızıl investorları üçün perspektivlər: Nələr gözlənilir? - SƏHƏR OXUSU

"Azer N Agro" inzibati məsuliyyətə cəlb edilib

"Qlobal artım: fərqli və qeyri-müəyyən" hesabatı - Beynəlxalq Valyuta Fondu

"HACI MİRZƏLİOĞLU"na protokol tərtib olunub

İqtisadi fəaliyyət qaydalarını pozan şirkət cərimələnir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin