BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.75
  • RUB
    1.6396
  • TRY
    0.0478
  • GBP
    2.0777
26182
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov "biznesmen” müşavirini vəzifəsindən azad edib. 
 
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Saleh Məmmədovun müvafiq əmri ilə Şahin İbadov AAYDA sədrinin müşaviri vəzifəsindən kənarlaşdırılıb.
 
Ehtimal edilir ki, Saleh Məmmədovun müşavirini işdən çıxartması Qaynarinfo-da Şahin İbadovun rəhbərlik etdiyi "Bakı Tikinti Kosntruksiya" Qapalı Səhmdar Cəmiyyətində ciddi korrupsiya hallarına yol verməsi ilə bağlı məlumatların dərc edilməsindən sonra baş verib. Onun Saleh Məmmədovla başqa problemlərinin də olduğu deyilir. 
 
Şahib İbadovun vəzifəsindən azad edilməsi ilə bağlı dörd gün əvvəl AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli ilə əlaqə saxladıq. O, bizə bu barədə məlumat verəcəyini desə də, nədənsə sonradan zənglərimizə cavab vermədi.
 
Eyni zamanda Şahin İbadovun rəhbəri olduğu QSC-də qeyri-qanuni tikililərin mövcudluğu ilə bağlı müvafiq qurumlara ünvanladığımız sorğular da cavabsız qalıb.
 
 
Qeyd edək ki, "Bakı Tikinti Kosntruksiya" QSC-də qeyri-qanuni tikililər mövcuddur. İddia edilir ki, BTK ərazisində heç bir rəsmi dövlət orqanı tərəfindən razılaşdırılmadan qeyri-qanuni soyuducu anbarlar tikdirilib
 
Bu azmış kimi, sözügedən anbarlar sahibkarlara yüksək məbləğdə icarəyə verilir. İcarədən yığılan vəsaitin çox cüzi hissəsi isə vergi və digər dövlət rüsumlarına yönəldirilir.
 
 
Ərazidə yerləşən anbarlar, üstəlik buradan yığılan icarə haqqı qeyri-qanunidir, rəsmi bəyan olunan hissəsi çox cuzidir və realıqdan fərqlənir. Nəticədə bu BTK-nın gəlirlərin gizlədilməsinə, birbaşa vergi və digər dövlət rüsumlarının ödənişlərindən yayındırılmasına gətirib çıxarır. 
 
Mənbənin verdiyi məlumata görə, bir il öncə ərazidə növbəti qeyri-qanuni tikinti aparılıb. Nərimanov rayon İcra Hakimiyyəti və Əmlak Məsələləri üzrə Dövlət Xidməti tərəfindən tikinti işləri dayandırılıb. Hətta tikinti işləri sonuncu dəfə polisin müdaxiləsindən sonra dayandırılıb.
 
Mənbə qeyd edir ki, bu ilin sentyabr ayından başlayaraq, FHN-nin və digər dövlət qurumlarının rəsmi razılığı olmadan QSC-nin ərazisində yenidən qanunsuz əsaslı tikinti işləri davam etdirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Starbucks" kütləvi ixtisarlara hazırlaşır

"Starbucks" kütləvi ixtisarlara hazırlaşır

Dünyanın ən təhlükəsiz avtomobilləri açıqlandı - SİYAHI /FOTO

Azersun Holdinqin prezidenti vəfat edib

Təbiisi baha, ucuzu isə zərərli

Kapital Bank kibercinayətkarlıqla mübarizəni 2 qat gücləndirib ®

İqtisadi fəal əhalinin sayı açıqlanıb

2025-ci il üçün təbii qaz qiymətləri: "BofA"nın proqnozları

Hökumənin ailəsinin pul vəsaitinin qaytarılması ilə bağlı - “Kapital Bank”dan açıqlama

Londonda mobil tətbiq quran 23 yaşlı azərbaycanlı gənc: Hədəfimiz Britaniyanın ən yaxşısı olmaqdır - MÜSAHİBƏ

H.Əliyevanın ailəsinə qarşı cinayət törədənlər müəyyən edildi – Zərər ödənildi - YENİLƏNİB

Trampın 1 saata 10 milyard dolları keçən yeni kriptovalyutası

Mərkəzi Bank uçot dərəcəsini azaldacaqmı? - “Fitch Ratings”in proqnozu

Azərbaycanda Aliment Fondu yaradılacaq (VİDEO)

Kanadada 2025-ci il üçün vergi dərəcələri - Təhlil

XVIII əsrə aid məscidin bərpasına başlanılır - 70 min manat ayrıldı

Faktiki hava açıqlanıb

Yasamalda istehsala yararsız ətin satışının qarşısı alındı

"Dogecoin ETF"si təsdiqlənməsi və 2025-ci il "DOGE" proqnozları

"Dogecoin ETF"si təsdiqlənməsi və 2025-ci il "DOGE" proqnozları

Azərbaycanda meymunçiçəyinə yoluxma halı aşkarlandı

Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri artıb

Azərbaycan nefti ucuzlaşıb

Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı oldu - 80 min manat oğurlandı

ABŞ-də Ali Məhkəmədən "TikTok" qərarı - Sabaha qədər satılmazsa..

"Fitch Ratings” Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı

"Fitch Ratings” Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı

2025-ci ildə qızıl investorları üçün perspektivlər: Nələr gözlənilir? - SƏHƏR OXUSU

"Azer N Agro" inzibati məsuliyyətə cəlb edilib

"Qlobal artım: fərqli və qeyri-müəyyən" hesabatı - Beynəlxalq Valyuta Fondu

"HACI MİRZƏLİOĞLU"na protokol tərtib olunub

İqtisadi fəaliyyət qaydalarını pozan şirkət cərimələnir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin