BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.75
  • RUB
    1.6396
  • TRY
    0.0478
  • GBP
    2.0777
25343

"Milli Məclisdən gələn məlumata əsasən, dayanma və durma qaydalarının pozulması ilə bağlı sürücülər barəsəində elektron qərarların tətbiqi ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif olunur. Əgər  bu dəyişiklik parlamentdə qəbul olunarsa, dayanma və durma qaydaları pozulduqda kamera vasitəsilə foto və ya video çəkiliş edilməklə sürücü barəsində elektron qərar (sürət həddini aşma, qırmızı işıqdan keçmə və s. halında olduğu kimi) tərtib ediləcək”.

Valyuta.az xəbər verir ki, bunu nəqliyyat eksperti Ərşad Hüseynov deyib. Onun sözlərinə görə, belə bir dəyişiklik  layihəsi təxminən bir il əvvəl MM-in plenar iclasında müzakirəyə çıxarılıb, hətta birinci oxunuşdan da belə keçdi:
 
"Amma daha sonra bu layihədən heç bir soraq gəlmədi. Özü də həmin layihə zərf halında idi: həm dayanma və durma ilə bağlı bəzi məsələlərin dəqiqləşdirilməsi üçün "Yol hərəkəti haqqında” qanuna, həm də inzibati məsuliyyətə cəlb etmə ilə bağlı İXM-ə dəyişiklik layihəsi var idi. Haqqında danışılan həmin layihədir, yoxsa yox, bu barədə heç nə deyilmir. Layihə mətni əlimizdə olmadığından dəqiq nəsə demək çətindir. Yəqin ki, bu layihə İXM-də nəzərdə tutulmasa da, son bir neçə ildə kameralar vasitəsilə dayanma və durma qaydalarını pozmaya görə cərimə yazılmasını qanuniləşdirməyə yönəlib”. 

Ərşad Hüseynov bildirib ki, dayanma və durma qaydalarını pozmanın bütün hallarına görə elektron qərarla cərimə tətbiqi ciddi mübahisələr doğuracaq:
 
"Məsələ burasındadır ki, Bakıda və ölkəmizin digər yaşayış məntəqələrində dayanma və durmanın qadağan edilməsi məsələsində çoxlu anlaşılmazlıqlar var. Minlərlə  yol sahəsi var ki, orada belə bir qadağanın olduğu qeyri-müəyyəndir, hətta ən peşəkar və diqqətli sürücü də bu səbəbdən səhv edə bilər. Söhbət xüsusən 3.27 və 3.28 nişanlarının qoyulması və onların qüvvədə olma sahəsi ilə bağlıdır”. 

Ərşad Hüseynov hesab edir ki, dayanma və durma qaydalarını pozmanın bütün hallarına görə elektron qərarla cərimə tətbiqi hələ çox tezdir və çoxlu mübahisələr yaradacaq:
 
"İndiki mərhələdə elektron qərarla rəsmiləşdirmə dayanma və durma qaydalarını pozmanın ən aşkar və heç bir mübahisə doğurmayan hallaraına - ikinci və sonrakı cərgələrdə dayanmaya, səkilərdə, piyada keçidlərində, yolayrıcında kəsişmə yerində dayanmaya görə tətbiq edilsə daha doğru olar”. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azersun Holdinqin prezidenti vəfat edib (FOTO)

Təbiisi baha, ucuzu isə zərərli

Kapital Bank kibercinayətkarlıqla mübarizəni 2 qat gücləndirib ®

İqtisadi fəal əhalinin sayı açıqlanıb

2025-ci il üçün təbii qaz qiymətləri: "BofA"nın proqnozları

Hökumənin ailəsinin pul vəsaitinin qaytarılması ilə bağlı - “Kapital Bank”dan açıqlama

Londonda mobil tətbiq quran 23 yaşlı azərbaycanlı gənc: Hədəfimiz Britaniyanın ən yaxşısı olmaqdır - MÜSAHİBƏ

H.Əliyevanın ailəsinə qarşı cinayət törədənlər müəyyən edildi – Zərər ödənildi - YENİLƏNİB

Trampın 1 saata 10 milyard dolları keçən yeni kriptovalyutası

Mərkəzi Bank uçot dərəcəsini azaldacaqmı? - “Fitch Ratings”in proqnozu

Azərbaycanda Aliment Fondu yaradılacaq (VİDEO)

Kanadada 2025-ci il üçün vergi dərəcələri - Təhlil

XVIII əsrə aid məscidin bərpasına başlanılır - 70 min manat ayrıldı

Faktiki hava açıqlanıb

Yasamalda istehsala yararsız ətin satışının qarşısı alındı

"Dogecoin ETF"si təsdiqlənməsi və 2025-ci il "DOGE" proqnozları

"Dogecoin ETF"si təsdiqlənməsi və 2025-ci il "DOGE" proqnozları

Azərbaycanda meymunçiçəyinə yoluxma halı aşkarlandı

Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri artıb

Azərbaycan nefti ucuzlaşıb

Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı oldu - 80 min manat oğurlandı

ABŞ-də Ali Məhkəmədən "TikTok" qərarı - Sabaha qədər satılmazsa..

"Fitch Ratings” Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı

"Fitch Ratings” Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı

2025-ci ildə qızıl investorları üçün perspektivlər: Nələr gözlənilir? - SƏHƏR OXUSU

"Azer N Agro" inzibati məsuliyyətə cəlb edilib

"Qlobal artım: fərqli və qeyri-müəyyən" hesabatı - Beynəlxalq Valyuta Fondu

"HACI MİRZƏLİOĞLU"na protokol tərtib olunub

İqtisadi fəaliyyət qaydalarını pozan şirkət cərimələnir

Keçmiş deputata məxsus şirkət gömrük qaydalarını pozmaqda ittiham edilir

Ağdamla bağlı 107 milyonluq layihə - Çoxfunksiyalı yaşayış binaları tikiləcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin