BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.75
  • RUB
    1.6396
  • TRY
    0.0478
  • GBP
    2.0777
24779

“Dövlət qurumları iş saatını dəyişsə, tıxaclar azalar. İnkişaf etmiş infrastrukturlar tıxac problemini həll edə bilməyib. Digər tədbirlərə ehtiyac var. Əksər inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, iş saatlarının dəyişdirilməsi tıxacların aradan qaldırılması və sıxlığın azaldılması baxımından vacib hesab olunur. Bakıda əksər dövlət və özəl sektor eyni vaxtda işə başlayır və iş saatı da eyni zamanda başa çatır.

Bir çox Qərb ölkələrində olduğu kimi, dövlət, özəl və təhsil müəssisələrinin fərqli iş saatlarında işə başlaması və fərqli saatlarda işi başa çatdırması imkan verir ki, vətəndaşlar tıxacda az zaman sərf etsinlər. Bu baxımdan dövlət sektorunun özəl sahəyə nisbətən daha tez işə başlaması və müqayisəli şəkildə əmək gününü daha tez bitirməsi tıxacları müəyyən qədər azalda bilər”.

Bu sözləri Milli Məclisin üzvü Vüqar Bayramov tıxaclarla bağlı problemlərin həll yolundan danışarkən deyib.

Bəs görəsən, iş saatlarının dəyişdirilməsi mümkündürmü?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədovun sözlərinə görə, iş saatlarının dəyişdirilməsi tıxacların azalmasına səbəb olmayacaq:

“Azərbaycanda qeyri-formal əmək bazarı həddən artıq yüksəkdir. Müəssisələrin əksəriyyəti çox kiçikdir. Bunların hansısa qrafika uyğunlaşdırılması mümkün olmayacaq. Bu əsas səbəblərdən deyil. Səbəblər müxtəlifdir. Şəhərin strukturu və küçələrinin sayı əhalinin sayına mütənasib deyil”.

S.Məmmədov yol infrastrukturunun düzgün qurulmadığını deyib:

“Parklamada xaos yaşanır. Bu səbəblərdən tıxac yaranır. İlk növbədə parklama işi düzgün təşkil edilməlidir. Şəhərdə küçələr daraldılıb, səkilər ləğv olunub. Piyadalar bu səbəbdən maşın yolu ilə hərəkət edirlər. Səbəblər bunlardır.

Təhsil müəssisələri, idarəetmə ilə bağlı binalar şəhərin mərkəzində yerləşir. Bütün bunlar hamısı tıxaclara gətirib çıxaran amillərdəndir. Berlin şəhərinin əhalisi bizdən çoxdur, amma tıxaclar çox nadir hallarda olur. Çünki orada düzgün tənzimlənir. Qeyri-rəsmi, güzəştə olan avtomobillər yoxdur. Onlar şəhərdə əhəmiyyətsiz dərəcədə tıxacı yaradırlar”.

Sahib Məmmədov əlavə edib ki, ictimai nəqliyyatın təşkili məsələsində ciddi problemlər var:

“Məktəblərin, idarələrin qarşısında daima avtomobillər dayanır. Problemə ilk öncə bunlardan başlamaq lazımdır. Sonradan iş qrafikinin dəyişdirilməsinə keçmək olar. Daha ciddi problem Sumqayıt əhalisinin Bakıya öz avtomobili ilə gəlib, tıxac yaratmasıdır.

Əvvəllər tramvay xətləri var idi, hansı ki, insanları tıxacsız daşıya bilirdi. İndi elə deyil. Nəqliyyat vasitələri saatlarla tıxacda qalırlar. Bununla yanaşı, şəxsi avtomobillər üçün dayanacaqlar yaradıla bilər ki, insanlar şəxsi avtomobillərini orada saxlayıb, tramvayla tez işə çata bilsinlər. Əvvəlcə bu məsələlər öz həllini tapmalıdır. Sonradan iş qrafiki dəyişdirilə bilər. Tək iş qrafikinin dəyişdirilməsi ilə qətiyyən razı deyiləm”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Faktiki hava açıqlanıb

Yasamalda istehsala yararsız ətin satışının qarşısı alındı

H.Əliyevanın ailəsinə qarşı edilən dələduzluqla bağlı cinayət işi başlanılıb

"Dogecoin ETF"si təsdiqlənməsi və 2025-ci il "DOGE" proqnozları

"Dogecoin ETF"si təsdiqlənməsi və 2025-ci il "DOGE" proqnozları

Azərbaycanda meymunçiçəyinə yoluxma halı aşkarlandı

Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri artıb

Azərbaycan nefti ucuzlaşıb

Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı oldu - 80 min manat oğurlandı

ABŞ-də Ali Məhkəmədən "TikTok" qərarı - Sabaha qədər satılmazsa..

"Fitch Ratings” Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı

"Fitch Ratings” Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı

2025-ci ildə qızıl investorları üçün perspektivlər: Nələr gözlənilir? - SƏHƏR OXUSU

"Azer N Agro" inzibati məsuliyyətə cəlb edilib

"Qlobal artım: fərqli və qeyri-müəyyən" hesabatı - Beynəlxalq Valyuta Fondu

"HACI MİRZƏLİOĞLU"na protokol tərtib olunub

İqtisadi fəaliyyət qaydalarını pozan şirkət cərimələnir

Keçmiş deputata məxsus şirkət gömrük qaydalarını pozmaqda ittiham edilir

Ağdamla bağlı 107 milyonluq layihə - Çoxfunksiyalı yaşayış binaları tikiləcək

Nəsli kəsilmiş heyvanlar geri qayıda bilərmi? – Araşdırmalar başlandı

Yasamalda Mərkəzi Parkın tikintisinə daha 37 milyon xərclənəcək

Qiymətləri şişirdilmiş 8 yeni avtomobil: Ekspertlər onların almamağı tövsiyə edir

Parklanma xidmətindən narazılıq - Vətəndaş pozmadığı qaydanın cəriməsini ödəməli olur

"Politico": Aİ Ukraynadan tranzit dayandırıldıqdan sonra Rusiyadan rekord sürətlə qaz alıb

Rusiya və İran Azərbaycandan keçən qaz kəməri marşrutu üzrə razılığa gəliblər

Avro bölgəsində inflyasiya artdı

Banklar son 2 ildə nə qədər kredit veriblər? - Tam siyahı

Davosda 124 milyardlıq görüş - “Ağıllı dövr üçün əməkdaşlıq”

"USQ"yə kriptovalyuta göndərdi - 7 il həbs cəzası aldı

"Premium Bank"ın əsas səhmdarı vəfat edib

Abbas İbrahimov: “Bu il ilk dəfə 35 mindən artıq səhmdarımızla gəlirlərimizi bölüşəcəyik”

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin