BAKU Azərbaycan
12.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8205
  • 1 Rusiya rublu
    0.0184
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1193
17767

“Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi ilk növbədə turizmin inkişafına hesablanıb. Füzulidə tikilən və Şərqi Zəngəzurda təməlləri atılmış hava limanları gələcəkdə bu bölgəyə turist axınında müstəsna rol oynayacaq”.

Bunu açıqlamasında iqtisadçı alim Əli Əlirzayev deyib.

Ekspert bildirib ki, işğaldan azad olunan ərazilər bütövlükdə turizm mərkəzidir: 

“Bu bölgələrdə təbii turizm potensialı daha çoxdur. Həm də bu bölgələr sərhədyanı zolaqda yerləşir. Yəni, təkcə Bakı şəhərindən deyil, eləcə də dünyanın bir çox ölkələrindən Füzuliyə, Laçına, Zəngilana uçuşlar təşkil edilə bilər. Məhz buna görə də işğaldan azad edilmiş ərazilərdə 3 hava limanının inşası gələcəkdə turimzin inkişafı baxımından çox əhəmiyyətlidir. Turizmin inkişafında müstəsna rol oynayan amillər hava limanları, nəqliyyat yolları və rahat gediş-gəlişdir. Turizm infrostrukturunun yaranması ilə gələcəkdə Qarabağda nə qədər iş yerləri açılacaq. Keçmiş məcburi köçkünlər iş yerləri ilə təmin ediləcək”.

Əli Əlirzayevin fikrincə, hava limanlarının inşası ilə gələcəkdə yükdaşıma imkanları daha da artacaq: 

“İqtisadiyyatın bu istiqamətində də inkişafa müsbət impulslar verəcək. Gələcəkdə Qarabağdan və ya Qarabağa yükdaşıma imkanlarının artmasına səbəb olacaq. Ölkənin və dünyanın mərkəzi şəhərlərindən oraya təyyarələr uçacaq. Yükdaşıma Qarabağda kənd təsərrüfatı və iqtisadiyyatın digər sahələri üçün də önəmli amildir. Qarabağdakı meyvə məhsullarını xarici ölkələrə aparmaq üçün hava limanı birbaşa əlaqə deməkdir”.

Mütəxəssisin sözlərinə görə, bu, xarici ölkələrlə əlaqələrimizin inkişafına da yeni təkanlar verəcək:

“Hətta sərnişindaşımanın özü də mühüm əhəmiyyət kəsb edir. Qarabağda və Şərqi Zəngəzurda hava limanlarının istifadəyə verilməsi Bakının yükünü də azaldacaq. Burada mühüm nəqliyyat əlaqələri formalaşdırılacaq. Füzulidən, Zəngilandan, Laçından Türkiyəyə, Rusiyaya birbaşa reyslər açılarsa, bu əlaqələrin daha da inkişafı deməkdir. Ona görə də əhalinin daşınması, yükdaşıma, xariclə iqtisadi əlaqələrin qurulması və turizmin inkişafı baxımından Füzuli və digər hava limanlarının istifadəyə verilməsi böyük əhəmiyyətə malik olacaq”.

Mənbə: Onn-media.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – Tam siyahı

ABŞ Ukraynaya silah tədarükü üçün 6 milyard dollarlıq müqavilələr bağlamağa hazırlaşır

100 ildir itdiyi düşünülən əsər 30 milyona satıldı

Bu il neft 100 dollara çata bilər – Dünya Bankı

Amerikalılar kütləvi şəkildə “iPhone” almaqdan imtina edirlər - SƏBƏB

Dünyada plastik tullantıların böyük hissəsinin səbəbkarı olan 5 şirkət (SİYAHI)

İnnovasiya və Təchizat Mərkəzi 369 576 manatlı hellium alır

ABŞ alimləri təbiilərindən üstün olan süni bədən hüceyrələri yaratdıblar

“Bakı Tikiş Evi” məhkəmə qarşısında

Mühafizə şirkəti məhkəməyə verildi

Rusiyada yük maşını sürücülərinin çatışmazlığı 25%-ə çatdı

"Hom-Paş Prestij" məhkəməyə niyə verilib?

"A-Group Sığorta Şirkəti" cərimələnir

Ukrayna mayda Dnepr SES-in bərpasına başlamağı planlaşdırır

Dövlət xidmətindən “Azpetrol”a 60 min manatlıq sifariş

NASA BKS-də mutant canlılar aşkarlandığını açıqladı

Rusiya aktivləri Ukraynaya keçəndən sonra dollar ucuzlaşacaq - İqtisadçı

İki məşhur şirkət arasında alqı-satqı qalmaqalı

"Meta"nın gəlirləri artıb

Bloomberg: Rusiyanın aktivlərinin müsadirəsi kütləvi de-dollarizasiyaya səbəb ola bilər

Gömrük Komitəsi “Coca-Cola” şirkətini nədə ittiham edir?

Britaniya vasitəçilərdən rekord həcmdə Rusiya nefti alır

Xarici ölkələrə tomatın kiloqramını neçəyə satırıq? - 3 ayda ölkəyə 45 milyon dollar gəlir gətirib

Dünyanın ən böyük daşıyıcılarından biri nəhayət ki, Rusiya və Çinlə işə son qoydu

Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti yeni brend kimliyini təqdim edir ®

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi ®

Naxçıvan DSMF-nin sədri işdən çıxarıldı

Türkiyədə lirə ilə bağlı qərar verildi

Prezidentlər Füzuli və Ağdama səfər edib (YENİLƏNİB)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin