BAKU Azərbaycan
22.03°C
  • USD
    1.7
  • EUR
    1.9324
  • RUB
    2.148
  • TRY
    0.0434
  • GBP
    2.2971
53700

Soydaşımız Fərzulla Abbasov iki ildən çoxdur Britaniyanın və Avropanın tikilməkdə olan ən böyük atom enerji stansiyası “Hinkley Point C”də sahə və ölçü mühəndisi kimi çalışır. AZƏRTAC-ın müxbiri həmyerlimizlə onun Böyük Britaniyadakı həyatı və fəaliyyəti barədə danışıb.

- Necə oldu ki, Britaniyada belə bir layihədə mühəndis kimi çalışmağa başladınız?

- Mən özüm Neftçalanın ucqar kəndi olan Xolda anadan olmuşam. Ali təhsilimi Bakıda Azərbaycan Dövlət Dəniz Akademiyasında almışam. Böyük Britaniyada mühəndis kimi çalışmaq mənim üçün böyük uğurdur.

Artıq iki ildən çoxdur ki, buradayam. Bundan əvvəl 5 il Bakı gəmiqayırma zavodunda çalışmışam və ora mənim püxtələşməyimdə böyük rol oynayıb. Orada çox böyük layihələrin tikintisində, təmirində ölçmə işlərinə nəzarət supervayzeri işləmişəm. Bəzən elə olur ki, insan öz çərçivəsinə sığmadığını hiss edir. Bu da səni daha böyük layihələrə getmək üçün həvəsləndirir. Buna görə də növbəti dayanacağım Qazaxıstanda “Chevron” şirkətinin neft-qaz emalı layihəsində qrup liderliyi oldu. Orada bir çox britaniyalı iş yoldaşlarım var idi və gördüyüm işləri bəyənirdilər. Onlar 2021-ci ilin sonlarında İngiltərədə böyük layihə həyata keçirildiyini və məni orada görməkdən məmnun olacaqlarını dedilər. Viza prosesi 6-7 ay zaman alsa da, mən Britaniyaya gəldim.

- Hazırkı işiniz haqqında məlumat verərdiniz.

- Mən “Hinkley Point C” adlanan atom elektrik stansiyasında sahə və ölçü mühəndisi çalışıram. Tikilən panellərin, avadanlıqların, boruların, bir sözlə, hər nə quraşdırılacaqsa, onların düzgün və verilmiş ölçü dəqiqliyində quraşdırılmasına, işin dəqiqliyi barədə hesabatların hazırlanmasına məsulam.

“Hinkley” atom elektrik stansiyası hazırda Avropada tikintisi davam edən ən böyük layihədir və Britaniya hökuməti üçün çox önəmlidir. 46 milyard funt sterlinqə başa gələcək stansiyanın tikintisinin 2031-ci ildə yekunlaşdırılması planlaşdırılır. Bu layihə Britaniyanın 7 faizinə, yəni, 6 milyon evə 60 il enerji vermək qabiliyyətinə malikdir. Hazırda bu layihədə 3600-dan çox Britaniya şirkəti və ümumilikdə 25 min insan çalışır. Dünyanın ən böyük kranı da bu ərazidədir.

- Tikintidə sizdən başqa azərbaycanlı varmı?

- Hazırda ərazidə məndən başqa bir azərbaycanlı var, 6-7 ay əvvəl işə başlayıb. Bundan əlavə, başqa ofislərdə işləyən üç azərbaycanlı var. Mütəmadi olaraq görüşürük.

- Atom enerjisinin bu gün hansı təhlükələri var? Radiasiya, kimyəvi tullantılar və sair. Bu barədə fikirləriniz maraqlıdır.

- Mən bu sualı tez-tez eşidirəm. Ətrafımda yaxınlarım, dostlarım tez-tez soruşurlar ki “niyə orada işləyirsən, niyə belə bir stansiya tikilir, axı çox təhlükəlidir”. Yəqin bizim insanlarda bu təəssürat Çernobıl faciəsindən qaynaqlanır. Onu qeyd edim ki, müasir atom elektrik stansiyaları təhlükəsizlik baxımından günəş enerjisindən sonra ikinci yerdədir. Tikintisinin bir az baha başa gəlməsi səbəbindən bütün ölkələr bundan istifadə edə bilmir. Bir çox ölkələrdə hazırda atom elektrik stansiyaları tikilir, Finlandiya, Avstriya, Çexiya kimi ölkələrdə belə stansiyalar mövcuddur. Düşünürəm ki, tikintisi düzgün aparılan atom elektrik stansiyası tam təhlükəsizdir.

- Sizin kimi xaricdə çalışmaq istəyən mühəndislərə nə məsləhət görərdiniz?

- Mən Kür çayının sahilində yerləşən bir rayonun sakini olaraq nə vaxtsa İngiltərədə yaşayacağım ağlıma gəlməzdi. Fikirləşirəm ki, həyatda hər zaman planlarını böyük götürməlisən. Mən Bakıda işlədiyim zaman gördüyüm işi ən yaxşı şəkildə etməyə çalışırdım, bir tərəfdən ingilis dilimi inkişaf etdirirdim, daim öz üzərimdə çalışırdım. IELTS imtahanından dəfələrlə kəsilsəm də, oxumağa, öyrənməyə davam etdim və bu günə gəlib çıxa bildim.

- Gələcək planlarınız nədir?

- “Hinkley Point C”in tikintisinin 2029-2031-ci illərdə başa çatması gözlənilir. O vaxtadək burada işləmək istəyirəm. Daha sonra isə onların digər atom elektrik stansiyasının tikintisi başlanacaq. Daha beş il orada davam etmək istəyərəm. Qırx yaşımda təqaüdə çıxmağı planlaşdırıram. Əvvəldən özümə məqsəd qoymuşam, elə işləyim ki, 40 yaşımda təqaüdə çıxa bilim.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Məşhur makaron markasının məhsulları geri çağırılır: Avropa Birliyindən XƏBƏRDARLIQ

2025-ci ilin ən yaxşı səyahət kameraları - SİYAHI, FOTOLAR

Bu kənddə evlərin təmirinə 8,8 milyon manat ayrıldı

Bakıdakı müəllimlər bölgə universitetlərində buna görə dərs demək istəmir

Bakıdakı müəllimlər bölgə universitetlərində buna görə dərs demək istəmir

Naxçıvan Konstitusiyası dəyişir - Sənəd Milli Məclisə təqdim olunacaq

Bir gündə bank kartlarından 8 min manat pul oğurlandı

Bu ixtisaslara qəbul olmaq asandır (SİYAHI)

"Tesla"nın məhkəmədən qəribə istəyi

Azərbaycana gələn pakistanlı iş adamı hava limanında həbs edildi

Azərbaycanda 7 bal gücündə zəlzələ ehtimalı var? (AÇIQLAMA)

Sabah yağış yağacaq

300 bal toplayan 9-cular (FOTO)

Ərəb Əmirlikləri Azərbaycana 9 manatdan elektron siqaret mayesi satıb

Əməkdar artist vəfat etdi

Azərbaycan nefti bahalaşıb

Süni zəka dedilər, insan çıxdı: Bir zamanların AI ulduzu iflasın astanasında

Bakının bu ərazisində torpaq qiymətləri bahalaşacaq

Bakının bu ərazisində torpaq qiymətləri bahalaşacaq

"Bitcoin" 102 min dollara qədər düşdü

14 yaşında qurduğu vebsaytla milyonçuya çevrildi - SƏHƏR OXUSU

Biznesinizi qloballaşdırmalısınız, yoxsa yerli bazarda qalmalısınız? - Ekspertlərin fikirləri

Məşhur akademikdən xəbərdarlıq: "Biz odla oynayırıq"

Bu qurum 792 min manatlıq xidməti avtomobil alacaq

Abramoviçin "Çelsi"nin satışından əldə etdiyi 2,35 milyardın aqibəti necə olacaq?

"Arkoz Qazax Sement Zavodu" MMC cərimələndi

"WhatsApp" istifadəçilərə öz süni intellekt köməkçilərini yaratmaq imkanı verəcək

Maraq azalır: Elektrikli avtomobillərin gələcəyi təhlükədədir?

Saatlıq, yoxsa aylıq əməkhaqqı: Hansı daha sərfəlidir? (ŞƏRH)

Saatlıq, yoxsa aylıq əməkhaqqı: Hansı daha sərfəlidir? (ŞƏRH)

1,1 milyon manat vergi borcu olan şirkət kimindir?

Orta təhsil səviyyəsi üzrə aprelin 27-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin