BAKU Azərbaycan
21.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
37870

Karyerada uğur hər kəs üçün nisbi anlayışdır. Amma insanlar mütləq ki, karyeralarında necə uğurlu ola biləcəklərini düşünürlər. Davamlı daha uğurlu olmaq üçün üsullar axtarırlar. Düzdür, hər kəs karyerasında daha yüksək yerlərə gəlmək istəyər, amma bəzən unuduruq ki, uğur həmişə olmur, uğursuzluqları da gözə almalıyıq. Bəs karyerada necə uğurlu olmaq olar?

İş adamı Rəşid Əliyev Valyuta.az-a bu barədə danışdı. Onun sözlərinə görə, karyerada uğur həmişə insanın özündən asılı olmur:

“İnsan çox bilikli və bacarıqlı da ola bilər, amma onun düşdüyü mühit, müraciət etdiyi şirkət, işə başladığı yer və bunlar kimi bir çox faktorlar təsir edə bilər. Karyeranın necəliyi sadəcə 50 faiz insanın özündən asılı olur, 50 faizi isə məkan və zamandan asılıdır. Bu, düzgün zamanda düzgün məkanda olmaq məsələsidir”.

Rəşid bəyin fikrincə, karyerada irəliləmək üçün çox işləmək lazımdır:

“Mənim təcrübələrimə görə, çox oxumaq, öyrənmək, bilmək heç də karyeranızda irəliləməyinizə kömək etməyəcək. Daha çox işləmək, təcrübə yığmaq karyeranızda irəliləməyinizə kömək edəcək. Çünki öyrəndiklərini tətbiq etməsən, bir mənası qalmır. Evində, dərsdə, haradasa oturub oxuyaraq öyrənməkdənsə, işləyərək, təcrübə edərək, real olaraq öyrəndiklərini tətbiq edərək öyrənsən, daha irəli gedə bilərsən. Bundan başqa, müşahidə etmişəm ki, çox iş yeri dəyişənlər karyeralarında daha çox yüksəlir. Çünki onlar fərqli iş yerlərində özlərini, bilik və bacarıqlarını təcrübə edirlər. Fərqli iş yerlərində işlədikcə inkişaf daha sürətli olur. Uzun müddət bir yerdə işləyib, heç bir dəyişiklik, yeniliklər etməyən, öz üzərində işləməyənlər isə əksinə inkişaf etmirlər. Onlar üçün artıq adiləşir, hər şey standart olur”.

R.Əliyev bildirir ki, uğurlu olmaq hər kəs üçün fərqlidir. Ona görə də, karyeranızda uğur qazanmaq üçün başqalarının necə uğur qazandığına baxmaq əvəzinə, öz yolunuzu cızmalısınız: 

“Mənim elə işçilərim olub ki, onlar hazırda məndən daha çox irəli gediblər. İkinci eyni bir yolu gedib, eyni uğuru əldə etmiş şirkət yoxdur. Ona görə də, düşünməməlisiniz ki, filankəs belə elədi, mən də eynisini edim uğur qazanım. Bu mümkünsüzdür. Çünki siz eyni insan deyilsiniz, eyni şərtlərə, eyni yanaşmaya sahib ola bilməzsiniz. Bəlkə ondan daha uğurlu olacaqsınız, bəlkə də əksinə. Ona görə də, uğurlu olmaq üçün başqalarının getdiyi yoldan yox, özünüzə uyğun yoldan getməyiniz sizi irəli aparacaq”. 

Nuray

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Google" "Chrome"un rekord sürətlə işlədiyini deyir, amma istifadəçilər narazıdır

3,1 milyon manat vergi borcu olan “Nubosta Trade” kimindir?

Yaradılıb və unudulub: Ekspertlər qeyri-aktiv hesabların təhlükəsini açıqladı

Yaradılıb və unudulub: Ekspertlər qeyri-aktiv hesabların təhlükəsini açıqladı

Çin banklara "Labubu" kuklaları ilə müştəri cəlb etməyi qadağan etdi

“İnvest-Azem"in rəhbərinə “stop” qoyuldu

Məhkəmə “Euro Sport”u cərimələdi

Bələdiyyələrdə auditlər – 2024-cü ilin statistikası nə deyir?

Bakıdan bu istiqamətə əlavə reyslər təyin edildi

Azərbaycanda uşaqların sayı niyə azalıb? - İqtisadçı ekspert

Üç gün iş olmayacaq

Üç gün iş olmayacaq

Koreya alimləri metal istifadə etmədən elektrik mühərriki yaratdı

Ən yüksək balı bu məktəbin şagirdi toplayıb

Bakıda "ipoteka dələduzluğu" - Hərbçinin 18 000 manatını necə "yedilər"?

Rektor özünə müşavir TƏYİN ETDİ

2025-2027-ci illərdə Sığorta Sektorunun İnkişaf Strategiyası təsdiq edilib

Bu imtahanların nəticələri açıqlandı

Bu şirkət 1500 manat cərimələndi

“Təqsirkar kim olursa-olsun, faydalanan tərəf abonentdir”

Mənzili olub orada yaşamayan şəxs sabit tarif ödəyəcək

"Formula 1" Azərbaycan Qran-Prisi üçün bilet qiymətləri açıqlandı

İşıq və qaz puluna dair sabit tarifin mahiyyəti nədir?

Bakıda yenicə açılışı olan klinika fantastik qiymətə satışa çıxarıldı

Dünyanın ən bahalı F1 avtomobilləri

Dünyanın ən bahalı F1 avtomobilləri

Bu universitetdə üç yeni ixtisas açıldı

Hərbi Prokurorluqda YENİ TƏYİNAT

Əli Əsədov: Son 20 ildə Azərbaycan iqtisadiyyatına 338 milyard dollardan çox investisiya yatırılıb

Azərbaycanın 700 bal toplayanları - 116 nəfər indi harada işləyir və necə yaşayır?

La Liqanın ən bahalı heyətləri - SİYAHI

19 yaşında tapdığı problem onu milyarder etdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin