BAKU Azərbaycan
12.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8205
  • 1 Rusiya rublu
    0.0184
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1193
9446

“Azərbaycan bazar iqtisadiyyatına keçməlidir. İndi mövcud olan vəziyyət bazar iqtisadiyyatı sayıla bilməz. Bazar  iqtisadiyyatında investorlar yatırım etməlidir, dövlət vergisini  alıb kənarda durmalıdır.  Biz kölgə iqtisadiyyatından əziyyət çəkirik”. 

Bu fikirləri Valyuta.Az-a verdiyi açıqlamada Beynəlxalq standartlaşdırma üzrə mütəxəssis, “Bureau De Qualit” şirkətinin rəhbəri Asif İbrahimov səsləndirib.

Ekspertin sözlərinə görə, iqtisadi inkişafa nail olmaq üçün qanunvericiliyə ciddi  dəyişiklik edilməlidir.

“Məsələn, Azərbaycan sahibkarı öz məhsulunu Avropa İttifaqı bazarlarına çıxara bilmir. Səbəb qanunverici bazamızın Avropa İttifaqının tələbləri ilə üst-üstə düşməməsidir. Pandemiya dövrü ilə əlaqədar dünyanın ən böyük satış bazarı olan Avropa İttifaqı bazarında əhalinin böyük qisminin orqanik məhsullara tələbatının artması müşahidə olunub. Azərbaycanın dünya bazarına orqanik məhsullar ixrac etməsi iqtisadi inkişafa təkan verə bilər. Qanunvericiliyimiz Avropa İttifaqının tələblərinə uyğunlaşdırılsa və yerli istehsalçılara dəstək verilsə, Avropa bazarına orqanik məhsullar ixrac edə bilərik. Bu az məhsul ixrac etməklə yüksək gəlir götürmək deməkdir”,-deyə ekspert qeyd edib.

İqtisadçı yaradılmış süni əngəllər barədə də danışıb. 

“Bizim təbiətimiz, insan resurslarımız orqanik məhsullar istehsal  və ixrac etməyə imkan verir. Lakin  qarşımızda müəyyən əngəllər var. Bizim məhsullarımız orqanik sertifikasiyadan keçməlidir. Onlar direktivlərlə işləyir, bizim laborator sınaqlarımızın mötəbərliyini qəbul etmirlər. Azərbaycanı iki il ərzində Sinqapur modelinə çevirmək mümkündür. Bu təklifləri 10 ildir səsləndiririk. Lakin hələlik praktiki addımlar atılmır. Halbuki hər cür potensiala malikik. Mane olan nədir?

Çox zaman, söz düşəndə hər kəs Azəbaycanda müəyyən problemlərin yaranmasını inhisarçılıqla əlaqələndirirlər. Əslində Azərbaycanda inhisarçılıq yox, dempinq var. Yəni bazarda daha əvvəl olan iştirakçı bazara daxil olan yeni iştirakçıları sıxışdırır, qiymətləri süni şəkildə idarə edirlər.  Bir müddət öncə  biz bazarlarda çox ucuz qiymətə banan satışı ilə  qarşılaşdıq. Köhnə iştirakçılar qiymətləri süni şəkildə azaltmaqla yeni iştirakçıların müflisləşməsinə səbəb oldular. Bu həmin dempinqin nəticəsiydi. Bizdə qiymət artımına da inhisarçılıq yox, süni əngəllər səbəb olur. Məsələn, Gömrük Komitəsinin Tarif Şöbəsi burda oturub İrandakı, Pakistandakı qiymətləri tənzimləyir. Məsələn, vətəndaşın bir dollara aldığı məhsulu 2 dollara  bəyannaməyə qeyd edirlər. Bu, bürokratik əngəldir. Sistem dəyişdirilməyincə  vəziyyət düzəlməyəcək. Sistem dəyişikliyi deyəndə hesabatlılığı, üfüqi və şaquli məsuliyyətlərin düzgün qurulmasını, proseslərin funksionallığını nəzərdə tuturam, faydalılıq əmsalının yoxlanılmasını, hər bir şeyin öz adıyla çağrılmasını, insan faktorundan asılı olmayan  modeli nəzərdə tuturam. Yəni rəhbərin kim olmasından asılı olmayaraq, sistem  düzgün işləməlidir. Lazımsız, bir-birini təkrar edən qurumlar ya ləğv edilməlidir, ya da birləşdirilməlidir. Hökumətin bürokratik aparatı sadələşdirilməlidir”,- deyə Asif İbrahimov qeyd edib.

İlhamə
Valyuta.Az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

ABŞ Ukraynaya silah tədarükü üçün 6 milyard dollarlıq müqavilələr bağlamağa hazırlaşır

100 ildir itdiyi düşünülən əsər 30 milyona satıldı

Bu il neft 100 dollara çata bilər – Dünya Bankı

Amerikalılar kütləvi şəkildə “iPhone” almaqdan imtina edirlər - SƏBƏB

Dünyada plastik tullantıların böyük hissəsinin səbəbkarı olan 5 şirkət (SİYAHI)

İnnovasiya və Təchizat Mərkəzi 369 576 manatlı hellium alır

ABŞ alimləri təbiilərindən üstün olan süni bədən hüceyrələri yaratdıblar

“Bakı Tikiş Evi” məhkəmə qarşısında

Mühafizə şirkəti məhkəməyə verildi

Rusiyada yük maşını sürücülərinin çatışmazlığı 25%-ə çatdı

"Hom-Paş Prestij" məhkəməyə niyə verilib?

"A-Group Sığorta Şirkəti" cərimələnir

Ukrayna mayda Dnepr SES-in bərpasına başlamağı planlaşdırır

Dövlət xidmətindən “Azpetrol”a 60 min manatlıq sifariş

NASA BKS-də mutant canlılar aşkarlandığını açıqladı

Rusiya aktivləri Ukraynaya keçəndən sonra dollar ucuzlaşacaq - İqtisadçı

İki məşhur şirkət arasında alqı-satqı qalmaqalı

"Meta"nın gəlirləri artıb

Bloomberg: Rusiyanın aktivlərinin müsadirəsi kütləvi de-dollarizasiyaya səbəb ola bilər

Gömrük Komitəsi “Coca-Cola” şirkətini nədə ittiham edir?

Britaniya vasitəçilərdən rekord həcmdə Rusiya nefti alır

Xarici ölkələrə tomatın kiloqramını neçəyə satırıq? - 3 ayda ölkəyə 45 milyon dollar gəlir gətirib

Dünyanın ən böyük daşıyıcılarından biri nəhayət ki, Rusiya və Çinlə işə son qoydu

Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti yeni brend kimliyini təqdim edir ®

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi ®

Naxçıvan DSMF-nin sədri işdən çıxarıldı

Türkiyədə lirə ilə bağlı qərar verildi

Prezidentlər Füzuli və Ağdama səfər edib (YENİLƏNİB)

ABŞ-da məşhur konsaltinq şirkətinə qarşı opioid epidemiyasına görə cinayət işi açıldı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin