Analitik: "XRP 10, "Ethereum" 7 min dollar ola bilər"
Kriptovalyuta analitiki Ali Martines, "X" platformasında paylaşdığı fikirlərdə XRP və "Ethereum" qiymətləri ilə bağlı proqnozlarını açıqlayıb.
Valyuta.az xəbər verir ki, o, XRP qiymətində iki potensial kritik nöqtəyə diqqət çəkib və əlavə olaraq "Bitcoin" və "Ethereum" ilə bağlı da dəyərləndirmələr edib. Analitikə görə, ilk kritik nöqtə flama formasyonunun yüksələn trend xətti olan 2,05 dollar səviyyəsidir. İkinci kritik səviyyə isə flama formasyonundan çıxış nöqtəsini təmsil edən 2,50 dollar səviyyəsi kimi göstərilib.
Bununla yanaşı, Martines, kritik qiymət səviyyələrindən asılı olmayaraq XRP üçün qiymət hədəfinin 10 dollar olduğunu iddia edib.
Ali Martines "Bitcoin" haqqında da bəzi şərhlər verib. Onun sözlərinə görə, dünyanın ən böyük kriptovalyuta birjası olan "Binance"dəki treyderlərin 66,38%-i BTC qiymətinin yenidən yüksələcəyini gözləyir.
Nəhayət, "Ethereum" haqqında danışan analitik, ETH qiymətinin 2.900 dollara düşməsinin olduqca müsbət bir hal ola biləcəyini irəli sürüb. Onun fikrincə, bu, 7.000 dollarlıq növbəti hədəfə doğru bir addım ola bilər.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay