BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.77
  • RUB
    1.7128
  • TRY
    0.0477
  • GBP
    2.0945
62917

Son dövrlərdə kriptovalyutaların populyarlığı və onların inflyasiyaya qarşı qorunma vasitəsi kimi təqdim olunması iqtisadi müzakirələrin mərkəzində yer alır. Ənənəvi maliyyə alətləri, məsələn, səhm və istiqrazlar uzun illərdir investorların etibarlı seçimləri arasında yer alsa da, rəqəmsal valyutalar sürətlə artan bazar dəyəri və texnoloji üstünlükləri ilə diqqət çəkir.

Yəni kriptovalyutalar inflyasiyaya qarşı ənənəvi valyutalardan daha yaxşı qorunma təklif edə bilərmi?

Mövzu ilə bağlı Valyuta.az-a danışan Crypto Consulting MMC-nin direktoru Elnur Quliyev bildirib ki, kriptovalyutalar riskli olmasına baxmayaraq, son dövrlərdə ənənəvi maliyyə alətləri ilə müqayisədə investorlarına kifayət qədər yüksək gəlir qazandırıb: “Son 5 ilin statistik göstəricilərinə nəzər salsaq, bunu aydın şəkildə görə bilərik. Lakin nəzərə alınmalı məqam odur ki, kriptovalyutalar özləri də orta riskli, az riskli və yüksək riskli kateqoriyalara bölünür. Bu isə o deməkdir ki, bütün kriptovalyutalar gəlirli deyil və onların arasından düzgün seçim etmək vacibdir.

İnvestorların ənənəvi maliyyə alətləri olan səhm və istiqrazlardan fərqli olaraq, kriptovalyutaları seçməsi birbaşa risklərə və yatırılacaq məbləğin miqdarına bağlıdır. Rəqəmsal valyutalara investisiya etmək istəyənlər bunu uzunmüddətli perspektivdə planlaşdırmalı və itirmək ehtimalını nəzərə aldıqları məbləği sərmayə etməlidirlər. Bu yanaşma onların daha sabit və balanslı maliyyə qərarları vermələrinə kömək edəcək”.

“İnvestorlar “Top 20”-də yer alan kriptovalyutaları seçsələr...”

İnflyasiyaya qarşı qorunmaq baxımından rəqəmsal valyutaların son 5 ilin statistik göstəricilərinə əsasən ənənəvi valyutalardan daha yaxşı nəticələr göstərdiyini deyən E.Quliyev vurğulayıb ki, bu, birbaşa olaraq investorun yanaşmasından asılıdır: “Rəqəmsal valyutalar arasında, əsasən, “Top 20”-də yer alan kriptovalyutalar daha etibarlı hesab olunur. Bu valyutaların real nəticələrini daha effektiv şəkildə göstərməsi üçün ən azı 3 illik bir dövr tələb olunur. Yəni, kriptovalyutalar qısa müddətli yatırımlarda investorlarına gəlir gətirmir və bu baxımdan ənənəvi maliyyə alətləri ilə müqayisədə zəif tərəfdə qalırlar. Lakin uzunmüddətli perspektivdə investorlar üçün daha yaxşı seçim ola bilər. Burada diqqət edilməli əsas məqam isə seçilən kriptovalyutaların hansı kateqoriyaya aid olmasıdır. Əgər investorlar “Top 20”-də yer alan kriptovalyutaları seçsələr, daha konservativ və təhlükəsiz bir yanaşma sərgiləmiş olarlar”.

“Bitcoinin qiyməti artdıqca, onlar da dolayı yolla qazanc əldə edirlər”

E.Quliyev son dövrlərdə kriptovalyutaların investisiya aləti kimi məşhurlaşmasının əsas səbəbləri haqqında da danışıb: “Bu prosesin ilk addımı “ETF”lərin təsdiqi ilə başlasa da, ikinci addım 2024-cü ilin noyabrında Donald Trampın seçkilərdə qələbəsi oldu. 2024-cü ilin yanvar ayında "ETF"-nin bitcoinlərin təsdiqi qərarı ilə korporativ investorlar və iri şirkətlər birbaşa bitcoin almadan bitcoin alan fondlara və şirkətlərə sərmayə yatırmağa başladılar. Bitcoinin qiyməti artdıqca, onlar da dolayı yolla qazanc əldə edirlər, yəni birbaşa bitcoin almadan belə qiymət artımından faydalanırlar.

Donald Tramp hakimiyyətə gəldikdən sonra isə kriptovalyuta və blokçeyn sektoru daha loyal qanunlarla tənzimlənəcək. Trampın rəqəmsal valyutalara müsbət yanaşması böyük investorların bu sahəyə marağını artırıb. Məsələn, 10 trilyon dollarlıq investisiya portfelini idarə edən “BlackRock” şirkətinin rəhbəri bitcoinin riskli aktiv olmadığını bildirib. Bu, iri korporativ şirkətləri və fondları təşviq edir ki, öz portfellərinin 1-3%-ni bitcoinə yönəltsinlər. Hətta ən böyük şirkətlərin belə kiçik faizlərlə kriptovalyuta bazarına yatırım etməsi, bazarın sürətlə böyüməsinə və qiymətlərin avtomatik artmasına səbəb olur”.

E.Quliyev kriptovalyutaların antiinflyasiya aktivləri kimi son 5 ildə müsbət tendensiya göstərdiyini və bu tendensiyanın növbəti 5 ildə də davam edəcəyini gözlənildiyini qeyd edib:
“Lakin rəqəmsal aktivlərə yatırım edən investorlar bunu mütləq uzunmüddətli perspektivdə planlaşdırmalıdırlar. Yatırım edərkən itirilməsinə hazır olduqları məbləğlərlə işləmələri daha məqsədəuyğun olar. Çünki rəqəmsal aktivlərin saxlanması ilə bağlı müəyyən çətinliklər yaranır: parolların itirilməsi, haker hücumları və ya fırıldaqçılıq kimi problemlər mümkündür. Buna görə də, kriptovalyuta əldə etdikdən sonra onların təhlükəsiz saxlanmasına xüsusi diqqət yetirmək vacibdir”.

Maya Hüseynova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanın BMT-dəki nümayəndəsi Nyu-Yorkda regionun investisiya imkanlarından danışıb

Xaricdən 1,3 milyon ton buğda gətirilib - Qiymətlər ucuzlaşıb

Xaricdən 1,3 milyon ton buğda gətirilib - Qiymətlər ucuzlaşıb

Xarakterimizə uyğun işi necə seçək? - SƏHƏR OXUSU

Dünyanın kənarında işləmək: Antarktida aşpaz və elektrik işçiləri axtarılır

Trampın sərəncamı - Kripto dünyasına verilən vədlər

"Ford"un 270 mindən çox avtomobilində problem aşkarlandı

DOST Agentliyi 25 min manatlıq nahar yeməyi alır

"Google"dan "OpenAI"in rəqibinə 1 milyard dollar investisiya

Evi 20 milyona satışa çıxarıldı

Çini tərk edən ABŞ şirkətlərinin sayı rekord həddə çatır

"SORTA" MMC-ə inzibati xəta protokolu tərtib olunub

“Pera Tekstil” məhkəmə qarşısında

X sosial şəbəkəsi yüz milyonlarla dollar cərimələnəcək

“Tender kralı” məhkəmə qarşısında

Xaricə neft bitumu satışından gəlirlərimiz 2 dəfədən çox azalıb

ABŞ-da şirkət rəhbəri işçilərinə 10 milyon mükafat verdi

ABŞ-da şirkət rəhbəri işçilərinə 10 milyon mükafat verdi

"TİHO İNŞAAT" MMC cərimələnir

AZAL-a məxsus təyyarənin “Pansir S-1” vasitəsilə vurulması təsdiqlənib

Mərkəzi Bank “VMF”-i cərimələdi

Şirkət rəhbəri məhkəmədə həbs edildi

Kredit faizlərinin artımı kreditləşməyə necə təsir göstərib?

Hesablama Palatası: Bakı metrosu subsidiyadan təyinat üzrə istifadə etməyib

Naxçıvanda qanunsuz olaraq 133 min manat ünvanlı yardım ödənilib

Nazirlikdə yeni şöbə yaradıldı, rəhbər təyin edilib

“Yelo Bank”a departament rəhbəri təyin edildi

Dövlət qurumu büdcədən götürdüyü 172 milyon manatı banka depozitə qoyub

Dövlət qurumu büdcədən götürdüyü 172 milyon manatı banka depozitə qoyub

Ötən il Fransada 67 mindən çox uğursuz biznes qeydə alınıb

AQTA-nın fəaliyyətində nöqsanlar aşkarlandı

Mərkəzi Bankın sədr müavininə yeni vəzifə verildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin