"Standard Chartered" "Bitcoin"in 125.000 dollara çatacağı tarixi açıqladı
"Standard Chartered" analitikləri, Bitcoin və Solana üçün yeni rekordların qeydə alınacağı tarixi açıqlayıblar.
"Bitcoin", Donald Trampın ikinci dəfə prezident seçilməsindən sonra artan bazar etimadının təsiri ilə bazar günü inflyasiyaya uyğunlaşdırılmış rekord səviyyəni aşaraq 80.000 dolları keçib və yeni zirvələrə yüksəlib.
Seçkidən sonra rəqəmsal aktivlər yüksəlmə tendensiyasını qoruyaraq kriptovalyuta bazarında böyük qiymət artımlarına səbəb olub.
Valyuta.az xəbər verir ki, seçki öncəsi "Bitcoin"in 80.000 dollara çatacağına dair dəqiq proqnozu ilə tanınan "Standard Chartered" analitiki Cef Kendrik, "Bitcoin"in 27 dekabr opsion müddəti bitənə qədər asanlıqla 100.000 dollara çata biləcəyini bildirir. Kendrik, həmçinin, Bitcoin-in ilin sonuna qədər 125.000 dollara yüksələ biləcəyini və 20 yanvarda andiçmə gününə qədər əlavə qazanc əldə edəcəyini irəli sürərək daha iddialı proqnoz verir.
Bankın forex və rəqəmsal aktivlər üzrə tədqiqatlar müdiri olan Kendrik, bir elektron məktubda bildirib: “2016-cı il seçkilərindən sonra bir çox 'Tramp əməliyyatı' 20 yanvar andiçmə günü ətrafında zirvəyə çatmışdı, buna görə də "BTC" 31 dekabra qədər 125.000 dollara çatmasa, yanvarın 20-nə qədər bu səviyyəyə çatacağını düşünürəm.”
"Bitcoin"in qiymətindəki son artım, Ethereum və Solana da daxil olmaqla digər iri kriptovalyutalarda da artım dalğasını alovlandırıb və Kendrik bu sektorda genişmiqyaslı qazanc gözləyir. Xüsusilə, "Solana"nın ("SOL") ilin sonuna qədər əvvəlki zirvəsi olan 260 dollar səviyyəsini bərpa edəcəyini düşünür. 2021-ci ilin noyabrında 4.866 dollarla zirvəyə çatan "Ethereum"un ("ETH") artışı isə daha yavaş ola bilər və Trampın vəzifəyə başlama mərasimi zamanı yeni zirvəyə çata bilər.
Kendrik bildirib ki, “SOL-un ilin sonuna qədər ən yüksək səviyyəyə çatması qaçınılmaz görünür, "ETH" isə gələn ilin əvvəlində oxşar nəticə əldə edə bilər,” və əlavə edib: “Bütün kriptovalyutaların yüksəlməyə davam edəcəyinə inanırıq, lakin "Solana" ən böyük kriptovalyutalar arasında ən yaxşı performansı göstərməyə hazırdır.”
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay