İqtisadiyyat
10.01.2025 / 10:00
BMT Azərbaycanın inflyasiya proqnozunu azaldıb
62899
Birləşmiş Millətlər Təşkilatı (BMT) Azərbaycanın inflyasiya proqnozu yeniləyib.
Bu barədə BMT-nin qlobal iqtisadiyyatla bağlı hesabatında bildirilib. Hesabata əsasən, 2024-cü il üzrə Azərbaycanda inflyasiya 3,7% təşkil edib. Təşkilat Azərbaycanda 2025-ci ildə üzrə 3,6%, 2026-cı il üzrə isə 3,1% səviyyəsində inflyasiya proqnozlaşdırıb.
Başqa sözlə, 2024-cü il üzrə inflyasiya BMT-nin əvvəlki proqnozundan 2,2% bəndi az olub. Həmçinin, BMT 2025-ci il üzrə inflyasiya proqnozunu 0,3% bəndi azaldıb.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin son açıqladığı göstəricilərə əsasən, 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda inflyasiya 4,4% təşkil edib.
©Apa
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay