BAKU Azərbaycan
12.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8205
  • 1 Rusiya rublu
    0.0184
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1193
18742

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 50 şəhid ailəsi, müharibə əlili və Vətən Müharibəsi Qəhrəmanına mənzillərin sənədlərini təqdim edib.

Valyuta.az xəbər verir ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun ötən il Vətən müharibəsində əldə etdiyi möhtəşəm tarixi Zəfərdən bəhs edib.

30 ilə yaxın Ermənistanın işğalı altında qalmış doğma torpaqlarımızın işğaldan azad edildiyini, bu gün həmin ərazilərimizdə böyük quruculuq işlərinin aparıldığını diqqətə çatdırıb.

Nazir müavini bildirib ki, müharibədən sonrakı dövrdə şəhid ailələrini, müharibə iştirakçılarını, müharibədə yaralanmış hərbçiləri, müharibə əlillərini, erməni terrorundan zərər çəkənləri əhatə edən çevik və genişmiqyaslı sosial dəstək tədbirləri həyata keçirilir. 

Eyni zamanda, şəhid ailələrinin, müharibə əlillərinin mənzil və fərdi evlə təminatı proqramı dəfələrlə genişlənib. Dövlət başçısının 25 yanvar 2021-ci il tarixli Sərəncamı 2014-2019-cu illərdə uçota alınmış şəxslərə və 2020-ci ildə hərbi əməliyyatlarda, o cümlədən Vətən müharibəsində şəhid olanların ailələri və əlillərinə 2021-2025-ci illərdə mərhələli şəkildə 11 min mənzil və fərdi ev təqdim edilməsini nəzərdə tutur. 

O cümlədən 2021-ci ildə onlara 3 minədək mənzil və fərdi ev verilməsi işləri aparılır ki, bu da mənzil və fərdi evlə təminat proqramının 2018-ci ilə nisbətən  5 dəfə genişləndiyini göstərir.

Eyni zamanda, Prezident İlham Əliyevin 25 avqust 2021-ci il tarixli Sərəncamına əsasən Vətən Müharibəsi Qəhrəmanlarının və onların ailə üzvlərinin də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillə təminatına başlanıb. Bu gün onlardan daha bir qrupu da mənzillə təmin edilir.

A.Əliyev bu ilin planı üzrə artıq 1650 mənzilin şəhid ailələri və müharibə əlillərinə, habelə Vətən Müharibəsi Qəhrəmanlarına verildiyini, ümumilikdə indiyədək bu kateqoriyadan olanlara 11 minə yaxın mənzil və fərdi ev təqdim edildiyini diqqətə çatdırıb. Bildirib ki, müharibə əlillərinin minik avtomobilləri ilə təminatı tədbirləri də uğurla davam edir. 2018-2020-ci illərdə onlara 1300-dək, bu ilin ötən dövründə isə daha 150 avtomobil, ümumilikdə indiyədək 7350 avtomobil verilib.

Mənzillə təmin edilən şəhid ailələri, müharibə əlilləri və Vətən Müharibəsi Qəhrəmanları onlara göstərilən yüksək diqqət və qayğıya, sosial təminatlarının gücləndirilməsi məqsədilə aparılan ardıcıl işlərə, bu gün yeni mənzillə təmin olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

100 ildir itdiyi düşünülən əsər 30 milyona satıldı

Bu il neft 100 dollara çata bilər – Dünya Bankı

Amerikalılar kütləvi şəkildə “iPhone” almaqdan imtina edirlər - SƏBƏB

Dünyada plastik tullantıların böyük hissəsinin səbəbkarı olan 5 şirkət (SİYAHI)

İnnovasiya və Təchizat Mərkəzi 369 576 manatlı hellium alır

ABŞ alimləri təbiilərindən üstün olan süni bədən hüceyrələri yaratdıblar

“Bakı Tikiş Evi” məhkəmə qarşısında

Mühafizə şirkəti məhkəməyə verildi

Rusiyada yük maşını sürücülərinin çatışmazlığı 25%-ə çatdı

"Hom-Paş Prestij" məhkəməyə niyə verilib?

"A-Group Sığorta Şirkəti" cərimələnir

Ukrayna mayda Dnepr SES-in bərpasına başlamağı planlaşdırır

Dövlət xidmətindən “Azpetrol”a 60 min manatlıq sifariş

NASA BKS-də mutant canlılar aşkarlandığını açıqladı

Rusiya aktivləri Ukraynaya keçəndən sonra dollar ucuzlaşacaq - İqtisadçı

İki məşhur şirkət arasında alqı-satqı qalmaqalı

"Meta"nın gəlirləri artıb

Bloomberg: Rusiyanın aktivlərinin müsadirəsi kütləvi de-dollarizasiyaya səbəb ola bilər

Gömrük Komitəsi “Coca-Cola” şirkətini nədə ittiham edir?

Britaniya vasitəçilərdən rekord həcmdə Rusiya nefti alır

Xarici ölkələrə tomatın kiloqramını neçəyə satırıq? - 3 ayda ölkəyə 45 milyon dollar gəlir gətirib

Dünyanın ən böyük daşıyıcılarından biri nəhayət ki, Rusiya və Çinlə işə son qoydu

Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti yeni brend kimliyini təqdim edir ®

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi ®

Naxçıvan DSMF-nin sədri işdən çıxarıldı

Türkiyədə lirə ilə bağlı qərar verildi

Prezidentlər Füzuli və Ağdama səfər edib (YENİLƏNİB)

ABŞ-da məşhur konsaltinq şirkətinə qarşı opioid epidemiyasına görə cinayət işi açıldı

“TikTok” Türkiyədə də qadağan olunur? - Rəsmilər Türkiyə Böyük Millət Məclisinə dəvət olunub

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin